Icma.az
close
up
RU
Gənc qadının plastik əməliyyat zamanı ürəyi dayandı DETALLAR

Gənc qadının plastik əməliyyat zamanı ürəyi dayandı DETALLAR

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyada 27 yaşlı qadın omba qaldırma əməliyyatı zamanı  qəfil ağırlaşmalardan sonra vəfat edib. Polis faciənin səbəblərini araşdırır.

Lent.az-ın xarici merdiaya istinadən xəbərinə görə, Braziliyanın Belu-Oorizonti şəhərində 27 yaşlı qadın omba qaldırma əməliyyatı zamanı vəfat edib. İlkin məlumatlara görə, xəstə prosedur zamanı ciddi ağırlaşmalarla üzləşib: həkimlər ağciyər ventilyasiyasında kəskin azalma, ardınca isə ürək dayanması qeydə alıblar. 

Mərhumun Barbara Laura Souza Fliks olduğu müəyyən edilib. Mayın 26-da o, qarın və bel nahiyəsinin liposaksiyası, ardınca isə omba nahiyəsinə yağ köçürülməsi üçün özəl klinikaya müraciət edib. Tibbi heyət bir saatdan çox reanimasiya cəhdləri etsə də, onu xilas edə bilməyib. Rəsmi olaraq, o, saat 12:20-də ölü elan edilib.

Medianın məlumatına görə, əməliyyat Piylənmə minerallar institutunda aparılıb. Ölümün əsas səbəbi hazırda ağciyər emboliyası hesab olunur və bu, ehtimal ki, yağ emboliyası ilə əlaqədardır. Barbaranın cəsədi autopsiya üçün Andra Roquette Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Minas-Jerays ştatının hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Qadının ölümü şübhəli tibbi hadisə kimi qiymətləndirilir.

Medianın məlumatına görə, əməliyyatı həmin mərkəzdə yer icarəyə götürən plastik cərrah Pablo Meneqetti həyata keçirib. Nə klinika, nə də həkimin özü xəstənin ölümü ilə bağlı ətraflı açıqlama verməyib. Lakin cərrahın vəkili əvvəllər qadının prosedurdan əvvəl bütün zəruri müayinələrdən keçdiyini və tibbi heyətin klinik protokollara uyğun hərəkət etdiyini bildirib.

Barbaranın övladı olmayıb və qohumları onun heç bir əsas tibbi problemi olmadığını iddia edirlər. Onu nənəsi və qardaşı qalıb. Atası vəfat edib, anası isə hazırda İspaniyada yaşayır.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 May 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri