Icma.az
close
up
RU
Erməni məhbuslar azad ediləcəkmi? Deputat şərh edir…

Erməni məhbuslar azad ediləcəkmi? Deputat şərh edir…

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, avqustun 8-də Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanatla çıxış etdilər.

Belə ki, səmərəli keçən bu görüşdə Azərbaycan və Ermənistan arasında birgə bəyanat imzalanıb, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin açılması barədə Memorandum qəbul edilib. Sülh sazişinin əldə olunması üçün də yol xəritəsi razılaşdırılıb.

Ancaq bütün bunlardan sonra ortaya bir sıra maraqlı məqamlar çıxır.

Sülh olduğu təqdirdə hazırda Azərbaycanda həbsdə olan erməni məhbuslar azadlığa buraxılacaqmı?

Gununsesi.info bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərovun fikirlərini öyrənib.

O, bu barədə deyib:

“Azərbaycan və Ermənistan dövlətarası münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması üçün olan prosedurun böyük hissəsi geridə qalıb, 17 məsələ təsdiq olunub. Cənab Prezidentin də dediyi kimi, Ermənistana ev tapşırığı verilib, son məsələ Ermənistanda Konstitusiya məsələsidir ki, bu məsələ bitmiş sayılar, müqavilənin imzalanması üçün heç bir şərt qalmır”.

Deputat eyni zamanda bildirib:

“Sadəcə olaraq, təbii ki, bu hüquqi prosesdir öz icrasını gözləyir. Paşinyan həm cəmiyyəti hazırlamalıdır, həm də Konstitusiyada dəyişiklik etməlidir. Ancaq indi bundan danışmaq tezdir. Hətta Sülh müqaviləsindən sonra da zaman lazım olacaq ki, hər iki tərəfdən bu məsələlər zaman ötdükcə öz yerini tapsın. Təbii ki, dövlətlər üzərinə düşən vəzifələri yerinə yetirəcəklər. Burada qarşılıqlı öhdəliklər var. Məsələn, bir-birinə iddia qaldırmamaq, kəskin bəyanatlardan qaçmaq, qisasçılıq və.s”.

İskəndərov son olaraq deyib:

“Bu gün Azərbaycan məhkəmələrində Azərbaycan hüququ qarşısında cavab verən şəxslər, faktiki olaraq ağır cinayətlərdə günahlandırırlar. Onların insanlığa, Azərbaycan cəmiyyətinə, dövlətinə, genefonduna, ekologiyasına, bir sözlə, bütün dəyərlərə zidd fəaliyyətləri sübut olunur, özləri də etiraf edirlər. Onların azad edilməsi hazırda gündəmdə deyil. Məhkəmədə yüzlərlə şahid ifadə verir. Bir sözlə, bu məsələlər haqqında danışmaq tezdir. Ağır cinayət törədən adamlar layiqli cəzalarını almalıdırlar. Bu barədə söhbət getmir və düşünürük ki, getməməlidir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri