Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Eritreyadakı gəmimiz, Kanadadakı həmvətənlərimiz...

Eritreyadakı gəmimiz, Kanadadakı həmvətənlərimiz...

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gündü ki, mətbuat Azərbaycanın üç gəmisinin Eritreyanın ərazi sularında saxlanılması barədə yazır. Yəqin sizin də qarşınıza bu mövzu ilə bağlı xəbərlər çıxıb. Həmin gəmilərdə ümimilikdə 24 nəfər var ki, onların da 18-i Azərbaycan vətəndaşıdı. Ümumilikdə isə bu gün dünyanın çeşidli sularına üzən gəmilərdə saysız-hesabsız Azərbaycan vətəndaşı çalışır, min bir zəhmətə qatlaşır. Məlum məsələdi ki, gəmilərlə okean sularında səyahət etmək, müxtəlif təyinatlı yüklər daşımaq yetərincə çətin və riskli işdi. Ona görə də heç də hər kəs bu işdə çalışmağa razılaşmır, çətin peşəyə həvəs göstərmir. Amma azərbaycanılar arasında son illər dənizçiliyə olan maraq, bu peşəni seçməyi arzulayanların sayı xeyli artıb.

Bu da səbəbsiz deyil. İş təhlükəli olduğundan, ödənilən məvacib də Azərbaycan standartlarına görə yaxşı sayılır. Avropalı hansısa mütəxəssisin tələb etdiyi məbləğdən qat-qat az pula azərbaycanlılar arasında təhlükəli dəniz səyahətlərinə çıxmağa razı olanları tapmaq mümkündü. Eləcə də digər sahələrdə vəziyyət oxşardı. Son illərdə həmvətənlərimiz arasında uzaq Amerikaya, Kanadaya yaşamaq üçün getməyə can atanların sayı da sürətlə artır. Küçədə gənclər arasında sorğu keçirsən, böyük əksəriyyəti okeanın o tayına yollanmaq arzusunda olduğunu, “green kart” udmağa çalışdığını gizlətməz. İstər ali təhsilli olsun, istərsə də orta məktəbi bitirənlər. Biz artıq belə şeylərə öyrəncəliyik. Azərbaycanda ali təhsil almış hansısa gənc Amerikaya yollanmaq xoşbəxtliyinə nail olsa, orda dərhal isti kabinetdə, rahat kresloda əyləşdirilmir. Özləri də bilir ki, orda onları ya “Uber” taksi şirkətində sürücülük, ya da müxtəlif qidaları daşımaq üçün kuryerlik gözləyir. Amerikalılar bu cür işləri görməyə həvəsli olmadıqlarından bizim kimilər ora standartlarında minimal sayılan məvacib qarşılığında kuryer işində çalışmağa ikiəlli razı olurlar. Eləcə də Kanadanın Sibirə bənzəyən buzlu şəhərlərindəki ən ağır işlər bizimkilər üçün fürsət sayılır. Bir vaxtlar babalarımızı Sibirə sürgün edirdilər, indi o babaların nəvələri ona oxşar buzluqlarda yaşamaq üçün əldən-ayaqdan gedirlər.
Onları qınamıram da. Bunun adı yaşamaq uğrunda mübarizədi. Azərbaycanlıları dəniz quldurlarının meydan suladığı sahillərə göndərən, amerikalılar üçün kuryerlik etməyə məcbur edən, Kanadanın soyuq şəhərlərinə can atdıran daha yaxşı yaşamaq, daha çox qazanmaq arzusudu. Onlar evlərinin içində, yəni ki, Azərbaycanda arzuladıqları işi tapa, istədikləri səviyyədə yaşaya bilmirlər. Bu səbəbdən də xaricə can atırlar. Sonu bilinməyən çətin yollara baş vuran azərbaycanlılar böyük cəsarət və ürək sahibidi. Təəssüf ki, futbolda belə deyil. Burda tam tərsidi. Ayağı azca top tutan, Azərbaycan premyer-liqasında çıxış edən, üzünə gün doğub milli komandalara dəvət alan futbolçular həyatlarını asanlıqla təmin edirlər. Onlar imza atdıqları ilk müqavilənin “podyomnu” puluna altında “moyka”, üstündə çay evi olan bir obyekt alırlar. Yaxud da ticarətə yararlı bir neçə tikiliyə, daha yaxşı halda isə mənzillərə sahib olurlar. Bununla da işlərini bitmiş sayılar. Əmin olurlar ki, gələcəkdə maddi problem yaşamayacaqlar. Ondan sonra da yerli klublarda gücləri tükənənə qədər başlarini girələyir, zənginləşməyə davam edirlər.
Sözsüz, hamıya aid edə bilmərik. Amma böyük əksəriyyəti belədi. Ona görə də bizim futbolçularda xaricə yollanmaq, daha yaxşı çempionatlarda oynamaq arzusu yoxdu. İstedadı olanlar, zaman-zaman təklif alanlar da müxtəlif bəhanələrin arxasına sığınır, Biləcəridən o taya keçməyə həvəs göstərmir. Bir dəfə zamanında istedadı ilə öyünən, gələcəyinə böyük ümidlər bəslədiyimiz futbolçudan soruşdum ki, niyə xarici klublara keçmədin? Cavabında “atam “X” klubuyla bağladığım müqavilənin pulunu götürdü, bir neçə ev aldıq. Ondan sonra da klub məni heç yerə buraxmadı, dedilər ki, getsən, pulumuzu qaytarmalısan. Mən də risk etmədim ki, birdən oyunum alınmaz, pullar əldən çıxar”. Azərbaycanlı futbolçuların acı həyat hekayəsi belədi, dostlar. Ona görə də bizim futbolçular Eritreyadakı gəmimizlə həbs edilən, Kanadada buz təmizləyən həmyerlilərimiz kimi xaricə getməyə can atmırlar.
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri