Icma.az
close
up
RU
Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi MƏQALƏ

Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi MƏQALƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 mart, AZƏRTAC

1917-ci ilin əvvəllərində Rusiya imperiyasının çökməsi onun əsarətində olan xalqların milli-azadlıq mübarizəsi üçün yeni bir təkan oldu. Bu hadisə Azərbaycanın daxilindəki milli qüvvələrə də təşkilatlanmaq və daha böyük siyasi məqsədlər ətrafında səfərbər olmaq imkanları açdı. Lakin imperiyanın çökməsi yalnız milli-azadlıq mübarizəsini genişləndirmədi, eyni zamanda, Azərbaycan torpaqları hesabına özlərinə vətən yaratmaq istəyən erməni millətçi-təcavüzkar qüvvələrini xeyli dərəcədə fəallaşdırdı. Bu qüvvələrin imperiyanı qoruyub saxlamaq niyyətində olan ifrat bolşevik qüvvələri tərəfindən dəstəklənməsi isə Azərbaycan xalqının həyatında çox böyük faciələrə və qanlı hadisələrə yol açdı.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun 1918-ci ildə törədilmiş soyqırımı ilə bağlı “Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi” məqaləsində yer alıb.

AZƏRTAC həmin məqaləni təqdim edir.

Çirkin niyyət və qırğına hazırlıq

“Böyük Ermənistan” xəyali dövlətinin qurulması üçün erməni millətçi dairələri hələ XIX əsrin sonlarından etibarən terror və milli qırğınlar yolunu “mübarizənin” əsas formalarından biri kimi seçmişdilər. Millətçi “Daşnaksütyun” və “Hnçak” partiyalarının təşkil olunduğu həmin vaxtlardan ermənilər terror dəstələrinin yaradılmasını və terror mübarizəsini öz rəhbər sənədlərinə də daxil etmişdilər. Bunun nəticəsi kimi, XX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda erməni terror dəstələrinin şəbəkəsi yaradıldı, bu dəstələrin tərkibinə böyük sayda erməni millətçisi cəlb edildi, onlar silahlandırıldı. Qarşıya qoyulan məqsəd isə Azərbaycan xalqına qarşı qırğınlar həyata keçirmək, Azərbaycan ərazilərini də özününküləşdirmək idi. Bu məqsədə çatmaq üçün erməni millətçi partiyaları iki müstəqil terror şəbəkəsinin fəaliyyətinə söykənirdilər. Bunlardan biri silahlı dəstələrin təşkili idisə, digəri partiyanın nəzdində peşəkar terrorçular şəbəkəsinin yaradılması idi. XX əsrin əvvəllərində erməni millətçi partiyalarının bu terrorçu şəbəkəsi artıq kifayət qədər formalaşmışdı və təkcə 1905–1909-cu illər arasında bu qruplar tərəfindən Cənubi Qafqazda 200-dən artıq terror aktı həyata keçirilmişdi.

Azərbaycan ərazisində milli qırğınların törədilməsi üçün yaradılan erməni hərbi qüvvələrinin təşkilini təkmilləşdirmək üçün 1918-ci ilin fevral-mart aylarında çar Rusiyası ordusu sıralarında xidmət edən erməni generalları İ.Baqramyan, R.Zaryan və A.Baqratuni Qərb cəbhəsindən Bakıya gəldilər və bu erməni generalları da Azərbaycan xalqına qarşı kütləvi qırğınların həyata keçirilməsi hazırlıqlarına qatıldılar. İstər bu generallar, istərsə də erməni-bolşevik alyansına rəhbərlik edən Stepan Şaumyan və onun ətrafında toplaşanlar yaxşı anlayırdılar ki, Azərbaycan xalqının güclənməkdə olan milli-azadlıq hərəkatının qarşısının alınması və Azərbaycan ərazilərinin azərbaycanlılardan təmizlənməsinin davam etdirilməsi kütləvi milli qırğınların törədilməsi ilə mümkündür. Bakının və onun zəngin neft yataqlarının əldə saxlanmasını taleyüklü bir vəzifə kimi qarşıya qoyan Rusiyanın bolşevik hakimiyyəti tərəfindən hərtərəfli dəstəklənən erməni-bolşevik alyansı Stepan Şaumyanın rəhbərliyi altında belə qırğınlara əl atdı. Bu təcavüzkarlığın nəticəsi kimi, 1918-ci il mart ayının sonlarında Bakıda, sonra da Azərbaycanın müxtəlif bölgələrində insan zəkasına sığmayacaq dəhşətli qırğınlara yol verildi.

Bakıda kök salmış Erməni Milli Şurası 1918-ci ilin martında Osmanlı cəbhəsindən geri dönən rus ordusunun erməni əsgərlərinə müraciət edərək onları erməni maraqları üçün Bakıda milli qırğınlar törədilməsinə səfərbər edə bildi. Daşnaksütyun partiyasının rəhbərliyi altında olan millətçi qüvvələrdən başqa Stepan Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin nəzarəti altında olan və əsasını ermənilər təşkil edən Qırmızı qvardiya da Bakıda milli qırğınlara cəlb edildi.

On minlərlə insan qətlə yetirilib

Azərbaycan xalqının mövcudluğuna qənim kəsilmiş bu qüvvələr 1918-ci il mart ayının 30-da Bakı şəhərini qaynar qazana çevirdilər. Bakı Sovetinin silahlı dəstələri və erməni silahlıları İsmailiyyəni və İçərişəhəri mühasirəyə alaraq orada özlərini müdafiə etməyə çalışan şəhər sakinlərini susdurmağa başladılar. Bu dəstələrdən biri Dənizkənarı Bulvar boyunca mövqelər tutub, İçərişəhəri hədəfə aldı. Başqa bir çevik dəstə isə öz yerdəyişmələri ilə İçərişəhərdə mövqe tutmuş Azərbaycan qüvvələrinin diqqətini özünə cəlb etməklə İsmailiyyə və Qoşa Qala qapısı yaxınlığında vuruşan qvardiyaçıların işini yüngülləşdirməli idi. Burada isə "Metropol" mehmanxanasının ( indiki Nizami adına Ədəbiyyat Muzeyinin) damında və onunla Qoşa Qala darvazaları arasındakı binanın damında ermənilərin pulemyotları qurulmuşdu. Bu pulemyotlar İsmailiyyə binasını və İçərişəhərdə olan atəş mövqelərini hədəfə almışdı.

Erməni-daşnak silahlıları amansız şəkildə şəhərin müsəlman əhalisini qırmaqda davam etdi. Onlar kimsəyə rəhm etmir, qoca, qadın və uşaqları da güllələyirdilər. Bu adamlar məhəllə-məhəllə gəzib həm evləri, həm də idarələrin əşyalarını talan edir, qarşılarına çıxanları süngüdən keçirirdilər. Bir neçə gün ərzində şəhər viran edildi. Əhaliyə sonsuz divan tutan erməni-daşnak dəstələrinə rəhbərlik edən Stepan Lalayev, Xristofor Dildarov, Dövlətov, Ambarsum Melikov və başqa insani keyfiyyətlərini itirmiş cəlladlar sonra öz silahlarını Azərbaycanın bölgələrinə tərəf çevirdilər.

Bir neçə gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı öldürüldü. Həyata keçirilən bu qırğınlardan sonra S.Şaumyan və onun ətrafına toplaşmış olan ermənilər Bakıda bolşevik-daşnak diktaturası qurmaqla şəriksiz hakimiyyətə sahib oldular. Bununla da, bolşeviklər və daşnaklar tərəfindən qarşıya qoyulmuş ilkin vəzifə yerinə yetirilmiş oldu. Amma onlar bununla da kifayətlənmirdilər və daha böyük iddialar irəli sürürdülər – Azərbaycanın milli qüvvələrini bütünlüklə məhv etmək və sonra da bolşevik-daşnak hakimiyyətini bütün Azərbaycan ərazisinə yaymaq. Bakı qırğınlarından dərhal sonra həmin iddiaların həyata keçirilməsi üçün əməli addımlar atıldı. Belə ki, fürsətdən istifadə edərək bolşevik-daşnak silahlıları Şamaxıda 8027 azərbaycanlını qətlə yetirdilər və Şamaxı əhalisinə 339,5 milyon manat ziyan vurdular. Quba qəzasında 16 mindən çox insan bolşevik-daşnak qırğınlarının qurbanı oldu. Bu kütləvi qırğınlar Qarabağda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər qəzalarında da davam etdirildi. Bütünlükdə isə bu qırğınların gedişində 50 mindən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Erməni təcavüzkarlığına yer olmadığı bütün dünyaya nümayiş etdirilib

XX əsrin sonlarında Azərbaycan xalqı yenidən erməni millətçi dairələrinin qırğınları ilə qarşılaşdı. Onlar hətta Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamağa da müvəffəq oldular. Amma onlar xam xəyallarına çata bilmədilər. Erməni millətçi dairələri və onların havadarları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının, Ordusunun və dövlətinin gücü ilə qarşılaşdılar, layiq olduqları zərbəni aldılar. Azərbaycan xalqı öz əzmini ortaya qoydu və erməni təcavüzkarlığına yer olmadığını bütün dünyaya nümayiş etdirdi.

Müxbir – Nailə Həsənova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri