Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Erməni xalqı Paşinyana etiraz etsəydi, küçələrdə olardı ŞƏRH

Erməni xalqı Paşinyana etiraz etsəydi, küçələrdə olardı ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş nazir millətinə reallıqları çatdırır ki, Qarabağa geri köçmək artıq mümkün deyil


Zaur Məmmədov: "Əgər prosesi uğurla irəli daşımaq mümkün olarsa, tamamilə yeni dönəmə şahidlik edəcəyik"


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ şirkətinin Zəngəzur dəhlizindən keçəcək yola nəzarəti deyil, onun biznes idarəçiliyini həyata keçirəcəyini bildirib. Paşinyan dəhlizdən keçən dəmir yolunun İrandan gələn yük maşınlarının hərəkətinə mane yaratmayacağını qeyd edib. Baş nazirin açıqlamasında qeyd olunub ki, onların dəmir yolu müxtəlif yaşayış məntəqələrindən və yollarından keçir: 

"Yüzlərlə keçid nöqtəsi var. Hər hansı bir ölkənin yük maşınları bu dəmir yollarından keçərkən hər hansı bir problem yaşayıb? Xeyr, çünki bu, Ermənistan Respublikasının yurisdiksiyasındakı ərazidir". Paşinyan qarşıdan gələn seçkilərdə xalqın sülh və ya onun olmaması haqda qərar verməli olacağını qeyd edib. Konstitusiyada dəyişikliklərə gəlincə, Paşinyan ehtiyac yaranarsa, dəyişiklik haqda qərar veriləcəyini qeyd edib: "Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən Konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var". Ermənistanın Baş naziri Nikol Paşinyan sülhün Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaradacağını bildirib: "Ümid edirəm və əminəm ki, bir gün Ermənistan-Türkiyə sərhədi açılacaq. Sülh şəraitində hər kəs turist kimi bütün yerlərə səfər edə biləcək". Paşinyan Azərbaycanla torpaq mübadiləsinin ancaq xalqın razılığı ilə baş tuta biləcəyini qeyd edib. Vurğulayıb ki, həm Ermənistanın, həm də Azərbaycanın keçmiş Sovet respublikalarının sərhədlərini göstərən xəritələri var. Baş nazir əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi məhz bu xəritələr əsasında davam etdiriləcək. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, Ermənistan öz tarixi boyu indiki kimi, xüsusilə də, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərdən sonra heç vaxt müstəqil olmayıb. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan arasında açılacaq yollardan İran da faydalanacaq: "Bütün hərəkətlərimizi dost ölkələrə, o cümlədən İrana izah etmişik, açıq şəkildə demək lazımdır ki, dost İran bu yoldan və Ermənistan üzərindən blokadanın götürülməsindən ilk faydalananlardan biri olacaq". Papoyan vurğulayıb ki, “Tramp yolu” reallaşdıqda İran da Ermənistan, Azərbaycan və Türkiyə ərazisi ilə Avropa İttifaqına dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə edəcək: "Bu mənada çox əminəm, İran bu yolda bir nömrəli benefisiarlardan biri olacaq".


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, Nikol Paşinyan erməni ictimaiyyətinə açıq şəkildə Ermənistanın atmalı olduğu addımlar və mövcud məsələlərlə bağlı məlumat verib. Ekspert vurğulayıb ki, Paşinyanın bütün açıqlamaları tamamilə reallığa uyğundur: 

"Yaxşı olardı ki, Paşinyan özü ilk növbədə bu reallıqlara uyğun addımlar atsın. Bölgədə yeni vəziyyət formalaşıb və bu vəziyyəti erməni ictimaiyyətinin diqqətinə çatdırmaq, onlara qəbul etdirmək lazımdır. Hazırda Paşinyanın etdiyi budur. Əgər prosesi uğurla irəli daşımaq mümkün olarsa, tamamilə yeni dönəmə şahidlik edəcəyik. Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, İrəvan tezliklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Mütləq şəkildə Ermənistanın baş nazirinin prinsipial və qətiyyətli mövqe tutması çox vacibdir. Ermənistan daxilindəki müxaliflər də başa düşməlidir ki, İrəvanın başqa alternativi yoxdur. Düzdür, Paşinyanın son günlərdə verdiyi bəyanatlar, ələlxüsus Qarabağa vaxtilə köçürülən ermənilərlə bağlı sözləri Ermənistan müxalifətində ciddi etirazlara səbəb olub. Ancaq bəllidir ki, bu müxalifətin quyruğu özlərində deyil". 


Z.Məmmədov əlavə edib ki, erməni xalqı Paşinyana etiraz etsəydi, indi küçələrdə olardı: 

"Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digərləri elə bu nalələrlə dünyadan köçəcəklər. Fakt isə budur. Qarabağda ermənilər XIX əsrdən başlayaraq peyda olublar. 2020-ci ilin 44 günlük müharibəsinin və 2023-cü il antiterror tədbirlərinin nəticəsi ilə Qafqazda yeni dönəm başlayıb. XIX əsrdən başlayan status-kvo və geosiyasi konfiqurasiya darmadağın edilib. Ona görə də ermənilərin yenidən tarixi Azərbaycan torpaqlarına köçürülməsi mümkün deyil. Naxçıvanın da, Zəngəzurun da Azərbaycandan ayrı qalması yeni konfiqurasiyada mümkün deyil. Azərbaycan 1918-1920-ci illərdə ondan qoparılan diyara qayıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri