Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

I Qarabağ Müharibəsində ermənilərin törətdiyi SOYQIRIMILAR ARAŞDIRMA

I Qarabağ Müharibəsində ermənilərin törətdiyi SOYQIRIMILAR ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

19-ci əsrin ilk yarısında ermənilərin Cənubi Qafqaza köçürüləndən bəri xalqımıza qarşı sayı-hesabı olmayan cinayətlər törədiblər. Nəticədə on minlərlə soydaşımız həyatını itirib, milyonlarla azərbaycanlı isə yurd-yuvalarından didərgin salınıb. Ötən əsrin 80-ci illərində SSRİ-nin zəifləməsi nəticəsində baş qaldıran erməni millətçiliyinin əsas hədəfi də azərbaycanlılar oldu.
Nəticədə 37 ilə yaxın müddət ərzində Ermənistan dövləti və erməni terrorçuları tərəfindən xalqımıza qarşı misli görünməmiş əməllər törədildi.
Bu cinayətlər mina terroru formasında günümüzdə də davam edir. Lakin müstəqillik dövründə xalqımızın başına gətirilən ən böyük müsibətlər I Qarabağ savaşı dönəmində yaşanıb. 1988-1994-cü illərdə törədilən soyqırımıların dünya tarixində bənzəri olmayıb.
1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilib.
Bağanis-Ayrıma hücum
24 mart 1990-cı il tarixdə gecə saat 03 radələrində erməni silahlıları Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər. Nəticədə 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb.

100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bundan əlavə, Bağanis-Ayrım kəndinin 438 nəfər əhalisi öz doğma yurd-yuvalarından qovulub.
Meşəli qətliamı
Erməni silahlı dəstələrinin üzvləri 22 dekabr 1991-ci il tarixdə saat 07 radələrində keçmiş Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə hücuma keçiblər. Onlar 25 nəfər azərbaycanlını qəsdən öldürüb, 14 nəfəri yaralayıb, 2 nəfəri isə girov götürüblər.

Bundan əlavə, silahlılar 41 yaşayış evini, dövlət, ictimai idarə, müəssisə və təşkilatların binalarını yandırıb, 358 nəfər kənd sakinini deportasiyaya məruz qoyublar.
Malıbəyli və Quşçulara hücum
11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə hücum edilib. Nəticədə dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilib, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri alıblar.

9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunublar. Lakin onlar işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat ediblər. İşğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalıb.
Qaradağlı qətliamı
Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndinə hücumlar təşkil ediblər. Nəticədə, 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunub.
1991-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə erməni quldurları Qaradağlı kəndi ərazisində yerləşən N.Nərimanov adına kolxozunda 5 azərbaycanlını qətlə yetiriblər.

14-17 fevral 1992-ci il tarixdə erməni silahlı quldurlarının Xocavənd rayonunun Qaradağlı kəndini silahlı basqın zamanı 104 nəfər girov götürülüb, 67 nəfər Qaradağlı kənd sakini, o cümlədən, 9 nəfər azyaşlı uşaq, 10 nəfər qadın, 14 nəfər 60 yaşdan yuxarı kişilər, 34 nəfər gənclər öldürülüb, 5 nəfər itkin düşüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kənddəki yaşayış evləri və digər bütün obyektlər isə məhv edilib.
Xocalı faciəsi
25 fevral 1992-ci il tarixində saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, xarici muzdlular və Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər.

Nəticədə Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülüb, 8 ailə bütünlüklə məhv edilib və 487 nəfər şikəst qalıb. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülüb ki, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bundan əlavə, erməni silahlıları mühasirədən çıxmağa müvəffəq olmuş azərbaycanlıları qətlə yetirərək, onların meyitləri üzərində tarixdə bənzərinə rast gəlinməyən vəhşiliklər törədiblər.
Soyqırımı davam edir...
15 noyabr 1991-ci il tarixində bir qrup qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Zamzur kəndinə silahlı basqın ediblər. Nəticədə həmin kənddə məskunlaşmış mülki şəxslərdən 4 nəfəri, xidməti vəzifələrini yerinə yetirən milis əməkdaşlarından isə 7 nəfəri öldürülüb, 2 nəfər isə girov götürülüb.
12 mart 1992-ci il tarixdə saat 23 radələrində erməni silahlılarının Ermənistan Respublikasından qanunsuz gətirilmiş hərbçilərlə birlikdə Ağdərə rayonunun Başgüneypəyə kəndinə silahlı basqın etmələri nəticəsində, həmin kənd sakinlərindən 17 nəfəri qətlə yetirilib. Bundan əlavə, 4 nəfər xəsarət alıb, kəndin 120 ailədən ibarət 599 nəfər dinc sakinləri öz doğma yerlərindən məcburi qovulub, onların evləri yandırılıb əmlakları dağıdılmaqla talan edilib.

27 avqust 1992-ci il tarixdən 28 avqust 1992-ci il tarixə keçən gecə Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndinin otlaq sahələrində qoyun sürülərini otaran Laçın rayonundan gəlmiş çobanlar və onların ailə üzvləri erməni silahlı quldurlarının basqınına məruz qalıb və nəticədə quldurlar tərəfindən 13-ü qadın olmaqla 24 nəfər qətlə yetirilib, 6-sı qadın olmaqla 9 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Ağdaban və Başlıbel faciələri
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalıb. Kənd bir gecədə tamamilə yandırılıb, kəndin 779 sakininə işgəncələr verilib. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib.
1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb.

Digər 62 nəfər isə dağlara çəkilərək mağaralara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizlənməyi bacarıblar. Aprelin 18-də erməni silahlılarının hücumu nəticəsində dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin düşüb. Sağ qalan 30 nəfər isə yalnız 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən qurtulmağı bacarıblar.
Qeyd olunanların Ermənistan ordusu və keçmiş separatçılar tərəfindən törədilən cinayətlərin sadəcə bir qismidir. Ümumilikdə isə I Qarabağ müharibəsi dönəmində müxtəlif mənbələrin məlumatına görə 30 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. 4 min nəfərə yaxın itkin düşən şəxsin sonrakı taleyi ilə bağlı məlumatlar isə Ermənistan tərəfindən bu günə qədər gizlədilir.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:312
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri