ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
“Məhsul bayramı” uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirməklə yanaşı, satış, ünsiyyət, paylaşmaq və xeyriyyəçilik kimi dəyərləri öyrənmək imkanı yaradır.
Bu sözləri ADA Məktəbinin IV sinif şagirdi Meira Xəlilzadə AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, festival üçün şamlar və müxtəlif əl işləri hazırlayıb, dostları ilə birlikdə iki quş evi düzəldib. Hazırladıqları məhsulları satışa çıxarmaqla həm öz bacarıqlarını nümayiş etdirir, həm də xeyriyyə təşəbbüsünə töhfə verirlər.
Meira qeyd edib ki, satışdan əldə olunan vəsaitin bir hissəsi şagirdlərə, digər hissəsi isə xeyriyyə məqsədlərinə yönəldilir. Bu da uşaqlara əməyin dəyərini, satış prosesini və əldə olunan gəlirin faydalı məqsədlər üçün istifadə edilməsini anlamağa kömək edir.
Onun sözlərinə görə, festival ona və dostlarına yeni təcrübə qazandırır, insanlarla ünsiyyət qurmaq, öz hazırladıqları məhsulları təqdim etmək və birgə işləmək bacarıqlarını inkişaf etdirir.
“Bu festival bizə başqalarına kömək etməyi, xeyriyyəçilik etməyi və cəsarətli olmağı öyrədir. Biz ehtiyacı olan, valideyn himayəsindən məhrum və köməyə ehtiyacı olan insanlara dəstək göstərməliyik”, – deyə Meira vurğulayıb. O əlavə edib ki, belə tədbirlər uşaqlarda mərhəmət, paylaşmaq və sosial məsuliyyət hissini gücləndirir, onları xeyirxah təşəbbüslərdə iştirak etməyə həvəsləndirir.
Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Oktyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















