Icma.az
close
up
RU
Ermənilər Ermənistanı Ermənistandan kənarda axtarıblar: Revanşistlər, radikallar, Kilsə məğlub olacaq

Ermənilər Ermənistanı Ermənistandan kənarda axtarıblar: Revanşistlər, radikallar, Kilsə məğlub olacaq

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib. O qeyd edib ki, iki ölkə avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gəlib.

Paşinyan əlavə edib ki, Mülki Müqavilə 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək: "Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır".

Deputat Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan uzun illər xəyallarla yaşayıb və heç vaxt müstəqil olmayıb. Onun sözlərinə görə, Ermənistan daim böyük güclərin sifarişlərinin icraçısına çevrilib:

"Belə demək mümkündürsə, ermənilər Ermənistanı Ermənistandan kənarda axtarıblar. Nikol Paşinyan hazırda "real Ermənistan" layihəsini erməni ictimaiyyətinə təqdim edir. Paşinyan tərəfindən çoxşaxəli mesajlar səsləndirildi. Baş nazir açıq etiraf edir ki, uzun müddət Ermənistanda dəbdə olan "vətənpərvərlik" sovet ideologiyası üzərində qurulmuşdu. Ermənilər "böyük Ermənistan" xülyası ardınca gedirdi. 44 günlük müharibədə Azərbaycan Ermənistanın başına elə güclü zərbə vurdu ki, ermənilərin ağılları başlarına gəlməyə başladı. Paşinyan hökuməti baş verənlərdən dərs çıxararaq, prosesləri düzgün dəyərləndirərək bugünkü Ermənistanın harada olduğunu, hansı olduğunu müəyyən etməyə başladılar".

Müsahibimiz vurğulayıb ki, artıq baş nazir Ermənistanın müstəqilliyi, sərhədləri, legitimliyi, suverenliyi barədə danışır:

"Ermənistanın qonşularla normal əməkdaşlığının şərt olduğunu deyir. Paşinyanın mesajları müsbətdir. O deyir ki, Azərbaycanla əldə edilən sülhü "yeni doğulmuş uşaq" kimi əzizləməlidirlər. Bu mühüm mesajdır və eyni zamanda proseslərin nə qədər kövrək olduğunun da göstəricisidir”.

Azər Badamov: Revanşistlər sülh reallığını qəbul etmək istəmir, hər vəchlə prosesi pozmağa çalışırlar

Deputata görə, əfsuslar ki, Ermənistanda revanşistlərin aktivliyi də ortadadır. Onlar sülh reallığını qəbul etmək istəmir, hər vəchlə prosesi pozmağa çalışırlar:

“Amma onların sayı çox azdır. Rəy soğruları göstərir ki, Ermənistanda sülh istəyənlərin sayı xeyli çoxalıb. Bu da hadisələrin tədricən gərgin müstəvidən çıxacağını deməyə əsas verir. Yaxın müddətdə bölgəmizə sülh gələcək və revanşistlər, radikallar, Kilsə məğlub olacaq".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri