Icma.az
close
up
RU
Ermənilər “günah keçisi” axtarışında

Ermənilər “günah keçisi” axtarışında

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın üç keçmiş lideri Qarabağ məsələsi ilə bağlı təsvir etdikləri mükəmməl həll yollarını niyə həyata keçirmədilər?” 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşdığı videoda belə deyib.

 Onun fikrincə, burada iki variant ola bilər. “Birinci variant ondan ibarətdir ki, onlar cinayətkar hərəkətsizlik nümayiş etdirərək, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət edərək, bizi Qarabağ məsələsinin mükəmməl həll yollarından məhrum ediblər. 

İkinci variant isə odur ki, onların təsvir etdiyi möhtəşəm həll yolları sadəcə olaraq intellektual axtarışlara əsaslanan siyasi hiylədir və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, - Paşinyan bildirib. Nikol Paşinyanın açıqlaması göstərir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində Qarabağ mövzusu hakimiyyət-müxalifət debatında ciddi yer tutacaq. 

Radikal müxalifət Nikol Paşinyanı münaqişəni həll etmək imkanlarını itirməkdə və Qarabağı Azərbaycana “təslim etmək”də ittiham edəcək. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişində tərəflər bir-birinə qarşı ərazi iddialarından imtina etməyə dair öhdəlik götürüblər. 

Eyni zamanda, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan hərəkətlərə yol verməyəcəklərinə dair razılaşmaları imzalayıblar. Bu, faktiki olaraq, Ermənistanın Qarabağa olan ərazi iddiasından əl çəkməsi deməkdir. Üstəlik, Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərin Azərbaycana qayıtmayacağını bəyan edib. Əgər Ermənistan konstitusiyasının preambula hissəsi ləğv edilərsə, Qarabağa qarşı ərazi iddiasına de-yure xitam veriləcək və tərəflər arasında yekun sülh sazişi imzalanacaq. 

Müxalifət isə daha revanşist bəyanatlar verərək işğal dövrünün həll modellərini gündəmə gətirməyə çalışır. Bununla da sanki Ermənistan cəmiyyətində artıq mövcud olmayan status-kvonu bərpa edəcəyinə dair rəy yaratmaq istəyir. Ermənistanın sabiq prezidentləri tərəfindən səsləndirilən bu bəyanatlar bir növ keçmişi geri qaytarmaq və mühafizəkar erməni cəmiyyətində siyasi nastolgiya yaratmağa xidmət edir. 

Bu baxımdan, seçkilər öncəsi əsas rəqabətin Nikol Paşinyan hökuməti ilə Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan arasında gedəcəyi siyasi konfiqurasiya formalaşmaqdadır. Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin qarşıdurması fonunda müxalifətin yeni lideri meydana çıxan və hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyan isə son vaxtlar aktivləşən eks-prezidentlərin kölgəsində qalıb. Əslində, sabiq prezidentlər cəmiyyətə yeni ideya təqdim etmir. 

Hətta Paşinyan onların işğal dövrünün həll variantlarını gündəmə gətirməsini məsxərəyə qoyub. “Biri deyir: 1994-cü ilin Budapeşt sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. İkincisi deyir: 2001-ci ilin Ki-Vest sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Üçüncüsü deyir: 

2011-ci ilin Kazan sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Hər biri qərarlarını elə təsvir edir ki, biri o birindən “gözəl”dir! Bəs onda niyə həll etmədiniz?”,-deyə Paşinyan sual edib. Nikol Paşinyan Budapeşt sənədinin uğursuzluğundan söz açarkən, Levon Ter-Petrosyanı nəzərdə tutur. Yəni bu sammit keçmiş Qarabağ problemini Ermənistanın xeyrinə həll etmədi. Budapeşt sənədi daha çox tərəflər arsında atəşkəsə nail olunmasını, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu. 

ABŞ-nin vasitəçiliyi ilə 2001-ci ildə Ki-Vestdə keçirilən danışıqlarda Ermənistan prezidenti Robert Köçəryanın qeyri-konstruktiv mövqe tutması və heç bir güzəştə getmək istəməməsi müzakirələrin nəticəsiz başa çatması ilə nəticələnib. Ona görə də Ki-Vest sənədində münaqişənin Ermənistanın xeyrinə həll olunmasını əks etdirən hər hansı razılaşma əldə olunmayıb. 

Rusiya tərəfindən 2011-ci ildə təklif edilən “Kazan formulu” isə birinci mərhələdə ətraf 5 rayonun Azərbaycana qaytarılmasını, ikinci mərhələdə Kəlbəcər və Laçının işğalına son qoyulmasını, “Dağlıq Qarabağ”ın statusu məsələsinin qeyri-müəyyən müddətə gələcəyə saxlanılmasını nəzərdə tuturdu. Bu sadəcə olaraq, təkliflər paketi idi və Azərbaycan bu sənədlə razılaşmayıb. Üstəlik, Ermənistan siyasi manipulyasiya edərək ətraf rayonları qaytaracağını vəd etsə də, sonradan bundan imtina edib. 1992-ci ildən başlayan bütün danışıqlar prosesi qeyri-obyektiv olduğundan, 2020-ci ildə Azərbaycanın öz ərazilərini müharibə yolu ilə azad etməkdən başqa variantı qalmayıb. 

Nikol Paşinyanın “Facebook”-da hər üç prezidenti tənqid etməsi də bununla bağlıdır. Ermənistanın Baş naziri “cinayətkar hərəkətsizlik” deyərkən onların sülhdə maraqlı olmadıqlarını, xarici dövlətlərin maraqlarına xidmət edərək, yəni Rusiyanın sifarişi ilə münaqişəni dondurulmuş şəkildə saxladıqlarını, bunun isə nəticədə Azərbaycanın qələbəsinə səbəb olan müharibəyə gətirib çıxartdığını göstərir. 

Ümumiyyətlə, qarşılıqlı səslənən ittihamlar seçkiqabağı daxili auditoriyaya hesablanmaqla yanaşı, həm də məğlubiyyəti bir-birinin üzərinə atmaq cəhdindən xəbər verir. Ermənistan hakimiyyəti və müxalifəti sanki ağır məğlubiyyətə görə “günah keçi”si axtarışına çıxıb. Bu fonda özünü qalib kimi təqdim etmək cəhdləri hakimiyyət uğrunda mübarizənin trendinə çevrilib. Ancaq bütün hallarda regionda artıq xeyli müddətdir mövcud olmayan və keçmişdə qalmış bir status-kvonun yarada biləcəyi reytinq uğrunda mübarizə aparılır ki, bu da Ermənistan cəmiyyəti üçün cəlbedici sayıla bilməz.

 Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Köçəryan sülh sazişi Ermənistanda seçki

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri