Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat çat olurdu

Qərbi Azərbaycan Xronikası: Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat çat olurdu

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Atamın qəhərlənməyindən bilirdim ki, didərgin düşmək necə ağır hissdir" adlı veriliş əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan Qərbi azərbaycanlı Kənan Alıyevin həyat hekayəsinə həsr olunub.

O, 2007-ci ildə Şəmkir rayonunun Ələsgərli kəndində anadan olsa da, hələ kiçik yaşlarında Qərbi Azərbaycan, öz ata-baba yurdu haqqında, oranın tarixi, füsunkar təbiəti, məhsuldar torpağı, səfalı bulaqları, yaylaqları, otlaqları haqqında geniş məlumat topladığını söyləyib: "Qaraqoyunlu dərəsinin tarixi hələ 1410-1468-ci illərdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu dövlətinin tarixi ilə bağlılıq təşkil edir. Qaraqoyunlu dərəsinin 13 kəndi olub. Nənəm Çaykənd, Gölkənd haqqında danışanda həmişə kövrəlib, qəhərlənib və öz yurd nisgilini bir sıra bayatılarla çatdırıb".

Onun sözlərinə görə, Qaraqoyunlu dərəsinin sakinləri erməni vandalizminin canlı şahidləri olublar: "Çaykəndə səs yayılırmış ki, ermənilər axşam kəndə hücum, basqın edəcəklər. Bu zaman camaat bir neçə yerdə böyük tonqal qalayır, gecə saatlarına qədər keşik çəkib, dırmıq, toxa ilə mənfur düşməndən özlərini müdafiə edib. Hələ kiçik yaşlarında Vətən, yurd həsrətinin necə olduğunu anlamırdım. Atam danışanda onun qəhərlənməsindən bilirdim ki, ata-baba yurdundan deportasiya olunmaq, oradan didərgin düşmək necə ağır hissdir. 1988-ci il dekabrın 3-4-də kəndin əhalisi məcburi şəkildə deportasiya edilib. Nənəmgil danışanda deyirlər ki, biz səhər oyananda ermənilər məskunlaşmaq üçün PAZ markalı avtobuslarla kəndə gəliblər. Nənəm deyir ki, camaat əziyyətlə tikdiyi evləri, mal-mülkləri qoyub çıxsa da, ermənilər yenə də bizim avtobuslara, maşınlara daş atır, acizliklərini göstərirdilər. Babamgil oradan öz ailəsi ilə bir yerdə Şəmkir rayonunun Yuxarı Çəykənd və Aşağı Çaykənd kəndlərinə gəlib məskunlaşıblar. Babam orada yurd həsrəti ilə, Vətən həsrəti ilə dünyasını dəyişib".

K.Alıyev deyib ki, nənəsi Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olurdu: "Başa düşürdüm ki, öz ata-baba yurdundan didərgin düşmək, öz uşaqlıq günlərindən ayrı düşmək, həmin xatirələri bir daha yaşamamaq necə ağırdır. Çox böyük ümid bəsləyirəm ki, mən ata-babamın torpağına ayaq qoyacağam. Müəllimlik peşəsini ata-baba məskənimdə davam etdirəcəyəm. Qaraqoyunlu dərəsinin, Göyçə mahalının həsrəti ilə öyrəndiyim qara sazımı orada yenidən dilə gətirəcəyəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olurdu"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri