Icma.az
close
up
RU
“Erməni hərbçi ratsiya ilə soruşdu ki, sən hələ ölməmisən?”

“Erməni hərbçi ratsiya ilə soruşdu ki, sən hələ ölməmisən?”

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

18 may tarixi Azərbaycan aviasiyası üçün əlamətdar gündür. Məhz 18 may 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.

Təbii ki, Azərbaycan aviasiyası da zəngin tarixə malikdir. Həmin tarixin bir parçası olanlar arasında Rasim Babayev də var. 72 illik ömrünün 54 ilini aviasiyaya həsr etmiş R.Babayev həm də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Rasim bəylə söhbətimizə bu sahəyə gəlişindən başladıq.

- Biz əslən Bakının Ramana kəndindənik. Maraq üçün deyim ki, bu günə qədər kəndimizdən ümumilikdə 37 pilot çıxıb. Ramana ilə Zabrat aeroportu arasında məsafə elə də çox deyil. Hətta deyərdim ki, helikopterlər daim evimizin üzərindən uçurdu. Biz də uşaqlarla birgə onlara əl edirdik, qışqırırdıq. Birinci sinfə gedəndə müəllimə uşaqlardan soruşurdu ki, böyüyəndə kim olmaq istəyirsən. Həmin vaxt o sözün mənasını bilməsəm də, pilot demişdim. Elə oldu ki, doğrudan da pilot oldum.

- Təhsil baxımından bu, necə alındı?

- Sənədlərimi verdim Rusiyanın Ryazan şəhərinin Aleksandr Taran adına Pilotlar məktəbinə. 2 ildən sonra həmin məktəbi bitirdim. Bakıya qayıdıb Zabrat Birləşmiş Aviasiya dəstəsində ikinci pilot kimi işə qəbul oldum. İki il sonra AN-2 kapitanı təyin edildim. 1978-ci ildə AN-2 təyyarəsinin eskadrilya komandirinin müavini vəzifəsinə təyin edildim. Təxminən 5 il belə keçdi. Mənim öz arzum var idi. Böyük təyyarələrdə uçmaq istəyirdim. Buna görə də keçmiş Aviasiya idarəsinin rəisi, mərhum Vaqif Sadıqlıya müraciət etdim. Göndərildim Ukraynanın Kremençuk şəhərində yerləşən helikopter pilotları hazırlayan uçuş məktəbinə.

- Adətən çoxlarının təyyarəyə marağı olur. Siz necə oldu ki, təyyarə yox, helikopter pilotu olmağı seçdiniz?

- Açığı, helikopteri idarə etmək təyyarədən daha ağırdır. Uçuşuna görə müasir təyyarələrdə hər şey avtomatlaşdırılıb. Helkopterdə isə nə qədər avtomatlaşdırılsa da, əzabı çoxdur. Onu hiss etmək lazımdır. Hiss etməsən, çətin ki, helikopteri idarə edə biləsən.

- Siz həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Həmin günləri necə xatırlayırsınız?

- Çox çətin vaxtlar idi. Evə ən tezi 15 gündən bir gəlirdim. Bir müddət Naxçıvanda oldum. Orada əhali çox əziyyət çəkirdi. Çox ciddi qida çatışmazlığı var idi. Heydər Əliyevin göstərişi ilə Zəngilanda, Qubadlıda Naxçıvan əhalisi üçün azuqə hazırlayırdılar, mən gecə ilə gedib helikopterlə gətirirdim. İranın üstündən keçirdik. Ümumilikdə demək olar ki, 3 il yarım müharibədə aktiv şəkildə iştirak etmişəm.

- 3 il yarımda müharibədən ən çox nələr yadınızda qalıb?

- İki dəfə vurulmuşam, bir dəfə helikopterdən yük boşaldanda, ikinci dəfə isə Kərkicahanda. Hətta bir dəfə erməni hərbçi ratsiya ilə dedi ki, “Babayev, sən hələ ölməmisən?”

Ən təsirli anlardan biri Ordubadda çobanların itməsi ilə bağlı idi. Bilmirəm, həmin hadisəni xatırlayırsınız, ya yox. İki çoban dağlarda itkin düşmüşdülər. Həmin vaxt bu hadisə böyük rezonans doğurmuşdu. Qoyun-quzular geri qayıtsalar da, çobanlardan xəbər yox idi. Bu səbəbdən də biz həmin dağlıq əraziyə yollandıq. Təxminən 3400 metr hündürlükdə çobanların meyitlərini tapdıq.

- Çobanları ermənilər vurmuşdu, düzdür?

- Bəli, ermənilər vurmuşdular. Deyə bilmərəm, dərhal ölmüşdülər, ya yox. Amma o cür ərazidə yaralı vəziyyətdə həyatda qalmaq qeyri-mümkün idi. Cənazələri geri gətirərkən Ordubadda izdiham var idi. Böyük minnətdarlıq oldu. Ordubad camaatı belə şeylərə həssasdır.

- Siz həmin hadisələrin canlı şahidisiniz. Naxçıvanı o dövrdə əldə saxlamaq nə dərəcədə çətin idi?

- Tam əminliklə deyirəm ki, Heydər Əliyev olmasaydı, Naxçıvanı da əldən verərdik. Məhz Ulu öndərin sayəsində saxlaya bildik. Çox çətin dövr idi. Heydər Əliyev günün demək olar, 24 saatı iş başında idi. Daim camaatın yanında idi. Əhalini, Naxçıvanı qorumaq üçün dayanmadan çalışırdı. Ümumiyyətlə, ruslar həmişə bizə qarşı olublar. Həmişə erməniləri dəstəkləyiblər. Gözüm gördüyünü deyirəm. Ermənidən bizə düşmən olmaz. Biz ermənini qarnımızla qovarıq.

- Necə ki, 2020-ci ildə qovduq...

- Allah İlham Əliyevi bizə çox görməsin. Səbr, təmkin lazım idi. Daha sonra yığışmaq, yekunda da düşmənə elə zərbə vurmaq lazım idi ki, ayılmasın. Erməni 44 gündə hiss eləmədi ki, o, məğlub olur. Bir də gördü ki, Azərbaycan Ordusu İrəvana çatır. Rus olmasaydı, biz İrəvanı da alardıq. Azərbaycan bu müharibədən qalib ayrılmalı idi. Çünki biz haqq davası aparırdıq. Bizim başqasının torpağında gözümüz yoxdur. Öz torpaqlarımızı geri qaytarmışıq.

Bayaq dedim, 2 dəfə müharibədə vurulmuşam, ümumilikdə 6 dəfə ürəyimdən, ayaqlarımdan əməliyyat olunmuşam. Lakin hər hansı narazılığım yoxdur. Bu günümüzə şükür edirəm. Şükür ki, biz bu qələbəni gördük. Bu qalibiyyətin əsas səbəbkarı dövlət başçımız və ordumuzdur. İlham Əliyevin təmkinli siyasəti, düzgün strategiyası bizi qələbəyə apardı.

- Xocalı hadisələri, insanların oradan daşınmasında iştirak etmisiniz?

- Xeyr, mən Xocalıda daha əvvəl olmuşdum. Ümumiyyətlə, çox pis dövr idi. Hər gün hansısa çətinliklərlə üzləşirdik. Xocalı hadisələrindən az əvvəl Xocavənddə fors-major bir hal yaşanmışdı. Təsəvvür edin ki, Xocavənddən daha təhlükəsiz yerə gətirilməli olan adamlardan 48 nəfəri orda qalmışdı - arvad, uşaq, qoca. Mən ora çatanda artıq gün batmışdı. Hamı istəyirdi ki, helikopterə minsin. Çünki çox qorxurdular. Bu da anlaşılan idi. Hər an hər şey baş verə bilərdi. Dediyim kimi, ümumilikdə 48 nəfər var idi, bizim helikopterə isə normalda 28 nəfər minə bilərdi. İnsanların üzünə baxdım, hamıda vahimə var idi. Elə vəziyyətdə necə kimisə seçə, kimisə apara, kimisə orada saxlaya bilərsən? Ona görə "bortinjener" Antonova dedim ki, hamını mindir. O isə bildirdi ki, helokipterə 28 nəfərdən çox minən olsa, qalxmayacaq. Ona qulaq asmadım, hamını mindirdik helikopterə. Antonov özü məcbur qalıb mənim pəncərəmdən daxil oldu içəri. Açığı, çox böyük risk edirdim. İlk öncə Həmd surəsini oxudum. Ürəyimdə dua etdim ki, Allahım, özün bizə kömək elə, bircə bu camaatı buradan çıxardım. Sonrası Allah kərimdir. O qədər adam minmişdi helikopterə... sanki avtobus idi. Cəhd elədim, qabaq çarx 8 dəfə yerə dəydi, birtəhər havaya qalxdıq. Bundan sonra yerə enməyin dərdini çəkirdim. Yaxşı ki, camaat bu anda köməyə gəldi. İnsanlar avtomobilləri sıra ilə düzmüşdülər, işıqlarını yandırmışdılar. Sanki eniş zolağı yaratmışdılar. Dəhşətli anlar idi. Normalda 18-20 dəqiqəlik yolu, 38 dəqiqəyə uçduq. Şükür Allaha ki, hər şey yaxşı qurtardı. Ümumiyyətlə, müharibə dəhşətdir. Paltarı ilə uşağını büküb, soyuqdan qorumağa çalışan, donan gəlinlərimizi, analarımızı görəndə adam özünə gələ bilmirdi. Yaxud bəzi anlar olub ki, həkimlər elə helikopterin içində hansısa yaralıya müdaxilə ediblər. Gözlərin önündə cavan bir oğlanın ayaqlarını kəsirlər, sən isə heç nə edə bilmirsən... Elə şeylər var ki, adam danışa bilmir (gözləri dolur). Elə olub ki, silah daşımışıq. Polislərimizin igidliyini görmüşəm. Bir avtomatla adamlar top-tüfəngin qarşısına çıxıblar... Çox şükür ki, artıq hər şey geridə qalıb. Bütün torpaqlarımızı işğaldan azad etmişik. Allah xalqımıza bir də o cür günlər göstərməsin.

Cəmilə Cəfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri