Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Nənəm ermənini qovdu, atamı məktəb direktorluğundan çıxardılar“

Qərbi Azərbaycan Xronikası: “Nənəm ermənini qovdu, atamı məktəb direktorluğundan çıxardılar“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Böyük Ayrımdakı qayalara adımızı yazırdıq" adlı veriliş Loru mahalının, Allahverdi (Tumanyan) rayonunun Böyük Ayrım kənd sakini Elmar Əliyevin həyat hekayəsinə həsr olunub.

O, 1979-cu ildə anadan olduğunu, 9 yaşına kimi uşaqlığının gözəl təbiəti olan kənddə keçdiyini söyləyib: "Uşaq vaxtı azərbaycanlı uşağı ilə erməni uşağını güləşdirirdilər. Biz həmişə qalib gəlirdik. Yayda Ləlvər dağına, yaylağa gedirdik. Qayalara adlarımızı yazmışıq. Gözəl, sərin bulaqlarımız var idi. Ləlvər dağındakı çayın qabağını kəsib çimirdik".

Onun sözlərinə görə, kənd azərbaycanlılardan ibarət olub: "Ermənlər tarix boyu saxtakarlıq ediblər. Kənddəki ərzaq mağazasının qarşısında qoç heykəlli bulaq var idi. Su qoçun burnundan gəlirdi. Bu, türkçülüyü bildirirdi. Ermənilər bulağı söküb yerində kilsə tikiblər".

Kənd sakini bildirib ki, ermənilərin köçürmə planı 1988-ci ilin yaz aylarından başlamışdı: "Sovxozda sürücülərin, mağaza müdirlərin çoxunu erməni qoymuşdular ki, camaat çıxanda kənddən əşyalarını apara bilməsin. Cavanlar poslar qurmuşdular. Kəndimiz Gürcüstanın Sadaxlı kəndi ilə sərhəd idi. Ermənilər gəlib Təzə kəndin yanında yerləşən "Domoddıx" deyilən yerdə yerləşmişdilər. Sahə müvəkkili gəlib demişdi ki, kənddən çıxmalısınız. Əlacsızlıqdan birinci növbədə arvad-uşaqları çıxardılır. Gecə ilə hamı çıxdı. Abbas kişini öldürmüşdülər. Camaatın qabağını kəsib incidib, maşınlarını yoxlamışdılar. 1915-ci ildə də orada yaşayan azərbaycanlılara qarşı terror ediblər. Rəhmətlik nənəm o vaxt danışırdı ki, ermənilər gəldi, kəndi qırdı".

Vətən həsrətinin çox ağır olduğunu vurğulayan E.Əliyev öz torpağında yaşamaq istədiyini deyib: "Qərbi Azərbaycanda yaşamaq istəyirik. Babamın, nənəmin qəbirləri oradadır. Hər bir insan öz torpağına qayıtmalıdır. Mən oradan 9 yaşında çıxmışam, hazırda 46 yaşım var. Çıxanda "Bəlkə bu yerlərə bir də gəlmədim" mahnısını oxumuşam. "Duman salamat qal, dağ salamat qal" demişəm. İnşallah, kəndə gedəndə deyəcəyəm, dədə-baba torpağıma xoş gəlmişəm!"

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri