Icma.az
close
up
RU
Ermənilər Zaxarovanı Azərbaycana “işləməkdə” ittiham edir

Ermənilər Zaxarovanı Azərbaycana “işləməkdə” ittiham edir

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İddia olunur ki, 2020-ci il  9 noyabr üçtərəfli sazişində  Rusiya tərəfi Qarabağda “erməni mədəni-tarixi irsinin qorunması ilə bağlı öhdəlik” götürüb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın erməni jurnalistlərin təxribatçı suallarına reaksiyası  narazılıq doğurub. 

Söhbət erməni jurnalist və politoloq Hayk Xalatyanın Qarabağda İkinci Dünya müharibəsi zamanı döyüşlərdə həlak olmuş ermənilərinin abidələrinin guya Azərbaycan tərəfindən dağıdılması ilə bağlı sualına reaksiyasından gedir.  Mariya Zaxarova suala cavab olaraq deyib ki, Ermənistan tərəfi Avropa İttifaqı ölkələrində sovet əsgərlərinin abidələrinin dağıdılmasına diqqət etməlidir.  Rusiyadakı erməni  diasporasının saytı yekramos.org  "Ermənistanın səsi" nə istinadən yazır ki,  Zaxarovanın ritorikası Azərbaycan təbliğatının tezisləri ilə üst-üstə düşür.  “Onun Avropa ölkələrində sovet əsgərlərinin abidələrinin sökülməsi nümunəsinə müraciəti erməni politoloqun birbaşa sualına ictimai cavab verməkdən açıq-aşkar yayınma idi. Aydındır ki, rəsmi brifinq həssas mövzularda qızğın çəkişmələr üçün doğru yer deyil, baxmayaraq ki, fərdi istisnalar çoxlarına azərbaycanpərəstliyi çoxdan məlum olan Rusiya Xarici İşlər Nazirliyi üçün çox faydalı olardı” deyə, sayt yazır. 

İddia olunur ki, guya 2020-ci il noyabrın 9-da üçtərəfli sazişin imzalanması zamanı Rusiya tərəfi Qarabağda “erməni mədəni-tarixi irsinin qorunması ilə bağlı öhdəlik” götürüb.  Mariya Zaxarovanın   Avropa İttifaqı ölkələrində abidələri dağıdılmasını niyə reaksiya verilməməsi iradına erməni nəşrinin cavabı bu millətin mahiyyətini bir daha ortaya qoyub.  Qeyd olunur ki, ermənilər sovet əsgərlərinin abidəsinin dağıdılmasına reaksiya verməməkdə hsaqlıdır, çünki sovet ordusunda digər millətlərinin nümayəndələri də var idi. “Qərbdə onların hamısını bir sözlə - rus adlandırmağa öyrəşiblər. Və bu abidələrin dağıdılması aktlarının sırf siyasi səbəbi var, Rusiya ilə birləşmiş Qərb arasında geosiyasi qarşıdurmanın nəticəsidir”. Yəni Zaxarova qınanır ki, o, Azərbaycanı ittiham etməli idi. O da iddia olunur ki,  Rusiya Xarici İşlər Nazirliyi Qərblə qarşıdurmada çox cəsarətlidir, amma  “Türkiyə və Azərbaycana açıq şəkildə təslim olur”.  

Heç kimə sirr deyil ki, uzun illər erməni işğal altında qalan  Azərbaycan torpaqlarındakı məscidləri, dini, tarixi, mədəni abidələri dağıdıblar. Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.  Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmadığı kimi, işğal etdiyi ərazilərin abidələrini də dağıdıb.  Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilmiş, məhv və talan edilib. İndi ermənilər Azərbaycanın əzəli torpaqlarında qondarma qəhrəmanlarına qoyduqları “abidəni” tarixi hesab edirsə, bu onların problemidir. Zaxarova da yaxşı bilir ki, ermənilərin Qarabağda heç bir tarixləri yoxdur, o səbəbdən də erməninin təxribatçı sualına sərt reaksiya verib... /Musavat.com


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 İyun 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri