Avtobusda mübahisə zamanı sürücünün üzərinə hansı məsuliyyət düşür? AÇIQLAMA VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
İctimai nəqliyyatda sürücü və sərnişinlər arasında yaranan mübahisələrin həlli zamanı məsuliyyətin yalnız sürücünün üzərinə qoyulması düzgün yanaşma deyil. Belə hallarda sərnişinlərin də davranışı nəzərə alınmalı, sürücülərin hüquq və vəzifələrini müəyyən edən vahid qaydalar hazırlanmalıdır.
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
Ekspertin sözlərinə görə, bəzi hallarda mübahisənin yaranmasında sərnişinlərin də təqsiri olur. Lakin bir sürücünün çoxsaylı sərnişinlər qarşısında özünün haqlı olduğunu sübut etməsi çətinləşir. Bu baxımdan, bütün daşıyıcı şirkətlər üçün vahid davranış qaydalarının hazırlanması və mövcud tələblərə müvafiq əlavələrin edilməsi vacibdir.
Eldəniz Cəfərov hesab edir ki, sürücü sərnişinlə mübahisəyə girməməli, eyni zamanda sərnişinlər arasında yaranan adi mübahisələrə də müdaxilə etməməlidir. Lakin münaqişənin fiziki qarşıdurmaya çevrilməsi, zorakılıq ehtimalının yaranması və ya kiminsə həyatına təhlükə olması halında sürücü müvafiq tədbirlər görməlidir.
Belə vəziyyətlərdə sürücü avtobusu təhlükəsiz şəkildə yolun sağ kənarında saxlamalı, polisə məlumat verməli və münaqişə iştirakçılarından avtobusu tərk etmələrini xahiş etməlidir. Bundan sonra hadisə ilə bağlı dispetçerə məlumat verilməli və onun göstərişlərinə uyğun hərəkət olunmalıdır.
Ekspert vurğulayıb ki, sərnişinlərə qarşı kobud davranış və təhqir yolverilməzdir. Bu tələb həm sürücülər, həm də daşıyıcı şirkətlər tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır. Eyni zamanda, sürücü yaranmış vəziyyətlə bağlı müvafiq təlimat almadan avtobusu özbaşına tərk etməməli, təhlükəsizlik qaydalarına riayət etməlidir.
Bütün daşıyıcı şirkətlər üçün vahid davranış və münaqişələrin idarə olunması qaydalarının təsdiqlənməsi həm sürücülərin hüquqlarının qorunmasına, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə xidmət edə bilər.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/avtobusda-mubahise-zamani-surucunun-uzerine-hansi-mesuliyyet-dusur-229172
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















