Icma.az
close
up
RU
Qan azlığı, böyrək çatışmazlığı, doğuş travmaları… Erkən nikahın bitməyən fəsadları

Qan azlığı, böyrək çatışmazlığı, doğuş travmaları… Erkən nikahın bitməyən fəsadları

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Erkən nikah XXI əsrin aktual problemlərdən biri olaarq qalır. Hüquqi baxımdan qadağan olunmasına baxmayaraq, xüsusilə bölgələrdə qız uşaqlarının hələ yetkinlik yaşına çatmamış ailə həyatı qurmağa məcbur edilməsi halları təəssüf ki, ara-sıra deyil, davamlı xəbərlərlə müşahidə olunur. Qeyd olunur ki, bu hal nəinki uşaqların hüquqlarının pozulması, həm də onların sağlamlıq, təhsil və sosial gələcəklərinə ciddi zərbədir. 

Rəsmi statistikaya görə, 2024-cü il üzrə respublikanın 14 iqtisadi rayonunda ümumilikdə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. Üzrlü səbəbləri əsas gətirən belə şəxslərə icra orqanları tərəfindən vaxtından əvvəl evliliyə rəsmən icazə verilib. Lakin qeyd etmək yerinə düşər ki, elə həmin qəbul edilən qanun layihəsinə əsasən, 17 yaşında evliliyə imkan verən istisna hallarla bağlı müddəa ləğv edildi. 

Qanuna dəyişiklik edilənə qədər Bakıya daxil olan rayonlar arasında 17 yaşındakı şəxslərin nikahının rəsmiləşdirilməsilə bağlı Sabunçuda 4, Xəzərdə 2, Pirallahıda isə 1 hal qeydə alınıb. Bakının digər rayonları – Binəqədi, Nəsimi, Nizami, Nərimanov, Yasamal, Xətai, Suraxanı, Səbail, Qaradağda isə bənzər hallar baş verməyib.  Toyuqlu pizza

Qarabağ iqtisadi rayonu respublika üzrə rəsmi evlilik yaşına çatmadan, icra orqanlarına üzrlü səbəblərdən müraciət edən və 17 yaşda evlilik halının ən çox olduğu bölgədir. Region üzrə bu hal ən çox Bərdə rayonunda qeydə alınıb. Bir il ərzində Bərdədə 17 erkən nikah halı qeydə alınıb. Bərdədən sonra 17 yaşda rəsmiləşən nikah sayı Ağcabədidə qeydə alınıb - 12. Region üzrə sadəcə Şuşada bənzər hal qeydə alınmayıb. Füzuli, Xocalı və Xocavənddə il ərzində sadəcə 17 yaşında 1 nikah halı qeydə alınıb. Bənzər göstəriciləri Tərtərdə 6, Ağdamda isə 3-dür. 

Erkən nikahın tibbi və sosial fəsadları

Tibbi baxımdan erkən nikah və hamiləlik qız uşaqlarının sağlamlığı üçün olduqca təhlükəlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 15-19 yaş arasında olan qızlarda hamiləlik zamanı ana və uşaq ölümü riski 20 yaşdan yuxarı qadınlara nisbətən iki dəfə çoxdur. Azərbaycanda dəqiq statistika əlçatan olmasa da, müxtəlif tibb müəssisələrinin qeydləri göstərir ki, erkən yaşda ana olan qızlar arasında qan azlığı, böyrək çatışmazlığı, doğuş travmaları və psixoloji sarsıntılar olduqca yayğındır.

Həkim-ginekoloq Səbinə Məmmədova erkən nikahın fəsadları ilə bağlı deyir:

“Bədən tam formalaşmamış bir qızın hamiləliyi həm onun həyatına, həm də doğulacaq uşağın sağlamlığına ciddi təhlükədir. Həmçinin bu yaşda hamiləlik psixoloji baxımdan da ciddi fəsadlara yol açır – depressiya, özünə qapanma, ailə zorakılığına dözmək kimi hallarla tez-tez qarşılaşırıq”.

Qanundan yayınmaq üçün erkən nikah prosesini sürətləndirirlər

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, o cümlədən Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da məsələnin ciddiliyinə dəfələrlə toxunub. Onun sözlərinə görə, təkcə qanunlarla deyil, ictimai şüurda dəyişikliklərlə problemin qarşısını almaq vacibdir:

“Bir müddət əvvəl Milli Məclisdə bu mövzuda qanuna dəyişiklik də qəbul edildi. İyulun 1-dən 17 yaşlı şəxslərin rəsmi nikahına imkan verən istisna halları ilə əlaqədar icazələr ləğv edilir, o cümlədən əksəriyyəti erkən evlilik olan qohum nikahları qadağan edilir. Lakin görürük ki, insanlar həmin qanundan yayınmaq üçün iyulun birinə qədər erkən nikah proseslərini daha da sürətləndirməyə çalışırlar. Bu onu göstərir ki, qanun yetərli deyil – insanların düşüncəsi dəyişməlidir”.

Valideynlər qız övladlarını yük kimi görürlər

Deputat xüsusilə valideyn məsuliyyətsizliyini vurğulayır.

“Valideynlər bəzən qız övladlarını bir yük kimi görür və onlardan tez xilas olmağa çalışırlar. Bu isə həm cəmiyyət, həm də dövlət üçün təhlükəli bir tendensiyadır” – deyə, C. Məmmədov əlavə edib.

Onun fikrincə, erkən nikahların qarşısını almağın əsas yollarından biri maarifləndirmədir:

“Maarifləndirmə və təbliğat vacibdir. Valideynlərə izah etmək lazımdır ki, erkən nikah onların övladlarının gələcəyinə necə zərər verir. Bütün strukturlar - məktəblər, ictimai təşkilatlar, hüquq-mühafizə orqanları bu prosesdə fəal olmalıdır. 

Əgər məktəb görürsə ki, 15 yaşında qız dərsə gəlmir, bu dərhal araşdırılmalı və müvafiq strukturlara məlumat verilməlidir. Məktəblərin, komissiyaların və hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür”.

C. Məmmədov söyləyib ki, cəmiyyətin bütün təbəqələri – vətəndaşlar, müəllimlər, din xadimləri, yerli icra orqanları – bu məsələdə birgə fəaliyyət göstərməlidir:

“Bu problemə laqeyd yanaşmaq olmaz. Cəmiyyətin bütün üzvləri bu məsələyə həssas yanaşmalıdır. Əks halda, erkən nikahlarla bağlı fəsadlar dərinləşəcək – boşanmalar artacaq, ailə dəyərləri sıradan çıxacaq”.

Qadağalar kifayət deyil, təhsil, maarifləndirmə və ictimai qınaq olmalıdır

Araşdırmalardan gəlinən nəticə budur ki, Azərbaycanda erkən nikah problemi yalnız bir qrupun deyil, bütün cəmiyyətin problemidir. Qanunların mövcudluğu kifayət deyil - təhsil, maarifləndirmə və ictimai qınaq mühüm alətlərə çevrilməlidir. Valideyn məsuliyyəti artırılmalı, məktəblər şagirdlərinin davamiyyətinə diqqətlə yanaşmalı, hüquq-mühafizə orqanları isə bu məsələyə ciddi nəzarət etməlidir. Ən əsası isə, bu mövzuda davamlı ictimai dialoq qurulmalı, hər bir vətəndaşın şüurunda bu cür nikahların təhlükəli olduğu aydın şəkildə formalaşmalıdır. 

Deputat Ceyhun Məmmədovun da qeyd etdiyi kimi, əgər biz bu prosesin qarşısını almasaq, bizi gələcəkdə daha ağır sosial problemlər gözləyir. 

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see217

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see194

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see193

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see189

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see181

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see161

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see157

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see145

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see133

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see131

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see131

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see131

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see128

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri