Icma.az
close
up
RU
Ermənilər torpaqlarımızı işğal altında saxladıqları dönəmdə həm məscidləri, həm də kilsələri dağıdıblar

Ermənilər torpaqlarımızı işğal altında saxladıqları dönəmdə həm məscidləri, həm də kilsələri dağıdıblar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək və bu dinləmələrdə “erməni mədəni irsinin məhv edilməsi” məsələsinə də baxılacaq. “Azərbaycan hakimiyyəti erməni mədəni irsini məhv edir, Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altındadır”, - deyə açıqlamada iddia olunur. Bildirilir ki, Azərbaycanda, ümumiyyətlə, dini etiqad azadlığı ilə bağlı vəziyyət narahatedicidir. Həmçinin bəzi şəxslərin Azərbaycan dövləti əleyhinə İrana casusluq etdikləri üçün həbs cəzaları alması dini etiqad azadlığının pozulması kimi təqdim olunur.

Azərbaycan torpaqları 30 il ermənilərin işğalı altında olduğu bir vaxtda - torpaqlarımız yağmalanıb, məscidlərimiz donuz damına çevrilib, bütün tarixi abidələrimiz viran ediləndə ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası Azərbaycan torpaqlarına qarşı törədilən vandallığa qarşı bir addım da atmırdı. Hamıya məlumdur, bəzi ölkələr ikili standart nümayiş etdirir və dünyada xristian təəssübkeşliyi var. Bəs ədalət hardadır? Ədalətli olduğunu iddia edən ABŞ, niyə ədaləti yalnız xristian ölkələri üçün bərqərar etməyə çalışır?

Milli Məclisin deputatl Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın və bugünkü Ermənistanın ərazisində ermənilər xristian və islam dininə aid maddi-mədəni irsi dağıdıblar.

“Ermənilər mühafizə etdikləri dini mədəniyyət abidələri, Qafqaza köçürdükdən sonra 1828-ci ildən başlayaraq bizim ərazilərimizdə inşa etdikləri Qriqoryan abidələri və bundan başqa, ilkin orta əsrlərdə bizim əcdadlarımız olan xristian qıpçaqların yaratdığı xristian abidələrini də darmadağın ediblər. VII əsrdə İslamın gəlişindən sonra əcdadlarımızın dinlərini dəyişərək İslamı qəbul edib və sonradan müsəlman abidələri adı altında yaratdıqları abidələri də ermənilər dağıdıb. İşğal altında olan torpaqlarımızda da eyni hərəkətləri ediblər və işğal altında olan torpaqlarda Cənubi Qafqazda xristianlığın ilk abidələri hesab edilən alban-xristian abidələrini də dağıdıblar. Ona sahib çıxmayıblar, hətta Rus Pravoslav Kilsəsini də dağıdıblar. Dünya bunları görməzdən gəlir. Çünki abidələrin hansı dinə və yaxud hansı mədəniyyətə mənsub olmasından asılı olmayaraq hamısını dağıdan ermənilər özlərinin Cənubi Qafqazda son 200 ildə gətirdikləri yalançı qondarma mədəniyyəti qorumağa çalışırlar və buna da ümumi erməni ad verməyə çalışırlar. Bu da doğru deyil. Ermənilərin adı etnik qrup olaraq adı “hay”dır. Ərməniyyə isə bizim tarixi coğrafiyamızdır. Ərməniyyədə olan bütün mədəniyyət - yəhudi mədəniyyəti və xristian mədəniyyəti də, islam mədəniyyəti də bizim əcdadlarımıza aiddir. Bir nəfər israrla gözünü yumub heç nəyi görmək istəmirsə, ona nəyisə göstərmək vaxt itkisidir. Bu səbəbdən də, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıq Komissiyasının bəyanatı gözünü yumub heç nəyi görmək istəməyən inadkar fərdə bənzəyir, görmək istəmir. Belə olan halda biz ona heç nəyi göstərə bilmərik”-deyən deputat vurğulayıb ki, həqiqət bizim ifadə etdiyimiz kimidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri