Icma.az
close
up
RU
“Reinteqrasiya istəyən onlarla erməni saxlanılıb...” “Avropa İttifaqının “erməni məhbusları” yanaşması selektivdir”

“Reinteqrasiya istəyən onlarla erməni saxlanılıb...” “Avropa İttifaqının “erməni məhbusları” yanaşması selektivdir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabr 2025-ci ildə imzalanmış Strateji Gündəm sənədi hələ də müzakirə mövzusu olaraq qalır. Azərbaycan Xarici İşlər Nazirliyi sənədlə bağlı artıq öz mövqeyini açıqlayıb. Bəyan olunub ki, sənəddə yer alan bəzi məqamlar Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə ziddir. Çünki sənəddə yer alan “erməni məhbusları və digər saxlanılan şəxslər” ifadəsi xüsusi suallar doğurur.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı “erməni məhbuslarının və digər saxlanılanların azadlığa buraxılması üçün çağırışları davam etdirməli, itkin düşmüş şəxslərin taleyi və məcburi yoxaçıxmalar daxil olmaqla humanitar məsələlərin həlli istiqamətində etimad quruculuğu tədbirləri görməlidir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə yerli mediaya açıqlamasında sənəddə sülh prosesi ilə ziddiyət təşkil edən məqamlar olmadığını iddia edib.

Politoloq Fərhad Məmmədov bildirir ki, Azərbaycan Brüssel ilə həbs edilmiş Ermənistan vətəndaşları mövzusunu müzakirə etmək niyyətində deyil: “Onların bir qismi artıq məhkəmə hökmü alıb, digərlərinin isə işi məhkəmədə baxılma mərhələsindədir. Avropa İttifaqının bu mövzuda Azərbaycan qarşısında hər hansı mandatı yoxdur və Brüsseldən bu məsələ qaldırılarsa, uyğun cavab veriləcək”.

Ekspertin sözlərinə görə, sənəddə “erməni məhbusları” anlayışı tam qeyri-müəyyən formada təqdim olunur: “Sənəddə nə say göstərilir, nə adlar açıqlanır, nə də onların hansı ölkədə saxlanıldığı qeyd olunur. Sadəcə ümumi və hüquqi baxımdan qeyri-müəyyən ifadə var”.

Fərhad Məmmədov diqqəti Ermənistanda həbsdə olan erməni əsilli şəxslərə yönəldir. Onun sözlərinə görə, 2021–2023-cü illərdə Qarabağda fəaliyyət göstərən, Ermənistandan maliyyələşən və Rusiyanın bölgədə qalmasını dəstəkləyən hərbi xunta tərəfindən reinteqrasiyanı dəstəkləyən onlarla erməni saxlanılıb: “Bu şəxslər Azərbaycanın dövlət qurumları ilə əlaqə saxladıqlarına və reinteqrasiya istədiklərinə görə qondarma ‘xəyanət’ ittihamı ilə həbs ediliblər. Sonuncu belə məhbus Sarkis Qalstyan olub və o, 18 il azadlıqdan məhrum edilib”.

Politoloq sual edir ki, Avropa İttifaqı bu erməni məhbusların taleyi ilə maraqlanırmı: “Aİ-nin Ermənistandakı nümayəndəliyi onları ziyarət edirmi? Ümumiyyətlə, bu insanlar kiminsə diqqət mərkəzindədirmi? Xüsusilə də Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra”.

Fərhad Məmmədov hesab edir ki, Avropa İttifaqının yanaşması açıq şəkildə selektiv xarakter daşıyır: “Belə görünür ki, Aİ üçün insan hüquqları məsələsində belə seçici münasibət mövcuddur – hətta ermənilərə münasibətdə belə”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri