Icma.az
close
up
RU
Ermənilər Şövkət Ələkbərovanın daha 4 mahnısını oğurlamaq istədi

Ermənilər Şövkət Ələkbərovanın daha 4 mahnısını oğurlamaq istədi

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib.

Bu barədə Lent.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Töhfə” mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır:

"Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi “Getmə amandır” mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.

Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Yavaş-yavaş” mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin “Qızıl Fondu”nda 6693-S kod nömrəsi altında saxlanılır.

“Bayram şamları” mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır".

"Müğənni Ş.Ələkbərovanın Youtube-də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib. Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri