Erməni nəşri: Nazir müavini spirtli içki qalmaqalına səbəb olub
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bir neçə gün əvvəl spirtli içkiyə olan meyilini idarə edə bilmədiyi üçün qalmaqallı hadisənin mərkəzinə düşüb.
Ölkə.Az "168.am"a istinadən xəbər verir ki, 4 oktyabrda Kostanyan Yerevanın mərkəzində yerləşən publardan birində bir qadınla birlikdə olub. Bir neçə saat içərisində cütlük xeyli miqdarda spirtli içki qəbul edib və daha sonra pubdan çıxaraq ictimai yerdə nalayiq hərəkətlər etməyə başlayıblar.
Nəşr yazır ki, Kostanyan və yanında olan qadın arasında mübahisə yaranıb, onlar bir-birlərini təhqir edib və itələyiblər.
Qeyd olunur ki, hadisə şahidləri çox olsa da, heç kim mübahisəyə qarışmayıb və cütlüyə münasibətlərini “öz aralarında həll etməyə” imkan verib.


