Icma.az
close
up
RU
Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar Qərbi Azərbaycan Xronikası

Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar Qərbi Azərbaycan Xronikası

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Böyük Ayrımdakı qayalara adımızı yazırdıq" adlı veriliş Loru mahalının, Allahverdi (Tumanyan) rayonunun Böyük Ayrım kənd sakini Elmar Əliyevin həyat hekayəsinə həsr olunub.

O, 1979-cu ildə anadan olduğunu, 9 yaşına kimi uşaqlığının gözəl təbiəti olan kənddə keçdiyini söyləyib: "Uşaq vaxtı azərbaycanlı uşağı ilə erməni uşağını güləşdirirdilər. Biz həmişə qalib gəlirdik. Yayda Ləlvər dağına, yaylağa gedirdik. Qayalara adlarımızı yazmışıq. Gözəl, sərin bulaqlarımız var idi. Ləlvər dağındakı çayın qabağını kəsib çimirdik".

Onun sözlərinə görə, kənd azərbaycanlılardan ibarət olub:"Ermənlər tarix boyu saxtakarlıq ediblər. Kənddəki ərzaq mağazasının qarşısında qoç heykəlli bulaq var idi. Su qoçun burnundan gəlirdi. Bu, türkçülüyü bildirirdi. Ermənilər bulağı söküb yerində kilisə tikiblər".

Kənd sakini bildirib ki, ermənlərin köçürmə planı 1988-ci ilin yaz aylarından başlamışdı: "Sovxozda sürücülərin, mağaza müdirlərin çoxunu erməni qoymuşdular ki, camaat çıxanda kənddən əşyalarını apara bilməsin. Cavanlar poslar qurmuşdu. Kəndimiz Gürcüstanın Sadaxlı kəndi ilə sərhəd idi. Ermənilər gəlib Təzə kəndin yanında yerləşən "Domoddıx" deyilən yerdə yerləşmişdilər. Sahə müvəkkili gəlib demişdi ki, kənddən çıxmalısınız. Əlacsızlıqdan birinci növbədə arvad-uşaqları çıxardılır. Gecənən hamı çıxdı. Abbas kişini öldürmüşdülər. Camaatın qabağını kəsib incidib, maşınlarını yoxlamışdılar.1915-ci ildə də orada yaşayan azərbaycanlılara qarşı terror ediblər. Rəhmətlik nənəm o vaxt danışırdı ki, ermənilər gəldi, kəndi qırdı".

Vətən həsrətinin çox ağır olduğunu vurğulayan E.Əliyev öz torpağında yaşamaq istədiyini deyib: "Qərbi Azərbaycanda yaşamaq istəyirik. Babamın, nənəmim qəbirləri oradadır. Hər bir insan öz torpağına qayıtmalıdır. Mən oradan 9 yaşında çıxmışam, hazırda 46 yaşım var. Çıxanda "Bəlkə bu yerlərə bir də gəlmədim" mahnısını oxumuşam. "Duman salamat qal, dağ salamat qal" demişəm. İnşallah, kəndə gedəndə deyəcəm, dədə-baba torpağıma xoş gəlmişəm!"

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 14-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri