Icma.az
close
up
RU
Ermənilər bu dəfə onların mahnılarını oğurlamaq istədi

Ermənilər bu dəfə onların mahnılarını oğurlamaq istədi

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artaş Asatryan tərəfindən, xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçıTiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya, sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.

Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artaş Asatryan onu “Ter Hisus Ari” adı ilə ifa edib və Yutub səhifəsində yerləşdirib. Bununla da erməni ifaçı Artaş Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.

Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya, sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir. Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.

“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Yutub səhifəsində yerləşdirilib və bununla da Tiqran Asatryan mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozub.

Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artaş Asatryanın ifasında “Ter Hisus Ari” və Tiqran Asatryanın ifasında “Qez Hamar” adlı mahnılar Yutubun qeyd edilən səhifələrindən silinib.

Bununla da “İntizar” manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, “Yeni il mahnısı”nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Mart 2025 06:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri