Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Erkən evliliyə, yoxsa erkən fahişəliyə qarşı mübarizə? KÜNCDƏN BAXIŞ

Erkən evliliyə, yoxsa erkən fahişəliyə qarşı mübarizə? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Media və qeyri-hökumət təşkilatları erkən fahişəliyə qarşı mübarizə əvəzinə yalnız “erkən” evliliyə qarşı mübarizə aparmaqla məşğuldur

Azərbaycan xalqının minillərlə formalaşmış mənəvi dəyərlərini qərbdən yeridilən saxta dəyərlərlə əvəzləmək cəhdləri davam edir. Avropanın bizə yeritdiyi qanuna qalsa, tam formalaşmış, hər cəhətdən yetkin 17 yaşlı qız ailə qura bilməz, amma 16 yaşlı körpə qızcığaz azad şəkildə fahişəlik edə bilər. Qlobal mərkəzlərdən idarə olunan jurnalistlər, ictimai təşkuilatlar, psixoloqların əli ilə "Erkən evliliyə qarşı mübarizə" adı altında aparılan və milli ailə sisteminin dağıdılmasına hesablanmış əməliyyat müvəffəqiyyətlə başa çatmaq üzrədir.

Erkən evlilik faciə deyil, bunu minillərin təcrübəsində görmüşük, amma erkən fahişəlik faciədir və fəlakətdir- bunu da son illərdə daha aydın görürük. Erkən evlilik dediyimiz yaşlar (16-17) dünyanın əksər ölkələrində (hətta dünyaya demonkratiya ixrac edən ABŞ-da da) rəsmi evlənmə yaşıdır. İnsanı Yaradanın ona hansı yaşda ata, ana olmaq qabiliyyəti verdiyini elm də təsdiq edir, biz də bilirik. Amma bəziləri çıxıb deyir ki, xeyr, Yaradan da səhv edir, elm də, biz hamıdan ağıllıyıq. Biz nə deyriksə, elə etməlisiniz.

Erkən evlilikdən əvvəl erkən fahişəliyə qarşı mübarizə aparmaq lazımdır. Uzun illərdir ki, qeyri-hökumət təşkilatlarının mənəvi mövzularda həyata keçirdikləri layihələri izləyirəm- hamısı “qadın azadlığı”, “məişət zorakılığı, “erkən evliliyə qarşı mübarizə”, “gender bərabərliyi” adı altında gedir.

Ancaq hələ də erkən fahişəliyə qarşı bir layihə həyata keçirən görməmişəm. Halbuki, azyaşlı qızların cinsi istismarı, qadın alveri obyektinə çevrilməsi haqda faktların sayı hesabı yoxdur. Fahişəxanalarda 13-14 yaşlı qızların pul müqabilində bədənlərini satdığı haqda mediada və sosial şəbəkələrlə mütamadi olaraq məlumatlar yayılır. İnternetdə hətta azyaşlı və yeniyetmə qızlar açıq şəkildə bədənlərini satışa qoyurlar, lakin buna reaksiya yoxdur. Amma nənəsi, anası 16 yaşda ailə qurub xoşbəxt ömür sürmüş bir qızın özü 17 yaşda ailə qurmaq istəyəndə bir qrup kütlə düşür ortalığa ki, vay qoymayın, qanun pozulmuş, dəhşətli cinayət baş vermişdir. Lakin elə həmin qız 16 yaşında oteldə ərəblərlə kollektiv cinsi münasibətdə tutularkən nə bu kütlə narahat olur, nə də qanun pozulur. Dəhşətin fərqindəsinizmi?

Bəli, qızların zorla ərə verilməsi düzgün deyil və buna qarşı mübarizə aparılmalıdır. Lakin 17 yaşını keçmiş, fiziki və psixoloji cəhətdən evlənməyə, valideyn olmağa hazır olan, öz istəyi ilə ailə qurmaq istəyən insanı hansı əsasla bundan məhrum etmək olar? Bu 18 yaş senzi hansı bioloji qanuna, hansı məntiqə, hansı ədalətə əsaslanır? Heç bir cavab yoxdur, ola da bilməz.

Faktiki olaraq erkən evliliyə qarşı mübarizə adı altında gənclərin mümkün qədər gec evlənməsi təbliğ olunur, hətta açıq deyilir ki, heç evlənmək lazım deyil. Bu təbliğatın nəticəsidir ki, evlilik halları kəskin azalıb, boşanmalar isə kəskin artıb. Bunun nəticəsidir ki, ölkədə orta evlənmə yaşı 25-dən 30-a qalxıb. Bu o deməkdir ki, artıq 40-45 yaşda da ailə quranlar çoxdur ki, orta rəqəm 30 çıxır.

İş o yerə gəlib ki, 18-20 yaşda gənclərin evlənməsinə belə bu “abrazavonski” zombilər pis baxırlar. Ümumdünya Səhiyyə Təşkilatı qızların ideal evlənmə yaşının 18-20, oğlanlarda isə 20-22 yaş olduğunu bəyan edir. Amma elm də, bioloji qanunlar da, insanın instruksiyası da boş şeydir. Əsas qlobal mənəvi terrorun aparılmasıdır. Ona görə də, gənclərin “təhsil və karyera” adı altında mümkün qədər gec (30-35 yaşda) evlənməsinin təşviqi, "qadın azadlığı" adı altında boşanmaların təbliğat kampaniyası, maşallah, nəhəng miqyasda davam edir. Artıq 50 faizə çatmış boşanmalarla dünya liderinə çevrilmişik. Dünyanın ən möhkəm ailə institutu cəmi 20-30 ildə ən dağılmış ailə institutuna döndərilmişdir.

Abortlar üzrə dünya liderlərindən biriyik. Son illərdə uşaq doğumu kəskin azalıb. Cinsi azlıqların sayı sürətlə çoxalır. “Öz cinsimi hələ təyin etməmişəm” deyən yeniyetmələr meydana gəlir. Xəyanət halları, namus cinayətləri sürətlə artır. Əxlaqsızlıq getdikcə kütləviləşir. Kriminal ünsürlər artır. Mənəvi deqradasiya kulminasiyaya çatır. Beləliklə, bioloji qanunlar da pozulur, insanın təməl hüquqları da, mənəvi dəyərlər də. Kütləvi informasiya və təbliğat vasitələri ilə tam bir satanizm ideologiyası yeridilir. Qlobal psixotron terror davam edir. Müasirlik adı altında qlobal şeytani mərkəzlərdən sizə qarşı mənəvi və bioloji təcavüz prosesi aparılır.

Təslim olmayın. Özünüzü bu terrordan qoruyun. İmkan olsa öz xalqınızı da.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri