Icma.az
close
up
RU
Ərini öldürüb şou yaradan qadın həbs edildi KONKRET

Ərini öldürüb şou yaradan qadın həbs edildi KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Türkiyənin Dənizli vilayətində itkin düşdüyü bildirilən 39 yaşlı İbrahim Kayaaslanın cəsədi göldə tapılıb və aparılan istintaq çərçivəsində həyat yoldaşı, 38 yaşlı Saimə Kayaaslan həbs edilib.

KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə 2 avqust 2025-ci ildə Buldan rayonundakı Dımbazlar gölündə qeydə alınıb. Manisanın Sarıgöl rayonunun Dindarlı məhəlləsində yaşayan Saime (38) və İbrahim Kayaaslan (39) cütlüyü piknik etmək üçün Buldan rayonundakı Dımbazlar gölünə gedib.

Bir müddət sonra ərazidə olan balıqçılar göldə bir qadının çırpındığını görüb. Saime Kayaaslan bildirib ki, həyat yoldaşı İbrahim Kayaaslanla birlikdə sərinləmək üçün suya giriblər, ərinin uzun müddət sudan çıxmadığını görəndə o da gölə atılıb. Balıqçılar tərəfindən sudan çıxarılan Saime Kayaaslan çağırılan “təcili yardım” maşını ilə Buldan Dövlət Xəstəxanasına aparılıb. Bundan sonra hadisə yerinə jandarma və dalğıc qrupları cəlb edilib.

Göldə aparılan axtarış zamanı 4 saat sonra İbrahim Kayaaslanın cansız bədəninə rast gəlinib. Kayaaslanın cəsədi yarılma üçün Denizli Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.

Aparılan müayinə zamanı İbrahim Kayaaslanın mədəsində spirtlə birlikdə parasetamol maddəsi müəyyən edilib. Həmçinin onun kürəyində sərt bir cisimlə vurulmasına işarə edən izlər tapılıb.

Müayinənin nəticələrindən sonra Saime Kayaaslan, onun atası Mehmet Y., anası Münirə Y. və İzzet S. yanvarın 13-də jandarma əməkdaşları tərəfindən Sarıgöl rayonunda saxlanılaraq, Buldan rayonuna aparılıb.

İstintaq çərçivəsində Saime Kayaaslanın ərinin içkisinə yüksək dozada dərman atdığı, alkoqolla birlikdə dərmanı qəbul edən İbrahim Kayaaslanın huşunu itirdikdən sonra gölə girdiyi və boğularaq öldüyü bildirilib.

Prosedurlardan sonra yanvarın 16-da məhkəməyə çıxarılan şübhəlilərdən Saime Kayaaslan həbs edilib, digərləri isə şərti azadlığa buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri