Icma.az
close
up
RU
Xalqımıza qarşı erməni soyqırımlarına son qoyulub

Xalqımıza qarşı erməni soyqırımlarına son qoyulub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cinayət və canilərin aşkara çıxarılması isə davam edir

Son 2 əsrdə xalqımıza qarşı erməni millətçilərinin məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bəşəri cinayətkalıq sayılan bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Ermənilərin xalqımıza qarşı törətdiyi amansız cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Həmin faciədən artıq 32 il ötür. 1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra rayonun 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi. Onlar burada kahalarda cəmi 18 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri isə girov götürmüşdülər.

Sağ qalan 30 nəfər isə gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bilmişdilər. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də vandallığa məruz qalaraq məhv edilmişdir.

Ötən müddətdə dövlətimiz bütün digər erməni cinayətləri kimi, Başlıbel faciəsinin də araşdırılmasını, tədqiqini, canilərin üzə çıxarılıb cəzalandırılmasını diqqətdə saxlayıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün fədakarlıq göstərənlərin xatirələri yer alıb. Bu faciə ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Başlıbel kənd sakini, hadisələrin canlı şahidi Hüseyn Şahbəndəyev hələ 1993-cü ilin may ayında “Cavanşir yurdu” qəzetində “Kəlbəcəri verməmək də olardı” sərlövhəli yazısında həm rayonun müdafiəsiz qalması, həm də Başlıbel faciəsi öz əksini tapmışdı. Həmin hadisələrlə əlaqədar digər məqalələri ilə yanaşı, eyni zamanda Hüseyn Şahbəndəyev xeyli əvvəl yazdığı “Qanlı kaha” sənədli hekayəsini 2007-ci ildə “Ulduz jurnalının “10-cu nömrəsində çap etdirmişdi.

Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. Onu da qeyd etmək lazımdır ki, Elxan Salahovun qardaşı Kəlbəcər uğrunda döyüşdə şəhid olub.

2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film çəkib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldıgını xüsusilə diqqətə çatdırıb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.

Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2 aprel 2025-ci ildə isə AMEA Mərkəzi Elmi Kitabxanasında Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini, ermənilərin öz havadarlarının köməyi ilə xalqımıza qarşı törətdikləri soyqırımı aktlarının ağır nəticələri üzə çıxarılıb müasirlərimizə və dünya ictimaiyyətinə çatdırıldı. Ümummilli ilder Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə bu cinayətlərə siyasi-hüquqi qiymət verildi.

Prezident, Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən antiterror əməliyyatında Qarabağda separatçı xuntanın ölkəmizdən süpürülüb atılması, hərbi canilərin ələ keçirilib istintaqa ncəlb edilməsi ilə ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı verildi.

Azərbaycan Ordusu soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını döyüş meydanında alaraq düşmənin torpaqlarımızda qanlı cinayətlər törətməsinə birdəfəlik son qoydu. Ermənilərin çoxsaylı hərbi cinayətlər törətdiyi, 27 il ərzində işğalda saxlayıb mədəni irsi tamamilə dağıtdığı, əmlakı və təbii sərvətləri qarət etdiyi Kəlbəcər isə düşmənə vurulan sarsıdıcı zərbədən sonra 2020-ci il noyabrın 25-də bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi. Dövlət başçısının rəhbərliyi ilə Baş Planı təsdiq olunmuş Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilir.

Faşist ideologiyasını dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçı ordusunun və silahlı quldur dəstələrinin Qarabağda törətdiyi gizli cinayətlərin də izləri, erməni vəhşiliyinin tükürpədən səhnələri davamlı olaraq üzə çıxarılır. Bu faktlar, üstəlik, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərini nişan verir. Bu hərbi cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Hazırda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edir. Cinayət işində 15 nəfər ittiham olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcridxanasına salınıblar. Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın məhkəməsi davam edir.

Ötən 32 ildə Başlıbel faciəsinin ölkə və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, “Başlıbelin inkişafına dəstək” ictimai birliyinin, fədakar ziyalılarımız Məhəmməd Nərimanoğlunun, Hüseyn Şahbəndəyevin, Etibar Seyidağanın, Elxan Salahovun, Oqtay Salahovun, Sönməz Ələkbərin, Xalid Kazımovun, Vüqar Həşimovun, Nurəddin Həşimovun,Sabir Mirzəyevin, Ələkbər Bikəsin, Vüsalə Məmmədovanın, şair Əlövsət Misiroğlunun, Vəli Süleymanlının və digər müəlliflərin, həmçinin hadisə şahidlərinin əməyi yüksək qiymətləndirilməlidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid Başlıbelin isə yenidən Cənnətə çevrilməsi uzaqda deyil!

Qurban SADIQOV,
Nazirlər Kabineti Aparatının sektor müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see152

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see152

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see142

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see138

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see135

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see135

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see129

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see125

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see123

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see123

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see123

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see122

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see121

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see120

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see117

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see114

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see109

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see109

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri