Icma.az
close
up
RU
Ermənilərin deportasiyasında rolu olan Tələt Paşanın adını Türkiyə Ermənistan sərhədinə vermək olar

Ermənilərin deportasiyasında rolu olan Tələt Paşanın adını Türkiyə Ermənistan sərhədinə vermək olar

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə Böyük Millət Məclisinə təqdim edilən və Ermənistan-Türkiyə sərhəd qapısına Erməni Soyqırımının memarlarından olan Mehmed Tələt Paşanın adının verilməsini təklif edən qanun layihəsinə cavab verib. Sözügedən qanun layihəsi Türkiyənin millətçi İYİ Partiyasının başqanı, millət vəkili Müsavat Dərvişoğlu tərəfindən TBMM-ə təqdim edilib və partiyanın 28 millət vəkili tərəfindən imzalanıb”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud açıqlamasında bildirib ki, Tələt Paşa 1874-cü ildə anadan olub və 1921-ci ildə Berlində erməni terrorçuları tərəfindən şəhid edilib: “Mehmed Tələt Paşa 1908-ci il inqilabının hazırlanmasında mühüm rol oynayıb. İttihad və Tərəqqi Komitəsinin təsisçilərindən biridir. O, 1908-1918-ci illər arasında Osmanlı İmperiyasının siyasətini formalaşdıran ən mühüm aktyorlardan biridir. Daxili İşlər Naziri və Böyük Vəzir idi. O, Ənvər Paşa və Camal Paşa ilə birlikdə "Üç Paşa" hakimiyyətini qurdu. Tələt Paşa Osmanlı İmperiyasının I Dünya Müharibəsinə girməsində və erməni deportasiyasında rolu olan mühüm simalardan biridir”.

Kərəm Qarabulud

“Birinci Dünya Müharibəsi məğlub olanda Ənvər və Camal Paşalarla birlikdə ölkəni tərk etdi. Ermənilərin deportasiyasında mühüm rol oynadığı üçün onu Almaniyanın Berlin şəhərində şəhid etdilər. Bu səbəbdən də Ermənistan sərhəd qapısına Tələt paşanın adını vermək mümkündür. Ancaq Ermənistan-Azərbaycan müqaviləsi imzalanmadan və Zəngəzur dəhlizi açılmadan bunu etmək erməniləri təxribata çəkən diaspor və Qərb dövlətləri tərəfindən təxribat kimi istifadə oluna bilər”-deyən Kərəm Qarabulud qeyd edib ki, bu səbəbdən də bunu zamanın öhdəsinə buraxmaq daha yaxşı olardı.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri