Icma.az
close
up
RU
Erməni baş nazirin gecikmiş etirafı

Erməni baş nazirin gecikmiş etirafı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlham Əliyevin ədalətli mövqeyinin Ermənistanın siyasi xəttinə önəmli təsiri

Zamanın diktəsi ilə deyil, reallığın məcburiyyəti ilə edilən etiraflar əslində, siyasi məğlubiyyətin təsdiqidir. Cənubi Qafqazın siyasi xəritəsi uzun illər beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyi və Ermənistanın daxili siyasətinin qərəzli, hesablanmamış addımları ucbatından mürəkkəbləşib. ATƏT-in Minsk qrupu regionda gərginliyi azaltmaq əvəzinə, status-kvonu qorumağa xidmət edib. Bu, açıq şəkildə göstərir ki, İrəvanın strategiyası fiasko ilə üz-üzədir. Rəsmi Bakı reallığı düzgün qiymətləndirərək regionda siyasi və hərbi üstünlüyünü möhkəmləndirib. Ermənistan isə bu gün gecikmiş etiraflarla vəziyyəti düzəltməyə çalışır, amma görünür, reallıq artıq İrəvanın əlindən çıxıb.

Sentyabrın 10-da Nikol Paşinyanın yay tətilindən sonra Ermənistan parlamentində ilk çıxışı maraqlı fikirlərlə yadda qaldı. Baş nazir açıq şəkildə etiraf etdi ki, ATƏT-in Minsk qrupu illərlə regionu gərginlikdə saxlamaq üçün istifadə edilən faydasız mexanizm olub. Onun Minsk qrupu ilə bağlı fikirləri dörd il əvvəl Prezident İlham Əliyevin dediklərinin gecikmiş təsdiqidir. Dövlət başçımız 2021-ci ildə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı məhz bu fikirləri səsləndirmişdi: “Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər”.

Bəli, həqiqətən də, aydın olur ki, Prezident cənab İlham Əliyevin fikirləri əsasında bu gün Ermənistan öz siyasi xəttini müəyyən edir. Bu etirafın gecikməsi heç də təsadüfi deyil. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərlə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqləndi. Rəsmi İrəvan həmin sənədlərə istinad edərək Minsk qrupunun buraxılmasına razılıq verdiyini elan etdi. Bu, Ermənistanın uzun illər mövcud olan “status-kvo aludəçiliyindən” imtinası demək idi. Paşinyan yaxşı anlayır ki, nə Vaşinqton, nə Paris, nə də Moskva regionda artıq əvvəlki kimi oyun qura bilmir. Bakının bütün sferalarda qələbəsi yeni reallıqlar yaradıb.

Bununla yanaşı, Paşinyan daxildə xunta rejiminin qalıqlarına, Koçaryan-Sarkisyan tandeminin revanşist “quyruğuna” xəbərdarlıq göndərir. Baş nazir göstərməyə çalışır ki, müxalifətin beynəlxalq dəstək ümidləri əbəsdir və ölkəni yeni qarşıdurmaya sürükləmək cəhdləri nəticəsiz qalacaq. Bu, həm də cəmiyyətə psixoloji hazırlıq mesajıdır: “Daqlıq Qarabağ” artıq yoxdur, Minsk qrupu yoxdur, yeni mərhələ başlayır”.

***

Sentyabrın 1-də ATƏT-in Nazirlər Şurasının Minsk qrupunun ləğvi ilə bağlı qərarından sonra Ermənistan daxilində daşnak-radikallar əl-ayağa düşərək sərsəm bəyanatlar səsləndirməyə başladılar. Özünü separatçıların lideri hesab edən Samvel Şahramanyan, Sarkisyan-Köçəryan cütlüyü, Ermənistanın katolikosu, Kilikiya katolikosu, bəzi müxalif partiyaların sədrləri ATƏT-in Minsk qrupunu “klonlamaq” və bu yolla kütləni ələ almaq üçün çağırışlar edirlər. Baş nazir Nikol Paşinyan isə nə yolla olur-olsun seçkilərə qədər rəsmi Bakı ilə münasibətləri nizamlayaraq sülh müqaviləsinin altına imzasını atmaq istəyir. Bu baxımdan, Nikol öz siyasi xəttində mütəmadi olaraq manevrlər edərək Bakının irəli sürdüyü şərtləri qəbul edir.

Minsk qrupunun ləğvinə dəstək məhz buna əyani misaldır. Sadəcə olaraq, N.Paşinyan bu qərarların icrasını ləngidərək hadisələrin məntiqi sonluğuna birbaşa yox, dolayısı yolla gedir ki, bu da erməni əhalinin etirazlarının qarşısının alınmasına yönəlib. Erməni mediası yazır ki, Nikol Paşinyan Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləyərək ATƏT-in Minsk qrupunun buraxılması prosesinə qoşulmaqla öz hökumətinin təsdiqlənmiş proqramından kənara çıxıb. Ermənistanın 2021–2026-cı illər üçün hökumət proqramında Minsk qrupuna dəstək və onunla əməkdaşlığın davam etdirilməsi xüsusi vurğulanırdı və bu məsələ sənədin əsas istiqamətlərindən biri kimi göstərilirdi. Lakin Paşinyan bu öhdəliyi yerinə yetirməyərək faktiki olaraq həmin qurumun fəaliyyətinin dayandırılması prosesinə razılıq verdi. Bu addım “Vətəndaş sazişi” partiyasının seçkiqabağı vədlərindən və proqramda təsbit olunmuş əsas müddəalardan imtina deməkdir ki, nəticədə hakim komanda öz seçici bazasının qarşısında verdiyi sözlərə sadiq qalmadığını nümayiş etdirmiş oldu.

Bəli, hər şey gün kimi aydındır. Erməni baş nazir siyasi xəttini 180 dərəcə dəyişərək yeni qərarlar qəbul edir. Nikol ikinci Gümrü fiaskosuna razı ola bilməz. Əgər bu baş verərsə, o zaman müxalifət dərhal hərəkətə keçər və növbəti prezident seçkiləri üçün mühüm nailiyyət qazanar. Bu baxımdan, Paşinyanın rəsmi Bakının bəlirlədiyi yolla hərəkəti normaldır və qəbulediləndir. Lakin burada sual yaranır: Paşinyanın etirafları gecikmiş addım deyilmi? Əgər o, bunları 2018-ci ildə hakimiyyətə gələndə desəydi, bəlkə də 44 günlük müharibə acısını yaşamasına ehtiyac qalmazdı. Bu mənada Paşinyanın çıxışı həm də siyasi peşmançılıq nümunəsi kimi görünür. Sanki baş nazir keçmiş səhvlərinə bəraət qazandırmaq istəyir. Lakin “sonrakı peşmançılıq” həyatda olduğu kimi, elə siyasi müstəvidə də fayda vermir.

Region üçün əsas nəticə aydındır: ATƏT-in Minsk qrupunun tarixi missiyası rəsmi olaraq başa çatdı. Bu, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması üçün əlavə imkanlar açır. Azərbaycan artıq sülh gündəliyini irəli aparmaqda sərbəstdir və Ermənistanın da buna qoşulmaqdan başqa alternativi yoxdur. Paşinyanın çıxışı bir daha göstərdi ki, Bakının strateji və ədalətli mövqeyi zamanla rəqiblərini də həqiqəti etiraf etməyə məcbur edir.

Beləliklə, Nikol Paşinyanın parlamentdə çıxışı həm Ermənistanın daxili siyasi həyatında, həm də regionun geosiyasi mənzərəsində dönüş nöqtəsidir. O, illərlə manipulyasiya obyekti olmuş Minsk qrupunun maskasını çıxardı, amma bunu yalnız məğlubiyyətdən sonra etdi. Bu, həm İrəvana, həm də Qərbə bir dərsdir: reallığı nə qədər gec qəbul etsəniz, onun qiyməti bir o qədər baha başa gəlir.

Züriyyə QARAYEVA,
politoloq

Nikol Paşinyanın ATƏT-in Minsk qrupu barədə son açıqlaması, əslində, Ermənistan siyasi rəhbərliyinin 30 ildən çox davam edən illüziyasının dağılması kimi qiymətləndirilə bilər. O, parlamentdə açıq şəkildə bildirdi ki, Minsk qrupunun fəaliyyətində faydalı heç nə olmayıb və bu format münaqişənin həllinə deyil, onun uzanmasına xidmət edib. Bu, Azərbaycan Prezidentinin hələ dörd il əvvəl səsləndirdiyi fikrin təsdiqi deməkdir. Beləliklə, Paşinyan indi faktiki olaraq Bakının öncə dediyi həqiqəti qəbul etmək məcburiyyətində qalıb.

Bu açıqlamanın əsas motivlərindən biri daxili auditoriyaya yönəlib. Ermənistan daxilində hələ də köhnə “xunta rejiminin” qalıqları və revanşist dairələr mövcuddur. Paşinyan bu bəyanatla göstərməyə çalışır ki, onların illər boyu əsaslandıqları Minsk qrupu konsepsiyası, əslində, boş ümid imiş. Bu, daxildə həm siyasi rəqiblərə siqnal, həm də cəmiyyətin fikrini Qərbə inteqrasiya kursuna kökləmək üçün atılmış addımdır.

Eyni zamanda Paşinyanın çıxışı Qərbə ünvanlanmış mesaj xarakteri daşıyır. O, Vaşinqtonda imzalanmış sənədlərə istinad etməklə göstərir ki, Ermənistan artıq sülh gündəliyinə daha yaxın dayanır. Burada məqsəd həm ABŞ və Avropa İttifaqı ilə münasibətləri möhkəmləndirmək, həm də regionda yeni geosiyasi reallıqları qəbul etdiyini nümayiş etdirməkdir.

Nəticə etibarilə, Paşinyanın “gecikmiş etirafı” yalnız reallığın qəbul olunması deyil, həm də siyasi zərurətdən doğan bir addımdır. O, bu bəyanatla həm beynəlxalq aləmə, həm də daxili siyasi rəqiblərinə mesaj verir. Amma mahiyyət etibarilə bu, artıq gecikmiş bir bəyanatdır – çünki Minsk qrupunun sıradan çıxması Azərbaycan və region üçün çoxdan fakt idi. Ermənistan rəhbərliyi isə indi yalnız gecikmiş peşmançılığın dadını yaşayır.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri