Icma.az
close
up
RU
Ermənilərin yandırdığı ilk Azərbaycan kəndi KONKRET

Ermənilərin yandırdığı ilk Azərbaycan kəndi KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qubadlı rayonunun Əliquluuşağı kənd sakini, ehtiyatda olan mayor Ilham Nerimanoglunun çox maraqlı yazısını oxudum. Bu mətn həm tarixdir, həm də canlı şahidin yaddaşıdır.

EYVAZLI FACİƏSİ:

37 il öncə bu gün — #24noyabr_1988 – ci ildə Qubadlı rayonunun Eyvazlı kəndi ermənilər tərəfindən yandırıldı. Bu, Dağlıq Qarabağ münaqişəsi dövründə erməni vandallarının yandırdığı ilk Azərbaycan kəndi idi. Daha acı tərəfi isə ermənilər sonradan həmin yanmış kəndin şəkillərini azərbaycanlılar tərəfindən yandırılmış “erməni kəndi” kimi dünyaya yaymışdılar.

Həmin gün hələ hadisə baş verməmiş, Qubadlı polislərinin bir qrupu ilə yolüstü görüşmüşdüm. Onlar mənə yarızarafat, yarıciddi “Eyvazlıya gedirik, evdə bir şey hazırlat, qayıdanda sizə dönəcəyik” dedilər. Mən də “gözləyəcəyəm” söylədim. Axşama yaxın geri döndülər. Çay-çörəkdən sonra, “Xeyir olsun, Eyvazlıya nə əcəb getmişdiniz?” sualına “ermənilər mitinq-yürüş edirdilər, keçib getdilər” cavabını verdilər. Polisləri yola salandan az sonra, kəndin nisbətən daha yuxarı (hündür) məhəlləsində növbətçilik edən könüllülərdən xəbər gəldi ki, Eyvazlı tərəfdən güclü işıq gəlir — deyəsən, kənd yanır.

Dərhal Rayon Polis İdarəsinə məlumat verdik və 9 nəfər silahlı könüllü ilə UAZ-sanitar avtomobilinə minib ora tələsdik. Dağlıq torpaq yolla məsafə 9 km idi. Davudlu kəndini keçəndə rəhmətlik Akif kişinin GAZ-69 markalı maşını da bir neçə nəfərlə bizə qoşuldu. “Ağ Yazı” deyilən ərazinin Eyvazlı görsənən qıyına çatdıq. Kəndin bütün evləri yanırdı. O mənzərəni heç vaxt unutmaram — gecənin qaranlığında evlər köz düşmüş manqalı xatırladırdı.

Bir qədər sonra Rayon Prokurorluğunun maşını və XNK-nın o zamankı rəhbəri Şahmar müəllim gəlib çatdılar. Onları iki avtomatlı polis əməkdaşı müşayiət edirdi. Hamımız eyni fikri düşünürdük. Düşünürdük ki, kənd əhalisi də qətlə yetirilib.

Gorus–Qafan yolunda hərəkətlilik vardı. Ərazini yaxşı tanıdığım üçün gizli yollarla gedib qisas ala bilərik dedim. Hətta silahlarımızın ov tüfəngi olduğunu nəzərə alaraq, avtomatlı polislərin də bizimlə birlikdə getməsini təklif etdim. Şahmar müəllim kim olduğumu soruşdu. Atamı tanıdığı üçün tanışlıq verdim. Dedi: “Katib Davudlu kəndindədir, qayıdaq, məsləhətləşək.” Beləcə, gecədən xeyli keçmiş Əliquluuşağı kəndinə döndük. Səhərə qədər gözümə yuxu getmədi…

Səhər saat 9-10 radələrində evimizin yanında GAZ-69 maşını dayandı. İçində kəndin İH nümayəndəsi Nizami Səfərov, Xürrəm Həsənov və kəndin 80 yaşlı ağsaqqalı Şiraslan kişi vardı. Rəhmətliklər: “Eyvazlıya gedirik, sən də gəlirsən?” — deyə soruşdular. Silahımı götürüb maşına əyləşdim.

Tüstüləyən, sönməkdə olan evlər… Çayın yaxınlığında hərbi vertolyot… Hər iki tərəfində azərbaycanlı kursantlar düzülmüş Gorus–Qafan yolu…

Biz tərəfdə yol gecədən partladılmışdı, amma birtəhər keçib yola çıxdıq. Kursantlar bizi saxlayıb kimliyimizlə maraqlanırdılar. Eyni vaxtda ermənilərin də bir neçə maşını ərazidən keçərkən dayanmışdı. Azərbaycanlı olduğumuzu bilən gənc kursantlar bizi kəndə buraxır, həmin erməniləri isə söyüş və ağır təhqirlərlə ərazidən qovurdular…

Elə orada kədərli də olsa sevinəcəyimiz bir məlumat almışdıq. “Eyvazlının azsaylı əhalisi kəndi tərk edib Bərgüşad çayının digər tərəfində yerləşən Qədili kəndinə gedə bilmişdilər.

Bu “xoşbəxtlik” çox ağır mənzərə idi…

Az sonra Azərbaycan mətbuatı, radio və televiziyasında o zamankı Qubadlı rayon rəhbərliyinin verdiyi yanlış məlumat yayıldı:

“Eyvazlıda bir ot tayası və 5–10 metr çəpər ermənilər tərəfindən yandırılmışdır.”

Halbuki kənd bütövlükdə kül olmuşdu…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri