Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında Ev quşlarının qənimi tapılacaqmı? FOTO/VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Havaların qarlı və şaxtalı keçməsi dağətəyi yaşayış məntəqəsində vəhşi yırtıcıların fəallaşmasına və nəticədə kəndə enməsinə səbəb olur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Baş Zəyzid kəndində son iki həftədə kənd sakinlərini narahat edən ardıcıl hadisələr yaşanır. Belə ki, naməlum yırtıcı gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarını tələf edir.
Sakinlərin sözlərinə görə kəndin müxtəlif məhəllələrində, daha çox da eyni ərazidə məskunlaşan 20 ailəyə məxsus ümumilikdə 200-ə yaxın ev quşu məhv edilib.
Sakinlər bu hücumların dağlıq-meşəlik ərazidə yaşayan yırtıcı heyvanlar tərəfindən törədildiyini ehtimal edirlər. Onlar kənddə vəziyyətin ciddi narahatlıq yaratdığını deyir və həm özlərinin, həm də təsərrüfatlarının təhlükəsizliyi üçün tədbir görülməsini istəyirlər.
Sakinlər baş verənlərdən sonra quduzluq ehtimalını da istisna etmir. Bu səbəbdən ərazidə sanitar-profilaktik tədbirlərin görülməsini, yırtıcı heyvanların kəndə yaxınlaşmasının qarşısının alınmasını və müvafiq qurumların məsələyə müdaxilə etməsinin zəruruliyini diqqətə çatdırıblar.
Bu arada yırtıcıların xüsusiyyətlərini bilən bir sıra ovçular ev quşlarına hücumların çaqqal, tülkü, ya da ağ döş deyilən yırtıcılar tərəfindən edildiyini iddia edirlər. Daha çox isə hadisənin ağ döş adlanan yırtıcı tərəfindən törədilmə ehtimalı böyükdür.
Məsələ ilə əlaqədar kəndin müvafiq orqanları da məlumatlandırılıb. Bu istiqamətdə tədbirərin görülməsi qərara alınıb.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















