Icma.az
close
up
RU
Ərinin ölümünə görə kitab yazdı, ömürlük həbs olundu

Ərinin ölümünə görə kitab yazdı, ömürlük həbs olundu

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kouri Riçins adlı amerikalı qadın, əri Erik Riçinsin ölümündən sonra kitab yazsa da, sonradan onun qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki. 35 yaşlı Kouri Riçins 2022-ci ilin mart ayında Park Siti yaxınlığındakı evlərində 39 yaşlı həyat yoldaşı Erik Riçinsi fentanil qatılmış içki ilə zəhərləyərək öldürüb.

Bu ilin mart ayında daşınmaz əmlak agenti olan qadın ağırlaşdırılmış qətl, dələduzluq və sənəd saxtakarlığı maddələri ilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, Riçins ərini öldürməzdən bir neçə həftə əvvəl, Sevgililər Günündə içinə fentanil qatılmış sendviçlə də kişini zəhərləməyə cəhd edib. Daha sonra isə onun içkisinə sintetik opioid olan fentanilin ölümcül dozadan beş dəfə artıq miqdarını əlavə edib.

Prokurorlar bildiriblər ki, Kouri Riçinsin daşınmaz əmlak alqı-satqısı biznesinin 4,5 milyon dollar borcu olub və o, başqa bir kişi ilə yeni həyat qurmağı planlaşdırıb. Riçins ərinin xəbəri olmadan onun adına bir neçə həyat sığortası müqaviləsi bağlayıb və düşünüb ki, ərinin ölümündən sonra dəyəri 4 milyon dollardan çox olan əmlaka sahib olacaq.

Kouri Riçins 2023-cü ilin may ayında “Are You With Me?” (“Sən mənimləsən?”) adlı uşaq kitabının təqdimatı zamanı həbs edilib. Onun sözlərinə görə, kitab insanlara, o cümlədən üç övladına yaxın insanın ölümü ilə barışmağa kömək etmək məqsədi daşıyıb. Qadın kitabı ərinə həsr edərək onu “mənim möhtəşəm ərim və gözəl atam” adlandırıb.

Prokurorlar andlılar məhkəməsinə Riçinslə sevgilisi arasında yazılmış mesajları təqdim ediblər. Mesajlarda qadının ərini tərk etmək və boşanma nəticəsində milyonlarla dollar əldə etmək arzusu əks olunub.

Həmçinin onun telefonundakı axtarış tarixçəsi də nümayiş etdirilib. Burada fentanilin ölümcül dozası, “lüks həbsxanalar” və zəhərlənmənin ölüm haqqında şəhadətnamədə necə qeyd edilməsi ilə bağlı sorğular yer alıb.

Mərhumun dostları məhkəmə zamanı bildiriblər ki, Erik Riçins həyat yoldaşının onu zəhərləmək istədiyindən şübhələnib, lakin bununla bağlı heç yerə müraciət etməyib.

Kouri Riçins ömürlük həbs cəzasına məhkum olunub.

Məhkum qadın isə uşaqlarına müraciət edərək onları çox sevdiyini və heç vaxt tərk etməyəcəyini deyib. Lakin onun böyük oğlu atası üçün çox darıxdığını və anasını görmək istəmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri