Erməni jurnalistdən etiraf: “Özümüzü Azərbaycanla müqayisə edə bilmərik”
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Erməni jurnalist, habelə qatı anti-Azərbaycan mövqeyində olan Nairi Hoxikyan bəzi etiraflar edib.
Tribunainfo.az xəbər verir ki, o, Azərbaycan və Ermənistanın sərhəd kəndlərinin vəziyyətini müqayisə edərkən bu açıqlamaları verib.
Onun sözlərinə görə, Ermənistan kəndləri baxımsız qalıb. “Azərbaycan isə sərhəd kəndlərinə böyük sərmayələr yatırıb”.
Hoxikyan qeyd edib ki, Ermənistanın sərhəd kəndində yaşayan sakinlər ağır sosial şəraitdədirlər. “Onların evlərini təmir etməyə imkanları yoxdur. Bir çox yerlərdə təbii qaz yoxdur, içməli su əsasən saatlarla olur və ya ümumiyyətlə olmur”.
Erməni jurnalist bildirib ki, 2023-cü ildə Ermənistan hökuməti 100-dən az şagirdi olan məktəbləri bağlamaq qərarına gəlib. “O halda, demək olar ki, bütün sərhəd kəndlərində məktəblər bağlanır ki, bu da böyük köçə səbəb olur. Biz özümüzü Azərbaycanla müqayisə edə bilmərik. Onların kəndləri abaddır və insanları da bizdən qat-qat yüksək səviyyədə yaşayır”.
Tribunainfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















