Icma.az
close
up
RU
Erkən evliliklərin sayı niyə durmadan artır? HÜQUQŞÜNAS AÇIQLADI

Erkən evliliklərin sayı niyə durmadan artır? HÜQUQŞÜNAS AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Erkən nigahlar dedikdə 18 yaşa qədər oğlan və qızların evləndirilməsindən söhbət gedir. Səbəbləri isə adət-ənənə və dini faktorlarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib.

Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti sivil dünyadan kənardır: “Cəmiyyətdə insanlar uşaq dünyaya gətirib sadəcə başlarından edirlər. Uşaqların normal şəraitdə yaşaması üçün, təhsil alması üçün, dünya görüşünün artması üçün heç bir addım atmırlar. Uşaq dünyaya gətirmək ciddi məsuliyyətdir. Ölkəmizdə və Şərqdə ümumiyyətlə uşaq dünyaya gətirən valideynlərin çox böyük bir hissəsi uşaq dünyaya gətirməyin məsuliyyətini dərk etmir.

Uşaq dünyaya gətirməyin məsuliyyəti təkcə uşağa yemək və paltar almaqdan ibarət deyil. Biz Kantın təlimini və John Locke-un tərbiyə haqqında esselərini oxuyanda orda övladı tərbiyə etməyin əsas məramlarını görə bilərik. Azərbaycanda ümumiyyətlə Şərq cəmiyyətində uşağın gələcəyə “arvad” və “ər” kimi hazırlanması istiqamətində işlər görülür. Uşağın dünya görüşünə, fikirinə, analitik düşünmə qabiliyyətinə yönəlik hər hansısa bir işlər görülmür.

Təhsil sistemimizdə sovet dövrünün köhnə təhsil sistemidir. Belə olan halda isə övlada 15-16 yaşından sonra ailənin xərclərini artıran varlıq kimi baxırıq. Övladı mütləq şəkildə evləndirməyə çalışırıq. Əsasən də qız uşaqları erkən evləndirilir. Oğlan uşaqları isə tez ailə qursun, tez övladı olsun və işləyib atasına kömək etsin prizmasından yanaşılır. Bütün bunların fonunda erkən nigahların sayı artır. Bütün bunlar Şərq ölkələrinin cəmiyyətlərinin sivil dünyadan nə qədər geridə qaldığını göstərir. Əxlaq və psixologiyamız formalaşsa biz erkən evlilik hallarının azaldığını görərik. Mən qanunvericilikdə boşluğun olması ilə razı deyiləm. Qanunvericiliyin insanların əməlinə hər hansısa ağır cəza vermək kimi bir öhdəliyi yoxdur. Qanunvericiliyin mahiyyəti insanları qanunlara əməl etmək ruhunda böyütməkdir. Qanunvericilikdə konkret olaraq yazılır ki, 18 yaşına çatmayan şəxslərin nigaha girməsi qadağandır. 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqəyə girmək cinayət məsuliyyətinə səbəb olur.

Bəzən bunu insanlar qarışdırır ki, niyə nigah yaşı 18-dir, cinsi əlaqəyə girmək yaşı isə 16-dır. Unutmayın ki, evlənmək özündə təkcə cinsi əlaqədə olmağı ehtiva etmir. Yəni evlənmək ancaq cinsi əlaqədə olmaqdan ibarət deyil. Burda insanların digər öhdəlikləridə var. Nigahla bağlı, mirasla bağlı, alqı-satqı ilə bağlı müqavilələr və s. hüquqi fəaliyyətlərlə məşğul olurlar”.

Müəllif: İlkin Məmmədkərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri