Icma.az
close
up
RU
Erkən nikahın psixoloji, hüquqi və sosial fəsadları

Erkən nikahın psixoloji, hüquqi və sosial fəsadları

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Erkən nikah təkcə bir ailənin və ya fərdin deyil, bütöv bir cəmiyyətin gələcəyinə təsir edir. Qız uşaqları təhsildən, inkişafdan, öz arzularından uzaqlaşdırılır, ailə, cəmiyyət və gələcəyin inkişafına faydalı olmaq imkanlarından məhrum edilirlər. 

Erkən nikahın görünən və görünməyən fəsadları 

Erkən nikah ilk baxışda adi sosial problem kimi görünsə də, onun arxasında ciddi psixoloji, hüquqi və sosial fəsadlar dayanır. 18 yaşına çatmadan ailə həyatı quran qızlar çox zaman məktəbdən ayrılmağa, sağlamlıq riski daşıyan doğuşlarla üz-üzə qalmağa və iqtisadi asılılıq içində yaşamağa məcbur olurlar.  pizza hut

Təhsilini yarımçıq qoymuş, psixoloji baxımdan yetkin olmayan, ailə məsuliyyətini daşımaq üçün hazır olmayan bir gəncin çiyinlərinə "ana", "həyat yoldaşı" kimi ağır yük qoyulur. Nəticə isə çox zaman məcburi əmək, məişət zorakılığı, sosial təcrid və ailədaxili problemlərlə dolu həyat hekayələri olur. 

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bəzi qeyri-hökumət təşkilatlarının hesabatlarında hər il onlarla azyaşlı qızın ana olduğu göstərilir. Bəzi hallarda bu faktlar gizlədilir, nikahlar qeyri-rəsmi olur və nəticədə belə uşaqların hüquqları tamamilə pozulur.  

Rəqəmlər nə deyir? - 2024-cü ilin erkən nikah statistikası 

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü ilə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi. 

Siyahıya 167 uşaqla Mərkəzi Aran iqtisadi rayonu başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarın hər birində 24 uşaq dünyaya gəlib.

Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə sahibdir.

2024-cü ildə Bakıda isə 78 körpəni erkən ərə verilən qızlar dünyaya gətirib. 

Əhalisinə görə ikinci böyük şəhər hesab edilən Gəncədə isə bu göstərici 17-dir. 

“Bu problem təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir”

Erkən nikahla bağlı məsələyə parlamentdə də diqqət yetirən şəxslərdən biri Milli Məclisin deputatı Naqif Həmzəyevdir. O, mətbuata verdiyi açıqlamasında bu problemi qlobal kontekstdə qiymətləndirib: 

“Erkən nikah dünya üzrə milyonlarla qızın həyatına təsir edən ciddi sosial problemdir. UNICEF və UNFPA-nın hesabatlarına əsasən, hər il təxminən 12 milyon qız 18 yaşına çatmadan evləndirilir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ölkələr 2030-cu ilə qədər erkən nikaha son qoymağı öhdəlik kimi qəbul ediblər. Bu problemin həlli üçün həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə müəyyən uğurlu təcrübələr formalaşıb. Həmin təcrübələr Azərbaycan üçün də faydalı ola bilər”. 

Naqif Həmzəyev xüsusilə Avropa ölkələrinin hüquqi mexanizmlərinə toxunaraq Danimarka, Almaniya, Hollandiya və İsveç kimi ölkələrin erkən nikaha dözümsüzlük göstərdiyini qeyd edib. Deputat Almaniyanın 2017-ci il qanununu, Konstitusiya Məhkəməsinin 2023-cü il qərarını və 2024-cü ildə qüvvəyə minmiş yeni qanunu misal gətirərək diqqətə çatdırıb ki, qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalı, uşaqların hüquqları bütün hallarda təmin olunmalıdır. 

Millət vəkili həmçinin Avropa Parlamentinin 2018-ci ildə qəbul etdiyi tövsiyələrə istinad edərək, vurğulayıb: 

“Minimum nikah yaşının 18-ə qaldırılması, istisna hallar üçün hüquqi imkanların minimuma endirilməsi, xarici erkən nikahların tanınmaması və qurbanlar üçün müdafiə mexanizmlərinin yaradılması vacibdir”. 

Deputat hesab edir ki, Azərbaycan bu təcrübələrdən faydalanaraq tədrici, lakin ardıcıl və hərtərəfli bir strategiya qəbul etməlidir: 

“Avropa standartlarına uyğun minimum nikah yaşının qanunvericilikdə möhkəmləndirilməsi, təhsil və iqtisadi dəstək proqramlarının tətbiqi, uzunmüddətli sosial normaların dəyişdirilməsi və davamlı strukturların qurulması bu strategiyanın əsas dayaqları ola bilər”. 

Çıxış yolu - birgə məsuliyyət, ardıcıl və hüquqi siyasət

Erkən nikah problemini yalnız qanunla qadağan etməklə deyil, maarifləndirmə, sosial müdafiə, təhsil və ictimai qınaq mexanizmləri ilə kökündən həll etmək mümkündür. Bu, həm dövlətin, həm cəmiyyətin, həm də ailələrin ortaq məsuliyyətidir. 

Məktəblərdə və icmalarda gender bərabərliyi, təhsil hüququ, ailə planlaşdırılması və psixoloji hazırlıq kimi məsələlər ətrafında maarifləndirmə işlərinin gücləndirilməsi, eyni zamanda hüquqi və sosial müdafiə mexanizmlərinin işlək olması bu mübarizədə həlledici rol oynaya bilər. 

Azərbaycanın qarşısında duran vəzifə sadəcə rəqəmləri azaltmaq deyil, cəmiyyətin düşüncə tərzini dəyişməkdir. Əks halda, qızların məktəb əvəzinə gəlinlik geyindiyi, uşaq yaşda analıq yükü daşıdığı bir reallıqla üzləşməyə davam edəcəyik. 

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see273

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see205

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see182

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see173

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see172

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see143

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see137

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see134

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see134

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see128

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see124

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri