Icma.az
close
up
RU
Erməni müdafiə naziri istefaya göndərilir

Erməni müdafiə naziri istefaya göndərilir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən çıxarılacağı haqqında məlumat yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Adıçəkilən nəşr həmin posta sabiq nazirlərdən birinin gətirələcəyini qeyd edir:

“Onlardan biri yenidən nazir olmağa böyük ümidlər bəsləyən keçmiş daxili işlər naziri Vahe Kazaryandır. Lakin bu dəfə daxili işlər naziri kimi yox, müdafiə naziri qismində. Mənbəmiz bildirir ki, Kazaryan bu barədə öz çevrəsində danışıb. 

Ola bilsin ki, sistemdə Suren Papikyanla bağlı narazılığın olması faktı da burada rol oynayır.Aydındır ki, o, heç vaxt müdafiə naziri olmayıb. Bu şayiələrin nə dərəcədə əsaslı olduğunu və bu təyinata hazırllıq, yoxsa baş naziri belə bir addıma təhrik etmək məqsədi daşıdığını öyrənə bilmədik. Ümumiyyətlə, keçmiş məmur altdan iş görürsə, susursa, indiki hakimiyyəti tənqid etmirsə, bu o deməkdir ki, o, hələ də hansısa vəzifəyə təyin olunacağına ümidini itirməyib”, - deyə “Hraparak” yazır.

Qeyd edək ki, Vahe Kazaryan Baş nazir Nikol Paşinyana hakim komandada ən sadiq adamlardan sayılır.Orta məktəb illərində Paşinyanın sinif yoldaşı olmuş Kazaryan əvvəllər Tavuş vilayəti administrasiyasının rəhbəri, Ermənistan Polisinin rəisi və daxili işlər naziri postlarını tutub.

Onun rəhbərliyi dövründə polis sistemi Paşinyan hakimiyyətinin əsas dayaqlarından birinə çevrilib. Müxalifətin etiraz aksiyalarının qarşısının alınmasında  Ermənistan polisi xüsusi rol oynayıb. 2024-cü ilin noyabr ayında daxili işlər naziri postu ilə vidalaşan Kazaryanın yenidən yüksək vəzifəyə gətiriləcəyi inandıcı görünür.

Çünki 2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilər öncəsi Nikol Paşinyana güc strukturlarında Vahe Kazaryan kimi sadiq kadrlar lazımdır. Hazırkı müdafiə naziri Suren Papikyan da hökumət başçısına yaxın adamlardan sayılır. Lakin o, Kazaryanla müqayisədə zəif fiqurdur. 

Suren Papikyan müdafiə naziri olduğu dövrdə Ermənistanla Fransa, ABŞ, Hindistan kimi ölkələrlə hərbi əməkdaşlığı gücləndirsə də, silahlı qüvvələri Rusiyanın “5-ci kolon”undan təmizləyə bilmədi. Ermənistan ordusunda hələ də Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsinə bağlı zabit heyəti qalmaqdadır.

Rusiya 2026-cı ildə seçki prosesindən istifadə edərək Paşinyanın hakimiyyətinə son qoymaq üçün bütün resursları işə salmağa çalışacaq. Bu da öz növbəsində, Ermənistanda hakimiyyətin güc yolu ilə devirlməsi təhlükəsi yaradır.

Ona görə də Paşinyana seçkilər ərəfəsində silahlı qüvvələri Rusiyaya bağlı hərbçilərdən təmizləyəcək etibarlı kadr lazımdır. Kazaryanın Papikyanla əvəz edilməsi həmçinin, ordunun siyasətə müdaxiləsinin qarşısını almış olar.   

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri