Revanşistlər bilməlidirlər ki, Azərbaycan Ermənistanı xarici dəstəyə rəğmən məğlub edib Ekspert rəyi
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan-Ermənistan münaqişəsi iki dövlət arasında ərazi mübahisəsi çərçivəsini aşaraq, həm də beynəlxalq güc mərkəzlərinin toqquşduğu mürəkkəb geosiyasi qarşıdurmaya çevrilmişdi. İşğalçılıq siyasəti yürütməsinə, münaqişədə haqsız tərəf olmasına rəğmən, Ermənistan uzun illər ərzində müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə hərbi, siyasi, diplomatik dəstək alırdı. Bütün bu genişmiqyaslı dəstəyə baxmayaraq, Azərbaycan heç bir hərbi alyansın üzvü olmadan, təkbaşına, öz liderinin qətiyyəti və ordusunun gücü ilə Ermənistanı da, onun havadarlarını da məğlub edə bildi.
Təəccüb doğuran haldır ki, müharibənin bitməsindən, iki ölkə arasında sülh danışıqlarının başlanmasından sonra da Ermənistanın kənar güclər tərəfindən hərbiləşdirilməsi prosesi dayanmayıb. Xüsusilə Fransa və Hindistan tərəfindən Ermənistana hücum silahlarının, artilleriya sistemlərinin, hərbi texnikanın verilməsi davam edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Ermənistanın iqtisadi vəziyyəti bahalı hərbi müqavilələri öz hesabına maliyyələşdirməyə imkan vermirdi. Silahlandırmanın arxasında üçüncü tərəflərin dayandığı açıq-aşkar görünür. Bu dövlətlər və onların çevrəsində olan güc mərkəzləri Ermənistanda revanşist meylləri qızışdırmaqla, Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etməyə çalışırlar.
“Onlar xatırlamalıdırlar ki, Ermənistan 44 günlük müharibədən öncə ən müxtəlif istiqamətlər üzrə daha güclü formada dəstəklənib. Məsələn, rəsmiyyətdə Qarabağ münaqişənin sülh yolu ilə həllini qarşıya məqsəd qoyduğunu elan edən ATƏT-in Minsk qrupu reallıqda Ermənistanın işğalçı siyasətinə zaman qazandırmaqla məşğul olub. Həmsədr dövlətlər, – ABŞ, Rusiya və Fransa, – BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icrasını təmin etməyiblər. Onlar “mərhələli həll”, “status məsələsi” kimi qeyri-müəyyən ideyalar irəli sürərək, işğalı legitimləşdirməyə cəhd göstəriblər", - deyə M.Ələsgərli vurğulayıb.
Ekspertin sözlərinə görə, təkcə 1998-ci ildə Rusiyanın Ermənistana təxminən 1 milyard dollar dəyərində silah verməsi faktı rəsmi mənbələrdə təsdiqini tapıb. Bu proses sonrakı illərdə də davam etdirilib.
Xüsusilə silahların yayılmasına dair beynəlxalq konvensiyaların pozularaq “İskəndər-M” raket komplekslərinin Ermənistana verilməsi, Şuşa şəhərinin məhz bu raketlə vurulması beynəlxalq güclərin Ermənistana nə qədər ciddi hərbi dəstək verdiklərini nümayiş etdirib. Yalnız Rusiya deyil, ABŞ, Fransa, İran və digər dövlətlər də prosesin içində olublar. Qırx dörd günlük müharibə zamanı Ermənistana Rusiya və İran ərazisindən silah-sursat daşınması ilə bağlı peyk görüntüləri ictimailəşdirilib. Avropadan olan muzdlular Qarabağ döyüşlərində Ermənistan tərəfindən iştirak ediblər.
Bütün bunlara rəğmən, Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək Ermənistanın illərlə topladığı hərbi arsenalı, təxminən 6 milyard dollar həcmində qiymətləndirilən texnika və döyüş sursatını məhv etdi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Minsk qrupu da ləğv edildi. Bir çox parametrlərinə görə XXI əsrin nadir nümunələrindən olan bu qələbə ilə Azərbaycan sübut etdi ki, milli birlik, ədalətli mövqe, layiqli lider və düzgün siyasət olan yerdə real güc formalaşır və bu güc bütün maneələri aşmağa qadirdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















