“Ermənilər Ermənistanı xilas etməlidir” Zaxarova əl çəkmir…
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla bağlı növbəti birmənalı qarşılanmayan fikirlər səsləndirib.
“AzPolitika” xəbər verir ki, Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda “RİA-Novosti”-yə müsahibə verən Zaxarova “ermənilərin Ermənistanı xilas etməli olduğunu” deyib: "Ermənistanı Ermənistan vətəndaşları xilas etməlidir, onların seçkilərdə öz ölkələrinin xeyrinə seçim etmək üçün hər cür imkanı var".
Zaxarova ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərinə Kremlin mənfi münasibətini gizlətməyib və deyib ki, İrəvanın hazırkı kursu Rusiyanın maraqlarına qarşı çevrilir: "Bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmasının daha bir nümunəsidir... Amma praktikada bu addımlar Rusiyanın maraqlarına qarşı konkret hərəkətlərə gətirib çıxarır".
Zaxarova əlavə edib ki, ABŞ Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yanaşmır.
Zaxarovanın xüsusilə bu son fikri maraq doğurur. Sanki Rusiya özü Ermənistan da daxil olmaqla, bütün postsovet ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi yanaşır.
“AzPolitika.info”
Baxış sayı:116
Bu xəbər 03 İyun 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















