Icma.az
close
up
RU
Erməni terrorunun tarixi cinayəti

Erməni terrorunun tarixi cinayəti

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tələt Paşanın qətlə yetirilməsindən 105 il keçir

İttihad və Tərəqqi Cəmiyyətinin liderləri kimi Osmanlı imperiyasının son dövründə hakimiyyəti faktiki olaraq əlində cəmləşdirən “3 paşa” – Ənvər Paşa, Camal Paşa və Tələt Paşa XX əsrin əvvəllərində dövlətin idarə olunmasında aparıcı mövqe tutmuşlar. Tələt Paşanın adı tarixə 1908–1918-ci illərdə dövlət siyasətinə ciddi təsir göstərən əsas siyasi fiqurlardan biri kimi düşmüşdür.

Mehmed Tələt Paşa 1 sentyabr 1874-cü ildə Osmanlı imperiyasının Ədirnə şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Vize şəhərində alan Tələt gənc yaşlarından təhsilə və ictimai fəaliyyətə maraq göstərmişdir. Daha sonra Ədirnə Hərbi Orta Məktəbinə daxil olsa da, burada baş verən bir hadisə onun həyat yolunu dəyişdirmişdir. Zabit müəllimlərindən biri ilə münaqişəyə görə məktəbdən uzaqlaşdırılmış, yalnız bir müddət sonra xüsusi müdaxilə nəticəsində diplom ala bilmişdir. Lakin qeydiyyat müddəti keçdiyindən ali təhsilini davam etdirmək imkan əldə edə bilməmişdir. Ailəsinin maddi vəziyyəti də onun təhsilini davam etdirməsinə mane olmuşdur.

Gənc yaşlarından əmək fəaliyyətinə başlayan Tələt 1891-ci ildə teleqraf idarəsində qeydiyyatçı vəzifəsində işləyir, eyni zamanda, Ədirnədə fəaliyyət göstərən məktəbdə türk dili müəllimi kimi fəaliyyət göstərirdi. Bu dövrdə o, qardaşı İsmayıl Yürükoğlunun təsiri ilə siyasi fəaliyyətə qoşulmuş və Gənc türklər hərəkatının fəal iştirakçılarından olmuşdur. Onun müxalif fəaliyyəti Osmanlı hakimiyyətinin diqqətindən yayınmamış, 1897-ci ildə dövlət əleyhinə fəaliyyət göstərdiyi iddiası ilə 3 il həbs cəzasına məhkum olunmuşdur. 1898-ci ildə azadlığa çıxdıqdan sonra Selanikə sürgün edilmiş və burada gizli siyasi təşkilatın fəaliyyətində iştirak etmişdır.

1907-ci ildə İttihad və Tərəqqi Komitəsinə qoşulan Tələt bəy qısa müddətdə təşkilatın ən nüfuzlu liderlərindən birinə çevrilir. Onun siyasi fəaliyyəti xüsusilə 1908-ci ildə baş verən İkinci Məşrutə inqilabından sonra daha da genişlənir. 1908-ci ildə Ədirnə bölgəsindən millət vəkili seçilərək Osmanlı parlamentinə daxil olur və Məclis sədrinin birinci müavini təyin edilir. 1909-cu ildə isə daxili işlər naziri vəzifəsinə gətirilir. Sonrakı illərdə poçt və teleqraf naziri, daha sonra yenidən daxili işlər naziri kimi fəaliyyət göstərir.

1913-cü il yanvarın 23-də baş verən Bab-ı Ali (dövlət çevrilişi) üsyanı Osmanlı siyasətində mühüm dönüş nöqtəsi olur, Tələt bəy Ənvər Paşa ilə birlikdə Kamil Paşa hökumətinin devrilməsində mühüm rol oynayır. Bundan sonra qurulan hökumətdə yenidən daxili işlər naziri təyin edilir və İttihad və Tərəqqinin dövlət idarəçiliyində təsiri daha da güclənir.

Birinci Dünya müharibəsi dövründə Tələt Paşa Osmanlı dövlətinin siyasi kursunun müəyyənləşdirilməsində əsas fiqurlardan biri idi. O, imperiyanın Almaniya ilə ittifaqa yönəlməsində mühüm rol oynadı və dövlət idarəçiliyində aparıcı mövqeyini qorudu. 1917-ci ildə sədrəzəm – Osmanlı dövlətinin baş naziri təyin edildi və 1918-ci ilin oktyabrına qədər bu vəzifəni icra etdi.

Müharibə dövründə Osmanlı dövlətinin daxili siyasətinin idarə olunmasında onun mühüm rolu olmuş, dövlət aparatının fəaliyyətinin təşkili və müharibə şəraitində idarəetmənin qorunması istiqamətində qərarlar qəbul etmişdir. Eyni zamanda, 1915-ci ildə qəbul edilən ermənilərin köçürülməsi qərarları ilə bağlı məsələlər də onun adı ilə əlaqələndirilir və bu mövzu tarixşünaslıqda geniş müzakirə olunan məsələlərdən biri kimi qalır.

1918-ci ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin mövqeyinin möhkəmləndirilməsi, Bakının azad edilərək ölkənin paytaxtı kimi fəaliyyət göstərməsi gənc Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlardır. Onda Bakıda və digər bölgələrdə baş verən qanlı hadisələr, xüsusilə Mart qırğınları Azərbaycan xalqını ağır sınaqlarla üzləşdirmişdi.

Məhz belə bir vaxtda Osmanlı dövlətinin rəhbərliyi Azərbaycan xalqına yardım etmək qərarı verdi. Tələt Paşanın təşəbbüsü və siyasi iradəsi nəticəsində Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 1918-ci il 4 iyun tarixində Batum müqaviləsi imzalandı. Bu müqavilə iki dövlət arasında hərbi və siyasi əməkdaşlığın əsasını qoydu.

Müqavilənin mühüm maddələrindən birinə əsasən Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın rəhbərliyi ilə türk hərbi qüvvələri Azərbaycana göndərildi. Qafqaz İslam Ordusunun fəaliyyəti nəticəsində Bakı azad edildi və Azərbaycan Cümhuriyyətinin paytaxtı kimi fəaliyyətini davam etdirdi. Bu hadisə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ oldu.

Birinci Dünya müharibəsində Osmanlı imperiyasının məğlubiyyətindən sonra ölkədə siyasi vəziyyət kəskin dəyişdi. Müharibənin Osmanlı dövləti üçün məğlubiyyətlə başa çatmasından sonra Tələt Paşa ölkəni tərk edərək Almaniyaya gedir. Lakin onun siyasi həyatı mühacirətdə uzun sürmür.

Tələt Paşa 1921-ci il martın 15-də Berlində “Daşnaksütyun” partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirilir. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək eyni il iyunun 3-də məhkəmə tərəfindən sərbəst buraxılır. Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək “Hürriyət” abidəsi yaxınlığında dəfn edilir.

Tələt Paşa ölümünə az qalmış qələmə aldığı xatirələrində belə qeyd edib: "Məni bir gün küçədə güllələyəcəklər. Alnımdan qan axaraq yerə səriləcəyəm. Yataqda ölmək nəsib olmayacaq. Ziyanı yoxdur, gəlib vursunlar. Vətən mənim ölümümlə bir şey itirməyəcək. Bir Tələt gedər, min Tələt yetişər!”. Bu sözlər sadə bir siyasətçinin istəklərini deyil, öz ideallarına və inandığı dövlətə sadiq bir insanın daxili dünyasını əks etdirir.

Namiq QƏDİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri