Icma.az
close
up
RU
Erməni ekspert: “Paşinyanın ordu ilə bağlı islahatları yalnız Azərbaycanın maraqlarına uyğundur” KONKRET

Erməni ekspert: “Paşinyanın ordu ilə bağlı islahatları yalnız Azərbaycanın maraqlarına uyğundur” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan hökuməti ötən gün parlamentdəki “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ayk Sarqsyanın qanunvericilik təşəbbüsünü təsdiqləyib. Bu təşəbbüs pullu və qısamüddətli hərbi xidmət formasının tətbiqini nəzərdə tutur. Sənədə edilən dəyişikliklərə baxmayaraq, təşəbbüsün əsas məğzi dəyişməyib: hakimiyyət yeni bir məcburi hərbi xidmət formasını təklif edir və hesab edir ki, bu sistemin müasirləşməsinə və vətəndaşlara seçim imkanı təqdim edilməsinə xidmət edəcək.

Yenilənmiş layihəyə əsasən, bir aylıq hərbi xidmətin qiyməti 62 min dollar, dörd aylıq xidmət isə 47 min dollar olacaq. Müraciətlərin sayı hökumətin qərarı ilə məhdudlaşdırılacaq. Layihə hərbi xidmətin maksimum yaş həddini 32 olaraq müəyyən edir.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qanun layihəsi Ermənistanda geniş ictimai rezonansa səbəb olub.

Hərbi ekspert Ayk Naqapetyan jurnalistlərlə söhbətində bildirib ki, bu təşəbbüs ölkənin müdafiə qabiliyyətini təhlükə altına salır və cəmiyyətdə sosial ədalətsizliyi daha da dərinləşdirir.

“Bu cür qərarlar birbaşa milli təhlükəsizliyə zərbə vurur. Əslində, bu layihə yeni bir sosial ədalətsizlik doğurur. İmkanlı şəxslər övladlarını hərbi xidmətdən azad etmək və ya vətəndaşlıqdan imtina etmək üçün pul ödəyə bilər. Bu isə onsuz da gərgin olan daxili sosial vəziyyəti daha da pisləşdirir”, – deyə Naqapetyan bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan ordusu tədricən yalnız sosial baxımdan zəif təbəqələrin övladlarının xidmət etdiyi bir quruma çevrilir:

“İmkanı olan vətəndaş xidmətdən yayınır, amma kasıb ailənin valideyni o qədər acizdir ki, oğlunun sağ-salamat evə dönəcəyinə belə əmin deyil və bəlkə də evini satmalı, vətəndaşlıqdan imtina etməli olur — bu, həm ordunun döyüş qabiliyyətinə, həm də cəmiyyətin birliyinə ağır zərbədir.”

Naqapetyan qanun layihəsində nəzərdə tutulan yaş həddi – 32 yaş məsələsinə də toxunub və bildirib ki, bu dəyişiklik əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə yol açacaq:

“Bu, yalnız miqrasiyanı sürətləndirməyəcək, həm də demoqrafik vəziyyətə ciddi zərbə vuracaq. Belə islahatlar yalnız Azərbaycanın maraqlarına uyğundur. Ermənistan Silahlı Qüvvələrinin sıradan çıxarılmasının ən səmərəli yoludur.”

Ekspertin fikrincə, Ermənistan hökuməti ordunu mərhələli şəkildə dağıtmaq siyasəti aparır:

“Bir institutu iki yolla ləğv etmək olar: ya rəsmi qərar verib onu bağlayırsan – 2018-ci ildə bəzi nazirliklərlə etdikləri kimi – ya da onu tədricən dağıdırsan. Hazırda ikinci ssenari həyata keçirilir. Həm çağırışçıların sayı azalır, həm də müqaviləli hərbçilər üçün kifayət qədər sosial stimullar yoxdur. Nəticədə həm bu, həm o zəifləyir – və ordu zəifləyir.”

Naqapetyan onu da vurğulayıb ki, müharibədə əsas faktor texnika deyil, insandır:

“Müharibədə qalib gələn texnika yox, insandır – onun motivasiyası, əmri həyat bahasına yerinə yetirməyə hazır olması. Biz isə münaqişə vəziyyətində ola-ola hər şeyi sosial ədalətsizliyə çeviririk. Bu, yalnız növbəti məğlubiyyət üçün zəmin yaradır.”

Ekspert sonda qeyd edib ki, Ermənistan hakimiyyətinin bu qərarları birbaşa milli təhlükəsizlik üçün təhlükədir:

“İndiki hakimiyyətin qəbul etdiyi bütün qanunlar ordunun buraxılmasına aparır. Dərhal yox, mərhələli şəkildə – necə ki, vaxtilə nazirliklər ləğv olunmuşdu. İndi də orduda eyni şey edilir. Ordunu gücləndirmək əvəzinə, demək olar ki, fabrikləri belə qalmayan ölkədə kasıb təbəqənin övladlarından ibarət proletar-kəndli ordusu yaratmağa çalışırlar. Bu, çıxış yolu deyil. Ermənistanda bu cür qərarların hər biri müdafiə qabiliyyətinə və milli təhlükəsizliyə təhdiddir”, – deyə Ayk Naqapetyan fikrini tamamlayıb.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri