Icma.az
close
up
RU
Erməni nazirin ABŞyə “tarixi” səfəri

Erməni nazirin ABŞyə “tarixi” səfəri

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 5-də Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Pentaqonda rəsmi qarşılanma mərasimi olub, Ermənistan Respublikasının və ABŞ-nin dövlət himnləri səsləndirilib.

Müdafiə naziri Suren Papikyan səmimi qəbula görə ABŞ-nin müdafiə naziri Lloyd Ostinə təşəkkür edərək, Ermənistan silahlı qüvvələrində aparılan islahatların təfərrüatlarını təqdim edib. Həm Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının həyata keçirilməsinə, həm də Ermənistan-Azərbaycan, münaqişəsinin həllinə yönəlmiş əməkdaşlığın prioritet istiqamətlərini qeyd edib. ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması- hərbi təhsil, döyüş hazırlığı, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq, peşəkar serjant və təlimatçı institutlarının inkişafı, təlim mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistanın müdafiə naziri Suren Papikyanı salamlayan ABŞ-nin müdafiə naziri Lloyd Ostin səfərin tarixi olduğunu qeyd edib.

Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Lloyd Ostin ABŞ-nin Ermənistan Respublikasının müstəqilliyini, suverenliyini və rifahını dəstəklədiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın genişlənməkdə davam etdiyini vurğulayıb.

Nazir Ostin ABŞ-nin ER Silahlı Qüvvələrində islahatları davam etdirməyə hazır olduğunu bildirib.

Beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.

Müdafiə naziri Suren Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib. Öz növbəsində müdafiə naziri Lloyd Ostin ABŞ-nin bu cəhdə dəstəyini ifadə edib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri