Icma.az
close
up
RU
Erməni quldurlarının xalqımıza qarşı törətdiyi qırğınlar bəşəri cinayətlərdir

Erməni quldurlarının xalqımıza qarşı törətdiyi qırğınlar bəşəri cinayətlərdir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Quduzlaşmış daşnakların hədəfi Qafqazı türksüzləşdirmək idi

Xalqımıza qarşı keşən əsrin əvvəllərində - 1905-ci və1918-ci illərdə erməni millətçilərinin gerçəkləşdirdikləri soyqırımı siyasətinin qanlı izləri - çoxsaylı faciələr barədə tarixi bilgilər XX əsrin axırlarınadək 7 qıfıl altında saxlanıb. Bu misilsiz cinayətləri görüb-yaşamış yaşlı nəslin ziyalı təbəqəsi sonrakı dövrdə məhv edilib, yerdə qalan şahidlər isə qorxu altında susdurulub. Nəticədə, yeni nəsillər erməni  millətçilərinin xalqımıza qarşı barışmaz düşmənçiliyinin müdhiş mənzərəsindən xəbərsiz qalıblar, bu siyasətin sovet zamanında gizli qata keçmiş gedişatını vaxtında duyub-dəyərləndirə bilməyiblər. 

Tarixə qanlı imperiya kimi düşmüş keçmiş SSRİ-nin süqutuna yol açmış erməni xəyanətkarlığının Azərbaycana qarşı ərazi iddiası ilə açıq təcavüzkarlığa çevrilməsi bu kütləvi cinayətlərin üstündəki qalın pərdəni də süpürüb atdı.  Xalqımıza qarrşı XX əsr boyu davam etmiş ernəni cinayətlərinin barədə tarixi həqiqətlər bundan sonra az-çox aşkara çıxarılsa da, bu qətliamların məqsədyönlü soyqırımı və deportasiya siyasəti olması bu dövrdə hakimiyyətdə olmuş qorxaq və təcrübəsiz siyasətçilərin məsuliyyətsizliyi səbəbindən dünya ictimaiyyətinə sistemli və mükəmməl dövlət sənədi şəklində çatdırılmadı. 

Yalnız 1993-cü ildə yenicə qazanılmış dövlət müstəqilliyini itirilmək təhlükəsindən xilas etmiş ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gətiriləndən sonra erməni xəyanətkarların 1905-ci və 1918-ci illərdə xalqımıza qarşı törədikləri soyqırımı və deportasiya cinayətləri və sonrakı illərdə davam etdirilmiş düşmənçilik aksiyaları barədə həqiqətlərin sivil dünyaya mötəbər statusla təqdim edilməsinə, geniş müzakirə meydanına və cidi qınaq hədəfinə çıxarılmasına yol açıldı. 

Sovet hakimiyyəti illərində bu faciələr barədə  danışmaq qeyri mümkün idi. Xalqın soykökünün məhvinə, Azərbaycan torpaqlarının zəbt edilməsinə aid məqalələr dərc etdirmək, kitablar buraxmaq qadağan olunmuşdu. Bu işi görməyə cəhd edən ayrı-ayrı şəxslər inzibati orqanlar tərəfindən təqib edilmiş, onların bu vətənpərvərlik fəaliyyəti hakim partiyanın irəli sürdüyü “beynəlmiləlçilik” siyasətinı uyğun sayılmamışdı. Lakin həmin dövrdə heç bir partiya və dövlət siyasətinə məhəl qoymayan erməni başbilənləri xalqımıza, bütövlükdə, türk dünyasına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin davamı olaraq əhali arasında millətçilik təbliğatı aparmış, yeni nəsli azərbaycanlılara qarşı düşmənçilik ruhunda tərbiyə etmişdilər. 

Azərbaycanda isə  başımıza açılan müsibətləri yazmaq qadağan edildiyindən gənclərimiz öz yaxın keçmişində baş vermiş faciələri öyrənə bilməmişdilər. Başqa sözlə desək, soykökümüzə, ərazimizə, torpaqlarımıza, tariximizə qarşı çevrilmiş bu faciələri bilməkdən süni surətdə mərhum olmuşdu. 

Həqiqəty isə bu idi ki, 1905 və 1918-ci illərdə erməni quldur dəstələri Azərbaycan  türklərinə qarşı tarixdə  görünməmiş vəhşiliklər etmişdilər. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, habelə Azərbaycanın digər şəhər və kəndlərində, qədim Qğuz yurdu İrəvan torpaqlarında yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürülmüş, evlər qarət edilmiş, yandırılmışdı. Daşnak silahlı dəstələri dinc əhaliyə qarşı elə vəhşiliklər etmişdilər ki, bu gün həmin tarixi faciələr barədə söhbət açanda adamın nəbzi dayanır. 

Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirərək, azərbaycanlıların yaşayış yerlərini yandıraraq ölü zona yaratmağa çalışmışdılar. Həmin dövrdə daşnak hərbi qüvvələrinin  törətdiyi bu soyqırımını başda Stepan Şaumyan olmaqla,  erməni bolşevikləri   vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışmışdılar 

1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam öldürülmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdılar. Tarixə “Mart hadisəsi” kimi daxil olmuş bu qanlı qırğın tezliklə Bakı hüdudlarından kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə  aman verilməmiş adamları vəhşicəsinə qətlə yetirmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir. 

Bu dəhşətli cinayətlərin təşkilatçıları cürbəcür vasitələrlə Leninin rəğbət və etimadını qazanmış Şaumyanın başçılıq etdiyi Bakı bolşevikləri, başlıca icraçıları isə daşnak hərbi hissələri olmuşdur. Bakı bolşevikləri Rusiyada 1917-ci il oktyabr çevrilişi ərəfəsində yaranmış qarışıqlıq zamanı özlərinə xas olan  demoqoqluq məharətlərini ustalıqla işə salaraq elə həmin ayın 13-də Bakı Sovetinin İcrayyə Komitəsinin istefa verməyə məcbur etmiş, oktyabrın 15-də müvəqqəti Bakı Sovetinin yaradılmasına nail olmuşdular.

1918-ci il noyabrın 15-də S.Şaumyanın Lenin tərəfindən Qafqazın fövqaladə komissarı təyin olunması və ona kifayət qədər döyüş sursat göndərilməsinə nail olmuşdur. Bakı Soveti qoşunlarının sərəncamına hətta top zirehli maşın və təyyarələr də göndərilmişdir. Lakin bütün müsəlman əhalisinə qarşı gələcək hərbi əməliyyatlarda  Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin olmayan Şaumyan faciə ərəfəsində daşnaklarla taktiki ittifaqa girməyi də unutmamışdır. Xatırladaq ki, həmin dövrdə Bakıda daşnakların 4 min nəfərdən artıq olan yaxşı silahlanmış hərbi qüvvələri var idi.

Daha sonra, həmin dövrdə Bakıda İran və Qərb cəbhəsindən qayıdan 7000 nəfər rus əsgəri qalmışdı. Sonralar həmin əsgərlərin müəyyən hissəsindən müsəlmanlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdur. 

Xəzər Hərbi Donanmasının da  gec-tez Bakı Sovetinin tərəfində müsəlmanlara qarşı vuruşacağı şübhə doğurmurdu.Ən dəhşətli bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı Soveti silahlı qüvvələrinin istər tərkibinin, istərsə də komandir heyətinin xeyli hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında Bakı Soveti Qızıl Ordu qərargahının rəisi, çar ordusunun polkovniki Z. Avatisyan, daşnak partiyasının digər üzvü qızıl qvardiyaçı, polkovnik Kazakov, 3-cü briqadanın komandanı Amazasp və başqaları var idi.

Buradan məlum olurdu ki, Bakıda Qızıl Ordu sıralarında xidmət edənlərin də bir çoxu”Daşnaksütyan” partiyasının nəzarətinə tabe edilmişdi. Beləliklə deyilənlərdən aydın olduğu kimi, mart faciəsi ərəfəsində Bakıda qüvvələrin nisbəti müsəlmanların tam zərərinə olmuşdur. İstər canlı qüvvə, istərsədə texnika sahəsində hərbi üstünlük Bakı Soveti qoşunlarının tərəfində olmuşdur. Ona görəda Bakı Soveti müharibəni tezliklə başlayıb, qalibiyyətlə qurtarmağa can atırdılar, digər tərəf (müsəlmanlar) şəhərdəki hərbi qüvvələr nisbətinin onlar üçün əlverişli olmadığını tamamilə dərk edərək hərbi toqquşmaya yol verməmək, ya da heç olmasa onu bir qədər yubatmaqla dinc əhalini xüsusi ilə də qocaları, uşaqları, qadınları şəhər ətrafında yerləşdirmək üçün vaxt qazanmaq barədə daha çox düşünürdülər. 

Nə qədər acınacaqlı olsa da, müsəlmanlar məğlub olacaqlarını sanki əvvəlcədən bilə-bilə həmin dəhşətli faciyəyə cəlb  edilmişdilər. Görünür, bu məsələdə erməni milli şurasının və daşnak liderlərinin də xəyanətkar rolu az iş görməmişdir. Faciə ərəfəsində erməni liderlərinin “diplomatik fəallığını” əks etdirən bir neçə fakta diqqət yetirək: Martın 18-də şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən İsmayiliyyə binasına gələcək erməni milli şurası və daşnaksütyun partiyasının adından bildirmişdir ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər.

Erməni milli şurasının başqa  bir nümayəndəsi Ter-Zaxaryan həmin gün müsəlman milli şurasının iclasına gələrək bildirmişdi ki, daşnaklar müsavatçılarla  birlikdə bolşeviklərin əleyhinə çıxmaq üçün məsləhətləşmək istəyirlər. Daha sonra Ter–Zaxaryan demişdi ki, bolşeviklər qovulduqdan sonra Bakıda müsəlman-daşnak höküməti yaradılsın. Əlbəttə, müsəlmanlar belə milli xəyanət yolunu tuta bilməzdilər. Bu təklifi irəli sürənlər də yaxşı bilirdilər ki, müsəlmanlar bu təklifi qəbul etməyəcəklər. Bu zaman daşnaklar yeni təklif irəli sürdülər. Həmin təklifin mahiyyətinə görə, əgər müsəlmanlarla bolşeviklər arasında vuruşma başlanarsa daşnaklar bitərəf qalacaq və guya rəğbət bəslədikləri azərbaycanlilara silah verməklə yardım göstərəcəklər. 

Bu addım erməni riyakarlığından başqa bir şey deyildi. Bu təkliflərin mahiyyəti yalnız azərbaycanlılarla bolşeviklər toqquşdurmağa , müsəlman hərbi hissələrini Bakı Soveti qoşunlarının əli ilə tərksilah etməyə dinc müsəlman əhalisinə divan tutmağa yönəldilmişdir. Müsəlmanlar getdikcə yaxınlaşmaqda olan fəlakəti görürdülər. Şəhərdə çoxlu erməni silahlı dəstələrinin toplanması azərbaycanlı əhaliyə son dərəcə mənfi təsir göstərirdi. 

Bakıda müsəlmanlara qarşı faciə törətmək üşün bəhanə axtarılırdı. Bəhanə tapmaq   çox da çətin olmadı. Çünki Bakı Sovetinin şəhər daxilində dözülməz amirlik mövqeyinin güclənməsi onsuzda müsəlman əhalisi arasında gərginliyi son həddə çatdırmışdır. Müsəlmanları silahlı toqquşmaya cəlb etmək üçün Bakı Sovetinin rəhbərliyi açıq şantaj tədbirindən istifadə etdi.

1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin  sərəncamı ilə “Elevina” gəmisində Lənkərana getmək üçün üzməyə hazırlaşan müsəlman diviziyasının yüzlərlə zabit və əsgəri tərkisilah edildi. Bu açıq-aşkar meydan oxumaq, əsl amirlik hərəkatı idi. Şəhərdə minlərlə yaxşı silahlanmış daşnak hərbi hissələri sərbəst hərəkət edirdikləri halda, müsəlmanların kiçik bir dəstəsinin tərkisilah edilməsi azərbaycan əhalisi arasında narazılığı artırmış və ciddi etirazlara səbəb olmuşdur. Çünki bu tədbir, əslində üstün daşnaq hərbi qüvvələri qarşısında şəhərin azərbaycanlı əhalisinin tərkisilah edilməsi tələbi idi. Digər tərəfdən müsəlman hərbi hissələri şəhərdən gedirdilər, şəhərə köməyə gəlmirdilər. Martın 30-da səhər tezdən Bakı məscidlərində etiraz mitinqlərinin keçirilməsinə başlandı. Belə bir şəraitdə müsavat partiyası rəhbərliyinin əhalini sakitliyə çağırması da arzu olunan nəticəni vermədi.

Silahların geri qaytarılması tələbinin uzanması  narazılığı son həddə çatdırdı. Martın 30-da günortadan sonra Şamaxı yolunda və Tatariski küçəsində Qızıl Ordunun suvari hissəsinə fitnəkarların təşkil etdiyi hücum şəhərdə əminamanlığın  bərpa olunacağına bütün ümidləri puça çıxardı. Bununla da Şaumyan və daşnaklar istədiklərinə nail oldular. Bu hücuma bəndmiş kimi Qızıl Ordu hissəsi dərhal müsəlman məhəllələrinə soxularaq fəal hərbi əməliyyatlara başladılar. Sonralar bu barədə  Şaumyan yazmışdı: Biz suvari hissələrimizə ilk silahlı basqına qarşı hər cür hazırlıq  görmüşdük və dərhal bütün cəbhə boya hücuma başladıq” Beləliklə, əvvəlcədən hazırlanmış plan üzrə martın 30-da Bakı faciəsinin  həyata keçirilməsinə baçlandı. 

Daşnak hərbi hissələri və Xəzər hərbi donanmasının matrosları müsəlmanların əleyhinə Bakı Soveti tərəfində fəal surətdə hərbi əməliyyatlara qoşulmuşdular. Sovet qoşunları elə həmin gün müsəlmanların qeyri mütəşəkkil  silahlı qüvvələrinə qarşı bütün cəbhə boyu qəti hücuma başladı. Döyüşlərdə zirehli maşınlardan, top və aviasiyalardan istifadə edilməsi azərbaycanlı əhali arasında çaşqınlıq yaratmış qorxu və təlaşa səbəb olmuşdur. Müsəlmanların səngən etdikləri içərişəhər ətrafında, Şamaxı yolunda  və şəhərin diğər hissələrində şiddətli küçə vuruşmaları başlandı. Dinc əhali arasında ölənlər və yaralananlar çox idi. 

Düşmənin üstün qüvvələri qarşısında müqavimət göstərməyin yalnız günahsız qurbanların sayını artıra biləcəyini görən müsəlmanlar martın 31-də atəşi dayandıraraq sülh danışıqlarına başlamağı təklif etdilər. İnqilabi Müdafiə Komitəsi Bakı Soveti Hakimiyyətini qeyri-şərtsiz tanınması, onun sərəncamlarına tam tabeçilik,müsəlman hərbi birləşmələrinin və onun ardınca erməni hərbi qüvvələrinin şəhərdən çıxarılması şərtlərinin qəbul edilməsi ilə razılığını bildirdi.

Bu razılaşmadan sonra guman etmək olardı ki, müsəlmanlar yenidən dinc yaşayış dövrünə qayıda biləcəklər. Lakin hadisələrin əsil faciəli davamı  ultimatiumunqəbulundan sonra, daşnak-bolşevik ittifaqının müsəlmanlar yaşayan hissələrinin qarətlər, yanğınlar,  törədilməsilə baş verdi. Bakı bolşeviklərinin ermənipərəst mövqe tutmaları daşnakların imkanlarını artırmış, dinc azərbaycanlılara qarşı vəhşi üsullarla divan tutmaq üçün onlara hədsiz şərait yaradılmışdı. 

Daşnaklar uşaqları, körpələri süngüyə  taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu qaçmağa məcbur edir, bu vəhşilər hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını , burunlarını kəsir, qarınlarını  yırtır və sair vəhşiliklər törədirdilər. Ermənilər Bakıda görkəmli tarixi nümunələri dağıtmış, yararsız hala salmışdılar.

Yerli azərbaycanlı əhalinin rəhimsizliklə məhv edilməsi, öz doğma şəhərlərindən didərgin salınması, heç şübhəsiz, uzaq məqsədlər güdən erməni millətçilərinin siyasi niyyətlərinə xidmət edirdi. Onlar bu yolla Bakını yerli əhalidən təmizləmək, onun sərvətlərinə sahib çıxaraq, hətta bu qədim Azərbaycan şəhərini Ermənistan torpağı elan etmək istəyirdilər.

Martın 31-də müsəlmanlar Bakı Sovetinin ultimatiumunu qəbul edəndən sonra səhər iki günlüyə qatillərin ixtiyarına  verilmiş və bundan istifadə edən silahlı daşnaklar saysız hesabsız cinayətlr törətmişlər. Yalnız ayrı-ayrı yerlərdə azərbaycanlı əhalinin fədakarlıqla müdafiə olunması onların tamamilə məhv edilməsinin qarşısını almışdır.

Beləliklə, azərbaycanlı əhali 17 min nəfər itgi versədə, öz şərəfinin və ləyaqətinin axıra qədər tapdalamasına yol verməmişdir. İnqilabi Müdafiə Komitəsinin “fəal səyləri sayəsində”guya aprel ayının 2-də Bakı şəhərində qayda-qanun bərpa olunmuş və talanların qarşısı alınmışdır. Lakin erməni şurası və daşnak polkları buraxılmadığı halda qayda-qanunun  bərpa olunmasından danışmaq olmazdı. Həmin talanlar və qırğınlar yüngül formada olsa da aprelin 18-də davam etdirilmişdir. 

Qırğının 13-cü günü Şaumyan V.İ.Leninə yazmışdır: “Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdur.” Bakı şəhərində törədilən qırğınlardan sonra da Şaumyan Azərbaycanın digər bölgə və şəhərlərində də müsəlmanlara qarşı soyqırımlar və talanlar törətmək niyyətində olmuşdur. Bu məqsədlə Bakı şəhərindən sonra Şamaxı şəhəri əsas obyekt kimi seçilmişdi. 1918-ci ilin əvvəlindən başlayaraq, Şamaxı regionunda bütün erməni əhalisi qabaqcadan silahlandırılmışdır. 

Cəmi bir həftə ərzində Bakıdan göndərilən xeyli pulemyot və güllə ilə təchiz olunmuş Şamaxının erməni kəndləri mərkəzdən veriləcək əmri gözləyirdilər. Azərbaycanlılar hadisələrin yaxınlaşdığını hiss edib, ermənilərlə danışıqlara başladılar. Lakin erməni silahlı qüvvələrinin başçıları müsəlmanlara yalandan vəd verdilər, arxayın etdilər ki,guya onların yerli Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Lakin erməni məkri çox davam etmədi. 

Hələ danışıqlar bitməmiş erməni tərəfi aprelin 18-də sübh tezdən Mədrəsədə yerləşdirilmiş toplardan Şamaxı şəhərinə atəş açdılar. Həmin gün axşamüstü silahlı erməni dəstələri şəhərə daxil olub qırğın törətdilər. Daşnak Amiryanın və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi. On minlərlə kişi, qadın və uşaq amansızlıqla qətlə yetirildi. Hadisələrin qatışıqlığından istifadə edən ermənilər Şamaxıda özlərinin yerli hökumətini yaratdılar. Bu qondarma erməni hökuməti salamat qalmış müsəlmanlara qarşı yeni qırğınlar törətdi: soyğunçuluq, talanlar daha dəhşətli hədəfə çatdırıldı. Dinc insanları məscidlərə toplayıb, üstlərinə kerasin töküb diri-diri yandırırdılar. 

S.Lalayan həmin vaxtda özünü padşah elan edib bildirmişdi ki,mal-qaranı, əmlakınızı  və bütün varidatınızı bir yerə toplayın deyə əmr etmişdi. Sonra insanları heyvan sürüsü kimi qabaqlarına qatıb aparmış və meşəyə çatdıqda hamını Lalayanın əmri ilə güllələmişlər. Erməni vəhşiləri bütün müsəlman əhalisini qılıncdan keçirdi. Bu ərazidə 40-dan çox kənd darmadağın edildi. O vaxtlar yaradılmış Fövqəladə İstintaq Komisiyasının sənədlərində sadalanan faciələr daşnakların “bəzi haqsızlığı” kimi qələmə verilmişdir.

Quba qırğını ermənilərin əsas məqsədi bir xalq və millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək idi. Daha doğrusu daşnak partiyası Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin ilk aylarından etibarən Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdılar. 

S.Şaumyan Bakıda və Şamaxıda həyata keçirdiyi baş planını (azərbaycanlıların bir millət kimi məhv etməyi) Qubada, Salyanda, Lənkəranda və başqa regionlarda həyata keçirməyə başladı. Şaumyan özünün sadiq məsləkdaşı  David Gelovanini 200 nəfər silahlı erməni əsgəri ilə Qubaya göndərir. Yerli əhalinin müqaviməti nəticəsində Gelovanı bir neçə  gündən sonra Qubanı tərk etmək məcburiyyətində qalır.

Gelovanı şəhərdən çıxarkən, yerli camaatın tərkisilah edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırıb onlarıda özü ilə aparır. Gelovanı Qubadan qovulduqdan iki həftə sonra Şaumyan bu mahala qarşı yeni və güclü təcavüz hazırlayır: may ayının 1-nə məşhur daşnak zabiti Amazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət  olan böyük hərbi dəstə Qubanı mühazirəyə alır, şəhərə toplardan və pulemyotlardan atəş açılır. Amazaspın “Cəza dəstəsini” Qubaya şəxsən Şaumyan göndərmiş və bu barədə o, digər komissarların fikrini nəzərə almamışdır.

Amazasp Qubanı işğal etdikdən sonra  o şəhər camaatına hədə- qorxu müraciətində bildirmişdi ki, “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən burada qayd-qanun yaratmaq üçün Sovet Hakimiyyətini yaratmağa gəlməmişəm. Bu yerlərdə Xəzər dənizinin sahillərindən tutmuş şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd yuvamızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq  tapşırığı verilib”.

 Amazaspın dəstəsi Qubaya gələrkən qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Şəhər əhalisinin əmlakı tari-mar edilərək oğurlanmışdır. Təkcə Qubanın özündə Amazaspin əsgərləri dörd milyon nəğd pul, xeyli qızıl pul, qızıl və qiymətli daş-qaş və beş milyon manatlıq əşya-mal, iyirmi-beş milyon manatlıq  ərzaq ehtiyatı ələ keşirmişdilər.

 Xatırladaq ki,həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs olunarkən onun  yük çamadanlarının  içərisində olmuşdur. Yalnız Qubanın özündə Amazaspın dəstəsi 105 ev yandırmışdır. Erməni “Cəza dəstəsi” Qubaya gələrkən Bakı Xaçmaz yolunun ətrafında yerləşən kəndləri viran qoymuş   insanları öldürmüş, əmlaklarını talan etmiş, bütün məscidləri dağıtmış, müqəddəs Quran kitablarını yandırmışlar. 

Quba şəhərindən əlavə daşnaklar həmin mahalda yüz iyirmi kəndi yandırmış, dağıtmış, viran qoymuşlar, erməni daşnak dəstəsi və bolşeviklər həmin dövrdə yalnız Bakıda, Şamaxıda, Qubada deyil, Salyanda, Lənkəranda, Muğanda və azərbaycanlıların məskunlaşdıqları digər ərazilərdə də xalqımıza qarşı qanlı faciələr törətmişlər. 1918-ci ilin yaz-payız aylarında Zəngəzur qəzasında azərbaycanlılar yaşayan 116 kənd məhv edilmiş, 7729 nəfər insan vəhşicəsinə öldürülmüşdür. 1917-ci ilin dekabrından 1918-ci ilin axırına qədər İrəvan, Şərur,Təzə Bəyazid ərazilərindən varidatları talanan, doğma yurd-yuvalarından qovulan azərbaycanlıların sayı iki yüz min nəfərə çatmışdır. 

1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının hazırladığı məruzədə erməni vəhşilikləri kifayət qədər əks etdirilmişdir. Hətta həmin məruzədə azərbaycanlılara qarşı bu cinayətləri törədənlərin ən ağır cəzaya layiq olduqları göstərilmişdir. Lakin belə bir qiymətli sənəd uzun müddət xalqdan gizlədilmişdir. Xalqdan gizlədilən həqiqətlər Azərbaycanda 1920-ci ildə hakimiyyətdə gələn bolşeviklərin  səyi nəticəsində xatirələrdən silinmişdir. Vaxtilə Üzeyir Hacıbəyli yazırdı ki, 1918-ci ilin mart-may aylarında ermənilərin silahsız xalqımıza qarşı qansız və vicdansız hərəkətlərinin qarşısı türk qəhrəmanlarının vaxtında köməyə gəlməsi sayəsində alındı. Əgər belə olmasaydı, Bakıda, Şamaxıda, Qubada deyil, bəlkədə bütün Azərbaycanda ermənilər daş üstünda daş qoymazdılar.”

1918-ci ilin 31 mart soyqırımı, 1992-ci ilin Xocalı soyqırımı nəinki azərbaycanlılara, bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. Təbii ki, məğrur Azərbaycan xalqı erməni vandalarının törətdiyi bu qeyri insani vəhşilikləri heç vaxt unutmayacaq. Qeyd etməliyik ki, 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikası 31 mart Azərbaycan xalqının soyqırımı günü elan etmişdir. Lakin Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinmişdir. 

Bütün bu cinayətlərin tarixi mahiyyəti barədə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu fundamental sənəddə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinə  siyasi-hüquqi qiymət verilmiş və 31 Mart Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. “2018-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında imzaladığı sənəddə erməni silahlı qüvvələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törədilən soyqırımları barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə geniş miqyaslı, tədbirlər planı hazırlanmışdır”.

İllər keçsə də 31 mart soyqırımları və ondan əvvəl və sonrakı illərdə də ermənilərin xalqımıza qarşı ərazi iddiaları adı altında törətdikləri cinayətlərin qısası döyüş meydanlarında alındı. Bu gün hər bir azərbaycanlı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Xalqımız artıq Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr 24 saatlıq lokal antiterror tədbirində düşmən üzərində qazandığı hərbi Qələbənin sevincini yaşayır. Torpaqlarımızın düşmən işğalından azad olunması ilə soyqırımı qurbanlarının  və Vətən müharibəsi şəhidlərinin ruhu şaddır.

Ədalət FƏRƏCOV,

ADPU-nun professoru,YAP Veteranlar Şurasının üzvü, 

Sultanəli QURBANOV,

 ADPU-nun dosenti, YAP Ü.Hacıbəyli-68 ərazi təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see188

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see145

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see131

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see129

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see120

Mask NASA nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq

31 Mart 2025 04:33see118

Chery öz brendini ləğv edir

31 Mart 2025 05:01see117

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see116

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see114

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see112

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see111

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see110

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see110

Şimal bölgəsində 5 kənddə YANĞIN

31 Mart 2025 16:13see110

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see110

Ermənistan KTMT üzvlüyünü davam etdirəcək RƏY

31 Mart 2025 18:20see110

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see109

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see109

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see108

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri