Icma.az
close
up
RU
Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan orduda son dövrlərdə baş verən ölüm halları, o cümlədən intihar və qətllərlə bağlı statistik məlumatları açıqlayıb.
Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, nazir bu barədə parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı orduda son vaxtlar intihar və qətl hallarının artmasının səbəbləri ilə bağlı suala cavab verərkən danışıb.
Papikyan bildirib ki, qısa müddət ərzində bu cür halların intensivləşməsinin konkret səbəbini qiymətləndirməkdə çətinlik çəkir:
“İntensivliyə gəlincə, bu qədər qısa müddətdə belə yüksək sıxlığın səbəbini qiymətləndirə bilmirəm. Lakin müdafiə nazirinin bu ölümlərdə ittiham olunması Ermənistan üçün yeni bir haldır.Əlbəttə, mən bu məsələyə statistik yanaşmağın tərəfdarı olmamışam. Lakin ordunun həyatı və ümumi tarixi müəyyən statistik göstəriciləri də özündə ehtiva edir.
Ermənistan ordusunun bütün tarixi ərzində intihar, qətl və nizamnamədən kənar münasibətlər halları olub. Bu göstəricilər bəzən artıb, bəzən də azalıb. Məsələn, 2025-ci ildə apardığımız iş nəticəsində bu rəqəm ən azı 2-yə qədər azalmışdı”.
Ermənistanın müdafiə naziri daha sonra 2015-ci ildən 2026-cı ilə qədər orduda qeydə alınan intihar, qətl və intihara cəhd hallarının illər üzrə statistikasını açıqlayıb:
"2015-ci ildə orduda 7 belə hal qeydə alınıb. 2016-cı ildə isə bu rəqəm kəskin şəkildə artaraq 19-a çatıb. Papikyanın təqdim etdiyi statistikaya əsasən, 2017-ci ildə 13, 2018-ci ildə 12, 2019-cu ildə 11, 2020-ci ildə 10, 2021-ci ildə 10, 2022-ci ildə 8, 2023-cü ildə 9, 2024-cü ildə 11, 2025-ci ildə 2, 2026-cı ildə isə 8 belə hal qeydə alınıb. Son onilliyin statistikası bu rəqəmlərin illər üzrə həm artdığını, həm də azaldığını göstərir.
Əlbəttə, bunun müxtəlif səbəbləri var. Bəzi hallar nizamnamədən kənar münasibətlərin, bəziləri isə kriminal subkulturanın nəticəsidir. Bu, təkcə bu günün deyil, dünənin də problemidir. Bu, yalnız mənə aid olmayan bir çağırışdır. Müdafiə naziri mən olacağam, yoxsa başqası – fərq etməz, bu problem sistemli yanaşma tələb edir. Sizin bu məsələni gündəmə gətirməyinizdən utanmamalıyam. Əksinə, biz bu problemlə mübarizə aparmalıyıq – həm siz, həm də mən”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Avqust 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri