Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Ermənilər sabit və etibarlı müttəfiq deyillər ŞƏRH EDİLDİ

Ermənilər sabit və etibarlı müttəfiq deyillər ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Paşinyanı hakimiyyətə gətirən qüvvələr var. ABŞ Paşinyanı məqsədyönlü şəkildə hakimiyyətə gətirib. Yəni Paşinyanın Amerika Birləşmiş Ştatlar qarşısında bir öhdəliyi var. Bu öhdəlik isə Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdən ibarətdir. Bayden hakimiyyəti dövründə Paşinyan maksimum şəkildə bu siyasəti, öhdəliyi yerinə yetirirdi. İndi isə Trampın hakimiyyətə gəlməsi və Trampın verdiyi bəyanatlar dünyada yeni bir siyasi situasiya yaradıb. Bu həm Ukrayna münaqişəsində, həm də Yaxın Şərqdə özünü göstərməkdədir. Təbii ki, Ermənistanın fəaliyyəti ABŞ–Rusiya münasibətləri ilə bağlı olan bir məsələdir. Əgər ABŞ Rusiyaya düşmən kimi baxacaqsa və Rusiya ilə münasibətləri gərginləşdirəcəksə, o zaman Ermənistandan maksimum alət kimi istifadə edəcəkdir". Bu sözləri politoloq Azad Məsiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə,proses onu göstərir ki, Trampın bəyanatları da ABŞ-nin Rusiya ilə münasibətlərinin loyal olduğunu və bu münasibətləri yumşaltmaq istədiyini göstərir: "Bu baxımdan, Paşinyanın son vaxtlar manevr etməsi, üzünü Amerika Birləşmiş Ştatlardan Qərbə, yəni Avropaya çevirməsi müşahidə olunur. Ümumiyyətlə, ermənilər sabit və etibarlı müttəfiq deyillər, həmişə məqam düşəndə xəyanət edirlər. Bildiyiniz kimi, Ermənistan dövlətini formalaşdıran, inkişaf etdirən, qoruyan və himayə edən Rusiya olub. Ermənistan Rusiyanın imkanlarından istifadə edərək ərazisini böyüdüb, lakin indi Rusiyaya xəyanət edərək üzünü ABŞ-yə tutub. Amerika Birləşmiş Ştatlardan istədiyini əldə edə bilmədikdə isə onlara da xəyanət edərək üzünü Avropaya tutmaqdadır. Son vaxtlar Paşinyanın Fransaya səfər etməsi, Makronla isti münasibət qurması və açıq şəkildə Avropaya üz tutması onu göstərir ki, Ermənistan sabit bir dövlət deyil. Yəni, sürüşkən dövlətdir və Paşinyanın siyasəti stabilliyə xidmət etmir. Bu sürüşkən siyasət artıq özünü açıq şəkildə büruzə verməkdədir. Cənubi Qafqazda baş verən hadisələr, daha dəqiq desək, Ermənistanın, xüsusilə Paşinyanın apardığı siyasət erməni xalqının maraqlarına yox, onu idarə edən qüvvələrin maraqlarına uyğun şəkildə həyata keçirilir. Bu baxımdan, 2025-ci ildə Ermənistan-Azərbaycan arasında sülh sazişinin olacağına ümidlərim azdır".

Politoloq həmçinin bildirib ki, bunun səbəbi isə odur ki, Avropa dövlətləri və Avropa birliyi Rusiya-Ukrayna münaqişəsində Ukraynanın tərəfini tutur, ona hərbi, silah-sursat və maliyyə baxımından dəstək verir: "Bu isə təbii ki, Avropa-Rusiya münasibətlərində bir soyuqluq yaradır. Bu fonda Avropa birliyi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək üçün müəyyən addımlar atacaq. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan regionda balans siyasəti yürüdür. Qərb Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək siyasətini həyata keçirmək niyyətindədir və bu, 2025-ci ildə daha açıq şəkildə özünü göstərəcək. Hesab edirəm ki, Paşinyan 2025-ci ildə sülh sazişinə getməyəcək. Çünki Ermənistanın davamlı şəkildə silahlanması və Avropanın müşahidə qrupunun müddətini uzatması onu göstərir ki, Ermənistan sülh sazişinə getməyəcək. Həmçinin, 10 noyabr sülh razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı olmayan Ermənistan Zəngəzur dəhlizinin açılmasına da qarşı çıxır. Eyni zamanda, öz üzərinə götürdüyü 10 noyabr sazişinə və Zəngəzur dəhlizinin açılmasında da maraqlı deyill. Bu baxımdan, Paşinyanın apardığı siyasət yenə də regionda sabitliyi pozacaq və gərginliyi artıracaq. Ermənistanın sülh sazişinə gedəcəyinə ümidlər azdır. Yenə deyirəm, bu, həm Paşinyanın müstəqil siyasət yürüdə bilməməsindən irəli gəlir, həm də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Davamlı olaraq silahlanmaya üstünlük verir. Beynəlxalq auditoriyalarda Azərbaycana qarşı qərəzli bəyanatlar verməkdən əl çəkmir. Xatırlatmaq istəyirəm ki, Paşinyan Ermənistan Konstitusiyasında dəyişiklik etmir. Konstitusiyada dəyişiklik etməsə, sülh sazişi imzalanmayacaq. Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, 2025-ci il də gərginlik ili olaraq qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri