Icma.az
close
up
RU
Erməni baş nazirin “Avropa turnesi”nin müəmmaları

Erməni baş nazirin “Avropa turnesi”nin müəmmaları

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxud “kollektiv Qərbin” sülhə 2,5 milyard avroluq “müdaxiləsi”

Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabi görüşündən dərhal sonra Brüsselə üz tutması nəzərdən yayınmadı. Erməni mediası baş nazirin “Avropa turnesi” ilə bağlı maraqlı versiya və ehtimallara yer ayırıb. Hökumətə yaxınlığı ilə seçilən “Hraparak” qəzeti Paşinyanın Brüsselə təcili səfərinin Aİ rəsmilərinə Əbu-Dabidə Ermənistan və Azərbaycan arasında keçirilmiş ikitərəfli görüşün təfərrüatları barədə məlumat vermək zərurətindən yarandığını yazıb. Bu səfərin hətta iqtidardakı “Mülki müqavilə” partiyasının aparıcı funksionerləri üçün də gözlənilməz olduğunu vurğulayan nəşrin iddiasına görə, Paşinyan Brüsseldə Aİ Şurasının rəhbəri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makronla görüşlərində Rusiyanı Cənubi Qafqazdan çıxarmağa dair proqrama axıradək sadiq qalacağına söz verib. Məhz bu razılaşmanın nəticəsi olaraq Aİ “Global Gateway” strategiyası çərçivəsində Ermənistana maliyyə yardımının həcmini 2,5 milyard avroya qədər artıracağı barədə qərarını açıqlayıb.

Brüsseldən sonra Parisə yollanan və Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşən Paşinyan bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşıb. Amma bu zaman, o, təfərrüata varmayıb.

***

Aydın məsələdir ki, Ermənistan–Azərbaycan arasında sülh gündəmi ilə bağlı ikitərəfli təmasların Avropada deyil, ərəb ölkəsində baş tutması və buradan konsturktiv dialoq barədə dünyaya mesajlar verilməsi, üstəlik, okeanın o tayından tərəflərin sülh təşəbbüslərini dəstəkləyən açıqlamaların səslənməsi “kollektiv

Qərb”i, xüsusilə də Fransanı narahat etməyə bilməzdi. Bəli, İrəvan və Bakı arasında tet-a-tet formatlı görüşlərin konkret nəticələr verməyə başlamasını “qoca qitə”nin təmsilçiləri özlərinin maraqlarına ziyan vuran amil kimi görürlər. Aİ bu prosesdə iştirakının sıfırlanması ilə paralel olaraq, bölgədə nüfuzunun azalması reallığı ilə də barışmağa çətinlik çəkir və indiki mərhələdə Ermənistana təsir rıçağı kimi onu pulla şirnikləndirməyə üstünlük verir. “Global Gateway” xətti ilə Ermənistana 2,5 milyard avro maliyyə yardımının ayrılması faktına Aİ-nin narahatlığının “fəsadı” kimi baxmaq daha doğru olar.

Brüsseldə keçirilən danışıqların yekunlarına dair birgə bəyanatda 2,5 milyard avronun nəqliyyat, enerji, rəqəmsal infrastruktur və kiçik biznesin inkişafına yönəldiləcəyi öz əksini tapsa da, qeyri-ixtiyari belə bir sual yaranır: Elan edilmiş vəsait, doğrudanmı göstərilən istiqamətlər üzrə xərclənəcək, yoxsa hərbi məqsədlər üçün, məsələn, Hindistandan, ya da həmin Fransadan hücum silahlarının alınmasına yönəldiləcək? Belə güman etmək istərdik ki, bu milyardlar həqiqətən də enerji, nəqliyyat və özəl sektora xərclənəcək. İntəhası, bu cür nəhəng infuziya faktı o deməkdir ki, Ermənistan büdcəsi digər məsrəflərdən, məsələn, hərbi xərclərdən azad ediləcək. Bunu yoxlamaq elə də çətin olmayacaq. Əgər gələn il bu ölkənin hərbi büdcəsi xeyli artırılsa, bu, o demək olacaq ki, Ermənistanın hərbiləşdirilməsi proqramı nəinki davam edir, hətta artırılır. Axı, toplananların yeri dəyişəndə cəm dəyişmədiyi kimi, yerdə şərtlərə yenidən baxılması da məbləğdə fərq etməyəcək. Bəzi ekspertlər İrəvana ayrılan yardımın əsasən Ermənistanın Rusiya qarşısında duruş gətirməsinə hesablandığı qənaətini bölüşürlər.

***

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Aİ-nin bu siyasətinin heç də təzə olmadığını, COVID-19 epidemiyası zamanı bu birliyə daxil olan, eləcə də onunla əməkdaşlıq edən ölkələr üçün maliyyə yardımları nəzərdə tutulduğunu bildirdi: “Həmin vaxt müxtəlif forma və şəkildə bilavasitə yardımlar edilirdi. Amma əsas məsələ odur ki, indiki 2,5 milyard avro investisiya üçün nəzərdə tutulan məbləğdir. Yəni, bildiyimiz qədər, bu pullar Ermənistan hökumətinin hesabına köçürülməyəcək. Bu məbləği əldə etməkdən ötrü Ermənistan kifayət qədər effektiv sayılan investisiya layihələrini təqdim etməlidir. Həmin çoxsaylı layihələrin maliyyələşdirilməsi isə beş il müddətinə nəzərdə tutulur. Aİ zəruri hesab etdiyi təqdirdə həmin layihələrə lazımi resursları yönəldəcək. Bu vaxta qədər İrəvan bir neçə layihə verib ki, onların da ümumi dəyəri 5 milyon avrodan yuxarı olmayıb. Aİ oxşar layihəni vaxtilə Gürcüstanda da həyata keçirib. Sonralar Şimal–Cənub marşrutunun inşa edilməsinə də maliyyə yardımı istəmişdilər. Müəyyən məbləğ ayrılmışdı. Bundan başqa, 80-100 milyon dollar vəsait orta və kiçik biznesin inkişafı üçün nəzərdə tutulub. Bu məbləğ isə banklar vasitəsilə kiçik biznes layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Əslində, Avropa İttifaqı bu xarakterli layihələri qiymətləndirməklə məşğul olmur. Bunu qurumun yerli strukturları həyata keçirirlər. Bütün hallarda Aİ-nin ayırdığı vəsait nə büdcəyə dəstək kimi, nə Ermənistanın hansısa müdafiə xərclərinə, nə də silah alınması üçün nəzərdə tutulub”.

Əgər İrəvan ayrılan vəsaiti təyinatından kənar məqsədlər üçün istifadə etməyə çalışarsa, bununla finiş xəttinə yaxınlaşmaqda olan sülh prosesini riskə atmış olacaq. İki ölkə arasında nizamlanma prosesinin başa çatması ərəfəsində Ermənistanın silahlandırılması məsələsi yenidən gündəmə gətiriləcəksə, bu, yeni problemlər yarada bilər. Əbu-Dabidə yeni məzmun kəsb etməyə başlamış vasitəçisiz, ikitərəfli sülh danışıqları prosesində Azərbaycanın mövqeyi və sülh şərtləri dəyişməz olaraq qalır. Bunlar Ermənistan konstitusiyasında qonşuların ərazi bütövlüyünə təhdid yaradan müddəanın aradan qaldırılması və ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsidir.

***

Bu yerdə xatırlatmaq yerinə düşər ki, Əbu-Dabi danışıqlarından sonra Fransa prezidenti Makron Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində hərəkətlərə dəstək ifadə etmək qərarına gəldi. O, özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə yazıb: “Ən qısa müddətdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionun bütün ölkələri və xalqları üçün yeni səhifə açacaq”. İndiki məqamda onun bu arzusunda nə qədər səmimi olduğunu bilmək heç də asan deyil.

Fəqət Aİ və Ermənistan arasında son razılaşma ilə bağlı narahatlıq doğuran, militarizmdən savayı başqa bir nüans da var. Nikol Paşinyanın Qərbdən, xüsusilə də Avropadan maliyyə “inyeksiyalarını” asanlıqla qəbul etməsi onun ölkəsinin suverenliyini gücləndirmək siyasətini nə dərəcədə ardıcıl həyata keçirə biləcəyinə dair bəzi şübhələr yaradır. Yəni, proses “kollektiv Qərb”in ssenarisinə uyğun davam edərsə, Ermənistan, sadəcə olaraq, böyük qardaşı digəri ilə əvəz edəcək. Bu da Cənubi Qafqazda daimi gərginlik mənbəyini saxlamaq demək olacaq.

2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti Rusiyanın təsir dairəsindən mümkün qədər tez çıxmağa, ən azı, Moskvanın üzərindəki təsirini zəiflətməyə çalışır. Kənardan belə görünür ki, rəqiblərinə qarşı mübarizədə Nikol Paşinyan qarşısına qoyduğu məqsədlərə çatır. Baxmayaraq ki, son dövrlər Rusiya öz əlaltıları vasitəsilə Ermənistan daxilində siyasi hərarəti xeyli qaldırıb. Belə güman etmək olar ki, ABŞ və Aİ-nin yardımları sayəsində Paşinyan Rusiyanın təzyiqləri qarşısında duruş gətirəcək. Ümid edək ki, Aİ-nin Ermənistana ayırdığı maliyyə yardımı sülh prosesinə mənfi təsir göstərməyəcək. Siyasi məntiqə görə də Nikol Paşinyanın bundan sui-istifadə edəcəyi inandırıcı görünmür. Çünki onun üçün sülh sazişinin tezliklə imzalanması bütün aspektlərdə vacib və əhəmiyyətlidir.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri