Icma.az
close
up
RU
Erməni saxtakarlığına soyqırım deyən ABŞın qanlı əməlləri: SendKrik Qətliamı160

Erməni saxtakarlığına soyqırım deyən ABŞın qanlı əməlləri: SendKrik Qətliamı160

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Bəzən dünyadakı yeni kəşflərin bəşəriyyətə xeyrindən çox ziyanı var.Belə kəşflərdən biri də Şimali Amerikanın tapılmasıdır. İl 1492-ci il. Məşhur səyyah Xristofor Kolumb həmin il Amerikanı kəşf etdi. Bundan təqribən 100 il sonra Kolumbun kəşf etdiyi “Yeni Dünya”ya Avropa axın etməyə başlandı.

İşğalın, soyqırımın hər növündən istifadə emiş “təcrübəli” avropalılar vərdişlərini və fürsətlərini fövtə vermədilər. Başladılar okeanın o tayındakı ucsuz-bucaqsız torpaqları sürətlə işğal etməyə.

İşğal nəticəsində yüzlərlə hindu tayfaları – daha dəqiq yerli amerikalılar əsrlərlə yaşadıqları ərazilərdən qovuldu, tarixi torpaqlarından, meşələrindən, otlaqlarından, göllərindən, dədə-baba məskənlərindən məhrum oldular. Amma toplu-tüfəngli düşmənə qarşı mətinliklə döyüşürdülər, yay-oxla, qılıncla, ağac parçası ilə!

Adalet.az xəbər verir ki, avropalıların Amerika qitəsində təşkil etdiyi ən böyük qətliamlarından birindən 160 i ötür. Tarixə Send-Krik Qətliamı kimi düşən o faciə 1864-cü ilin bu günü baş tutdu.

Mənbələr o məşum hadisənin baş tutması ilə bağlı araşdırmalarında yazırlar ki, Avropadan gəlmiş ağdərililərin hakimiyyət orqanları 1858-ci ildə Kolorado dağlarında qızıl tapdıqdan sonra daha aqressiv mövqe sərgiləməyə başlayır. Qızıl axtaranlar hindulara məxsus qızıl yataqlarına axın edir. Belə bir axın hinduları qəzəbləndirir, ora gələnlərlə aralarında qarşıdurmalar yaradırdı.

Yerli qəbilələrin başçıları o dövrdəki ABŞ rəsmiləri ilə yeni bir müqavilə imzalaladı və bu müqavilə nəticəsində hindular öz ərazilərinin əksərindən məhrum odular. Yəni, hinduların ərazisi təxminən 13 dəfədən çox azaldıldı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən hindularla ABŞın ağ dərili hakimiyyəti arasında qarşıdurmalar davam etdi.

Xüsusən, on qəbilədən ibarət şayenər bu haqsızlıqla barışmırdılar. Bu ABŞ hökümətinin əsəbləşdirirdi. Beləliklə, 1864-cü ildə Amerika qoşunları müharibə elan etmədən şayenlərin bütün yaşayış məntəqələrini dağıtmağa başladı.

Nəticədə məntəqələrin 10%-ni məhv etdilər. Leytenant Corc S. Ayranın rəhbəri olduğu bölmələr şayenlərin Kanzasdakı Smoki Hill çayı sahilindəki yay ov düşərgəsinə yaxınlaşdılar. Hindu qəbilə başçıları sülh danışıqları aparmaq üçün gəlsələrdə, öldürüldülər. Bu hadisə, Kanzasdakı şayenlərin qisas müharibəsinə səbəb oldu.

1864-cü ildə Amerika qoşunları müharibə elan etmədən şayenlərin bütün yaşayış məntəqələrini dağıtmağa başladı. Nəticədə məntəqələrin 10%-ni məhv etdilər]. Leytenant Corc S. Ayranın rəhbəri olduğu bölmələr şayenlərin Kanzasdakı Smoki Hill çayı sahilindəki yay ov düşərgəsinə yaxınlaşdılar. Hindu qəbilə başçıları Arıq Ayı və Ulduz sülh danışıqları aparmaq üçün gəlsələrdə, ancaq öldürüldülər. Bu hadisə, Kanzasdakı şayenlərin qisas müharibəsinə səbəb oldu.
Noyabrın 28-də Koloradonun 1-ci və 3-cü süvari alaylarının 700 ən çox döyüşçür polkovnik Çevinqtonun rəhbərliyi ilə dinc hinduların düşərgəsinə yaxınlaşdılar.

Noyabrın 29-na keçən gecə əsgərlər və könüllülər əvvəlcədən qələbələrini qeyd edərək içki məslisi qurdular. 1864-cü il noyabrın 29-u səhəri Çevinqton əsgərlərinə düşərgəyə hücum etməyi əmr etdi. Bu məqamda maraqlı bir nüansı diqqətinizə çatdırıram: Deməli, ABŞ hökümətinin düşmən olduğunu anlayan amma buna inanmayan qəbilələrin bir çoxu düşərgəyə ABŞ bayraqları sancmışdılar.Ancaq əsgərlər ilk atəşi onlara açır.

Bəli, öldürülən ilk insanlar amerikalılarla barışıq imzalamış şayen qəbilə başçısıları olur.
Yenə də mənbələrdə deyilir ki, Çevinqtonun əsgərləri çox vəhşilik törətdilər. Onlar öldürülmüş kişilərin başının dərisini soyub, qadınların döşlərini kəsdirdilər. Cəsədlər tanınmaz hala salınmışdı. Heç bir müqavimət göstərməyən qadınlar və uşaqlar öldürülür, yaralılar sağ qoyulmurdu.

Qətliamı araşdıran Konqres komissiyasının sənədlərində deyilir:
Hinduların cəsədlərini gördüm, hissələrə bölünmüşdülər; təsəvvür etmək mümkün deyil çox sarsıdıcıdı; tanınmaz halda kiçik parçalara kəsilmiş qadınlar ... bıçaqlarla; baş dərisi, açıq kəllə sümüyü; iki aylıq körpələr... körpələrdən tutmuş döyüşçülərə qədər hər yaşda insanlar var idi...Və bu vəhşiliyi kim etmişdir? əlbəttəki, ABŞ ordusu...
Barmaqlar və qulaqlar bəzək əşyaları ilə birlikdə bədənlərdən kəsilmişdi. Kanyonun dibində qəlan aəbilə başçısı Ağ Antilopun cəsədinə xüsusi "diqqət" yetirilmişdi. Əsgərlər onun baş dərisini soymaqdan əlavə, onun burnunu, qulaqlarını və yanaqlarını çanta düzəltmək üçün kəsmişdilər..
Hətta gedərkən də əsgərlər düşərgədə tapılan yaralıları qətlə yetirməyə davam edir, hind çadırlarını talan edir və atları qaçırırdılar. Qətliamdan sonra Çevinqtonun əsgərləri parçalanmış cəsədlərin, o cümlədən qurbanların cinsiyyət orqanlarını və hətta insan embrionlarını trofey şəklində götürürdülər. Onlar öz "qənimətlər"ini Denver sakinlərinə göstərir, kişi və qadın cinsiyyət orqanlarını yalnız yəhərlərdən asmır, həm də şlyapalarını da "bəzəyirdilər"( Bütün işğalçı imperatorların ən əsas dəsti xətti həmişə beə olub-red-Ə.R.)
Çevinqton 500–600 hindu döyüşçüsünün öldürüldüyünü iddia edirdi.

Tarixçi Alan Brinkli 133 hindunun qətlə yetirildiyini, onlardan 105 nəfərinin qadın və uşaq olduğunu yazırdı. Tarixə Sand-Krik qırğını adı ilə düşən bu dəhşətli qətliam 1865-ci ilin qışında sona çatsa da, sonrakı illərdə də davam etdi. Beləki, 1870 – ii ilin yanvarında Marias çayında qırğın, Beyker qətliamı kimi yadda qalan soyqırımlar başladı. Bu soyqrımlarda 217 qəbilə üzvü öldü.

Qeyd edək ki, Avropadan gələn ağdərililərin yerli əhali olan qızıldərililərə qarşı ən böyük soyqırımı qızıldərililərin yaşadığı ərazilərdə yaydıqları yoluxucu xəstəliklərlə olmuşdu. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdü. Səbəb çox əhşətli idi... Texasdakı Hindi Soyqırımı Muzeyində qorunan sənədə görə su çiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindilərinə Texas-Hindi müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilmişdi. 1520-1770-ci ilər arasında Su çiçəyinə bölgədəki bütün qəbilələr yoluxmuş, çox az hindi sağ qalmışdı.

1636-1698-ci illərdə Bostonda altı yoluxma hadisəsi qeydə alındı. 1721-ci ildəki yoluxma isə ən ağırı idi. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi on üç koloniyanın yoluxulmamış hissələrinə yaymışdılar.
ABŞ İstiqlaliyyət müharibəsi ərzində - 1770-ci illərin sonunda su çiçəyi yoluxması yenidən başlamış və 125000 insan ölmüşdü. Pir Kalm “Şimali Amerika səyahəti” adlı əsərində hindi kəndlərinin cəsədlərlə dolu olduğunu və bu cəsədlərlə hələ sağ olan zəifləmiş hindilər üçün canavarların bayram etdiyini yazıbdı.
1832-ci ildə ABŞ federal hökuməti hindilər üçün su çiçəyi peyvəndi proqramı başlatdı. 1702-1703-cü illərdə indiki Kanada ərazisində yerləşən Kvebek şəhərinin əhalisinin dörddə biri su çiçəyi yoluxmasından öldü.

P.S. Bu da dünyaya demokratiya paylayan "nümunəvi demokrat ölkə" kimi tanınan ABŞ...


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri