Icma.az
close
up
RU
Erməni cəlladlarının törətdiyi daha bir faciə: Qaradağlı cinayəti ilə bağlı DƏHŞƏTLİ FAKTLAR KONKRET

Erməni cəlladlarının törətdiyi daha bir faciə: Qaradağlı cinayəti ilə bağlı DƏHŞƏTLİ FAKTLAR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı təcavüzə başlaması 1988-ci ilin fevralı göstərilsə də, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin tarixi daha əvvələ söykənir. 19-cu əsrdən başlayaraq azərbaycanlılara və türklərə qarşı düşmənçilk siyasəti aparan erməni millətçiləri ayrı-ayrı təşkilatlar yaradaraq yeni ideologiya ətrafında birləşiblər. Bunun ardınca Türkiyədə “Osmanlı”ya qarşı xarici qüvvələrlə əlbir olan ermənilər, Cənubi Qafqazdan azərbaycanlıları da sıxışdırmağa başlayıblar. Beləliklə, 20-ci əsrin əvvələrindən başlayan erməni qırğınları 1988-ci ildə yeni mərhələyə qədəm qoyub. Qarabağın Ermənistana birləşdirilməsi üçün məkrli planı işə salan ermənilər xalqımıza qarşı yeni souqırımıları törədib.

KONKRET.az xəbər verir ki, bu gün erməni cəlladlarının törətdiyi daha bir soyqırımın ildönümüdür. Xocavənd-Xankəndi yolunun üzərində, dağların ətəyində,  rayon mərkəzindən 13 km Qərbdə yerlşən Qaradağlı 1992-ci il fevralın 17-də erməni-quldur dəstələrinin hücumuna məruz qaldı. Azərbaycanlılara qarşı xüsusi amansızlıq göstərən erməni millətçiləri qarşılarına çıxan hər kəsi vəhşicəsinə öldürüb, sağ qalanlara işgəncə veriblər.

1992-ci il fevralın 14-də Ermənistan silahlı qüvvələri Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayın dəstəyi ilə Qaradağlıya hücuma keçib. Dörd gün ərzində 104 kənd sakini və 14 əsgər erməni silahlı birləşmələrinin hücumuna qarşı fədakarlıqla mübarizə aparıb. Biri qadın olmaqla 14 nəfər həlak olub. Sursatsız qalan kənd müdafiəçiləri ermənilərə əsir düşüblər.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni quldurları tərəfindən işğal edilərək yandırılıb. 118 kənd sakini girov götürülüb. 33 nəfər güllələnib. Əsirlər qeyri-insani işgəncələrə məruz qalıb. Erməni cəlladları ölənlərin cəsədlərini, yaralıları isə silos quyularına dolduraraq onların üstünü torpaqla basdırıblar. Qaradağlı faciəsində ümumilikdə 68 əsir həlak olub. 50 nəfər böyük çətinliklə düşmənin əlindən xilas edilsə də, onlardan 18-i əsirlikdə fiziki və mənəvi işgəncələrə tab gətirə bilməyib və həlak olub. Əsir düşmüş azərbaycanlıların başı kəsilib, onların bəziləri diri-diri basdırılıb, əksəriyyətinin dişləri çıxarılıb, uzun müddət ac-susuz saxlanılıblar. Əsir düşən azərbaycanlılara qarşı barbar edamlardan istifadə olunub. Qaradağlı kəndində 2 ailə tamimilə məhv edilib. Kənddə ümumilikdə 91 nəfər, yəni Qaradağlının hər onuncu sakinindən biri öldürülüb. Kənddə 200 yaşayış binası, mədəniyyət evi, 320 yerlik məktəb, 25 çarpayılıq xəstəxana dağıdılıb. 800-ə yaxın kənd sakini qaçqın düşüb. 2023-cü il sentyabrında ordumuzun keçirdiyi bir günlük antiterror əməliyyatından sonra Qaradağlı işğaldan azad edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri