Icma.az
close
up
RU
Ermənilərin törətdiyi soyqırımlar beynəlxalq müstəvidə tanıdılmalı və onlara hüquqi qiymət verilməlidir

Ermənilərin törətdiyi soyqırımlar beynəlxalq müstəvidə tanıdılmalı və onlara hüquqi qiymət verilməlidir

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. Bu soyqırımın törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və Azərbaycan torpaqlarına yiyələnməkdən ibarət olub. Bu məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilib.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Er¬məni Milli Şurası tərəfindən hazırlanıb.

1918-ci ilin mart soyqırımı zamanı 30 mart – 2 aprel tarixlərində 3 gün ərzində təkcə Bakıda 12000 azərbaycanlı öldürülüb, Bakının müsəlman əhalisinə 1918-ci ilin mart qiymətləri ilə 400 mln. rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1,2 mlrd. rubl maddi ziyan vurulub.

Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və istintaqla tam sübuta yetirilib ki, azərbaycanlılar qadın, qoca, uşaq fərqi qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər edilib. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur.

Daşnak-bolşevik alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini Bakı quberniyasının digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar zamanı ümumilikdə Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib.

1918-ci ildə daşnak-bolşevik alyansının törətdiyi soyqırımlar zamanı bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Bütövlükdə Azərbaycan üzrə 128708 nəfər azərbaycanlı bu soyqırımların qurbanı olub, o cümlədən 126078 nəfər öldürülüb, 2630 nəfər ağır bədən xəsarəti alaraq şikəst edilib. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 mlrd. rubl maddi ziyan vurulub.

Onu da qeyd edək ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların bütün Azərbaycan üzrə nəticələrinin bir xeyli hissəsi aparılan təhqiqatlardan kənarda qalıb. Onları da nəzərə alsaq, o zaman 1918-ci il soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının daha böyük olduğu şübhə doğurmur.

Azərbaycanlılara qarşı törədilən soyqırımları araşdıran Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları sübut edir ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilir.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib.

2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu və onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Quba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması qərarlaşdırıldı. Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş memorial kompleksin açılışını etdi.

1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımların təhqiqat sənədlərindən anlaşılan miqyası onu deməyə əsas verir ki, Qubada aşkar edilən kütləvi məzarlıq kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir. Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir. Ümid edirəm ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək.

Hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilərin xalqımıza qarşı növbəti diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə stimul verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün bu cinayətləri törədənlər və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdır. Bu, həm də ədalətin təmin edilməsi üçün vacibdir. Dünya ictimaiyyəti indiyə qədər ona “soyqırıma məruz qalan məzlum xalq” kimi sırınan ermənilərin əslində soyqırıma məruz qalan deyil, türk-müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törədən canilər olduğunu bilməli və onların əsl simasını tanımalıdır.

Vasif QAFAROV
Milli Məclisin deputatı,
tarix elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:18
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see201

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see194

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see177

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see135

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see123

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see120

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see119

Ermənistan KTMT üzvlüyünü davam etdirəcək RƏY

31 Mart 2025 18:20see114

Şimal bölgəsində 5 kənddə YANĞIN

31 Mart 2025 16:13see113

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see113

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see113

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see112

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see111

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see111

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see111

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see110

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see110

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see109

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see109

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri