Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuz rayonunda qəbiristanlıq ərazisində qadın meyiti aşkarlanıb.
“Unikal”ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd qəbiristanlığında Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü N. Qasımovanın meyiti tapılıb.
Məlumata görə, qadın həyat yoldaşının ildönümü münasibətilə məzarını ziyarət etməyə gəlib. Bu zaman onun halı qəfil pisləşib və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Həkimlərin müayinəsi zamanı qadının həyatını itirdiyi müəyyən edilib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 02 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















