Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Dünya yeni iqtisadi böhrana doğru

Dünya yeni iqtisadi böhrana doğru

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Evdə administrasiya dəyişikliyindən sonra Donald Tramp elə ilk günlərdən yeni məzmunlu iqtisadi qərarlar verib. Onların sırasına, həmçinin bəzi ölkələrdən ABŞ-a gətirilən mallara artırılmış rüsumların  tətbiqi daxildir.

Hazırda Ağ Evdə alınan yeni qərarlar bütün dünyada həssaslıqla izlənilir. Ekspertlərin qənaətinə görə, Trampın qeyri-standart qərarları  ABŞ-ın özündə və bütövlükdə, qlobal iqtisadiyyatda heç də asan olmayacaq yeni bir mərhələyə keçidin əsasını qoya bilər.

Nəzərdə tutulan genişmiqyaslı cavab rüsumları

 D.Tramp indiyədək Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalanıb. Verilən məlumata görə, sərəncamlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq edilməsi nəzərdə tutulub. İstisna yalnız neftlə bağlı olub.

Hələlik bəhs olunan ölkələrə qarşı yeni rüsumların tam həcmdə tətbiqi müəyyən müddətə təxirə salınsa da, Tramp aprelin 2-dən idxal mallarına yeni, cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb. O, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritetləri barədə danışarkən bildirib. Prezident vurğulayıb ki, o, əvvəlcə tariflərin tətbiqi tarixini aprelin 1-nə təyin etmək istəyib, lakin “Axmaqlar” günü ilə əlaqəli olmamaq üçün onu aprelin 2-nə keçirmək qərarına gəlib. Yeni administasiyanın cavab rüsumları siyasətinə keçid etməsi bir sıra amillərlə əsaslandırılır. Burada aşağıdakı mühüm məqamlar önə çəkilir:

 - ABŞ-ın maraqlarının qorunması. Yeni Prezident bəyan edib ki, bundan sonra ABŞ “ianələr paylayan axmaqlar ölkəsi olmayacaq”. Tramp bəzi ölkələrin ABŞ mallarının idxalına yüksək rüsumlar tətbiq etmələrinin cavabında Ağ Evin də adekvat addımlar atmasına dözümsüz yanaşmalarını ədalətsizlik adlandırıb. “Orta hesabla, Avropa İttifaqı, Çin, Braziliya, Hindistan, Meksika və Kanada bizdən fərqli olaraq daha yüksək tariflər tələb edir. Bu son dərəcə ədalətsizlikdir. Çinin mallarımıza orta tarifi bizdən iki dəfə, Cənubi Koreyanınkı isə dörd dəfə yüksəkdir. Bir düşünün: dörd dəfə yüksəkdir! Eyni zamanda, biz Cənubi Koreyaya böyük hərbi və digər yardımlar göstəririk. Amma bizimlə etdikləri məhz belədir. Digər ölkələr onilliklərdir ki, bizə qarşı tariflərdən istifadə edir və indi onlara qarşı istifadə etmək növbəsi bizdədir”, - deyə  o bildirib.

-Yeni administrasiya cavab rüsumlarının ABŞ-ı yenidən zənginləşdirəcəyi qənaətindən çıxış edir. Donald Tramp jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib. “Rüsumların tətbiqi bir ölkə olaraq gördüyümüz ən böyük iş olacaq” deyən D.Tramp vurğulayıb: Bu, ölkəmizi yenidən zənginləşdirəcək. Mən yalnız bir şeyi bilirəm: yüz milyardlarla dollar rüsum alacağıq və biz o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq”.

-İnvestisiya cəlbediciliyini artırmaqla daxili istehsalın genişləndirlməsi. Trampın idxal məhsullarına yüksək rüsumlar tətbiq etməsi fonunda yerli istehsal mallarını rüsumlardan azad etməsi də diqqət çəkən məqamdır. Bu xüsusda fikirlərini ifadə edən prezident vurğulayıb: “Əgər məhsulunuzu Amerikada istehsal etməsəniz, Tramp administrasiyası dövründə tariflər ödəyəcəksiniz və bəzi hallarda bu, kifayət qədər əhəmiyyətli olacaq”.

-Ölkəyə narkotik daşımasının qarşısının alınması. Yeni administrasiya rüsumlarla bağlı verilən qərarı həm də “Meksika və Kanadadan narkotik vasitələrin külli miqdarda daxil olmaqda davam etməsi” ilə əsaslandırıb. Tarifləri dayandırmayacağını deyən Tramp  Kanada və Meksika üzərindən ABŞ-a gələn fentanilə görə milyonlarla insanın öldüyünü iddia edib. “Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir”, - deyə  ABŞ prezidenti vurğulayıb.

-Ağ Evin izahına görə, yeni tariflər Amerika bazarını haqsız rəqabətdən qorumaq məqsədi daşıyır.

-Yeni administrasiyadan sərt tarif siyasətinin, həmçinin qanunsuz miqrasiyanın məhdudlaşdırılmasına və digər belə məqsədlərə hesablandığı bildirilir.

Aİ məkanında biznesin azalması qaçılmaz olacaq

Avropa İttifaqına (Aİ) hansı səviyyədə gömrük rusumu tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Qərar verdik, çox yaxında 25 faizlik gömrük rüsumu qərarımızı açıqlayacağıq. Bu rüsum, avtomobillərə və digər mallara şamil ediləcək. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən prezidentəm”.

ABŞ, həmçinin Avropa İttifaqının viski tariflərni ləğv etməyəcəyi təqdirdə, şərab da daxil olmaqla Aİ ölkələri istehsalı olan alkoqollu içkilərə 200 faiz gömrük rüsumu tətbiq edə bilər. Tramp  bildirib ki, Aİ viskiyə 50 faiz gömrük rüsumu tətbiq edib: “Əgər bu rüsumlar dərhal ləğv olunmasa, ABŞ Fransa və digər Aİ ölkələrindən gətiriən bütün şərab, şampan və alkoqollu məhsullara 200 faiz gömrük rüsumu tətbiq edəcək. Bu, ABŞ-də şərab və şampan istehsalı üçün əla olacaq”.

ABŞ və Avropa İttifaqı arasında tarif müharibəsi ildə 9,5 trilyon dollar məbləğində transatlantik biznesin azalmasına səbəb ola bilər. Aİ-dəki Amerika Ticarət Palatasının hesabatına əsasən, 2024-cü ildə ABŞ və Aİ arasında mal və xidmətlərin ticarəti rekord məbləğə - 2 trilyon dollara çatıb. Lakin Vaşinqtonun polad və alüminum idxalına tətbiq etdiyi yeni rüsumlar, eləcə də Avropa şərablarına və digər spirtli içkilərə 200 faiz  tarif tətbiq etmək təhdidləri bu dinamikanı poza bilər.

Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik

Ağ Evin yeni administrasiyasının sərt rüsum siyasəti qlobal iqtisadiyyatda qeyri-müəyyənlik tendensiyalarını gücləndirib. Avropa Mərkəzi Bankının (AMB) sədr müavini Luis de Qindos Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində bildirib ki, verilən qərarlar qlobal iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir. “Biz qeyri-müəyyənlik səviyyəsinin indi nə qədər yüksək olduğunu nəzərə almalıyıq. Bu, hətta pandemiya dövründəkindən daha yüksəkdir”, - deyə o bildirib.

Hazırda ABŞ-ın özündə də ciddi təbəddülatlar müşahidə edilir. Yeni rüsum siyasəti investorları çəkindirir. Fond bazarında satışlar intensivləşib. Belə ki, S&P 500 indeksi 19 fevral tarixindəki rekord göstəricidən 8,6 faiz aşağı bağlanıb və həmin vaxtdan bəri bazar dəyərinin 4 trilyon dollardan çoxunu itirib. Onun səhmlərində itki 10 faizə yaxınlaşıb. Eyni zamanda, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “Tesla” səhmlərinin 15,4 faiz ucuzlaşması nəticəsində bir gündə 29 milyard dollar itirib.

Analitiklər başlayan tarif müharibəsinin qlobal iqtisadiyyata göstərəcəyi mənfi təsirlərlə əlaqədar həyəcan təbili çalırlar. “Yeni Azərbaycan”a açıqlama verən professor Saleh Məmmədov bildirib ki, ciddi tədbirlər görülməzsə, dünya yeni qlobal iqtisadi böhranla üz-üzə qala bilər. Qısa müddətdə dow indeksinin 900 punkt düşməsindən narahatlığını bildirən iqtisadçı alim aşağıdakı məqamları xüsusi olaraq diqqətə çatdırıb:

1. Yeni tariflərin gündəlik malların qiymətlərini artıracağı gözlənilir və bu da istehlakçıların xərclərini azaldaraq biznesin inkişafını ləngidəcək.

2.  Son iqtisadi məlumatlar yavaşlamanın əlamətlərini göstərib. Atlanta Federal Ehtiyat Bankı 2025-ci ilin I rübündə 2.4 faiz ÜDM-lə məhdudlaşan proqnozunu açıqlayıb. İstehlakçı inamında da kəskin azalma müşahidə olunub.

3. Yeni administrasiyanın ressesiya xəbərdarlığından sonra maliyyə bazarı bu qeyri-müəyyənliklərə mənfi reaksiya verib. Dow Jones Sənaye Orta İndeksi, S&P 500 və Nasdaq əhəmiyyətli enişlər yaşayıb.

4. İnflyasiya narahatlıq mənbəyi olaraq qalır və İstehlakçı Qiymət İndeksi (CPI) gözləniləndən yüksək artımı göstərib. Bu da iqtisadi artımın yavaşladığı və işsizliyin artdığı bir vəziyyət olan staqflyasiya qorxusuna səbəb olub.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri