Qazaxıstan və Azərbaycan arasında internet trafiki 21 Tbit/s ə çatdırılacaq
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Qazaxıstan 2036-cı ilə qədər Transxəzər fiber-optik rabitə xətti üzrə internet trafikinin həcmini 21 terabit saniyəyə (Tbit/s) çatdırmağı planlaşdırır.
Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu "Qazaq Telecom" SC-nin İdarə Heyətinin sədri Bağdat Musin hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu il oktyabrın 15-də Qazaxıstan və Azərbaycan prezidentləri Transxəzər Fiber-Optik Rabitə Xəttini işə salıblar: "Xəzər dənizinin dibi ilə 64 optik lifli 380 kilometr kabel çəkilib. Layihənin reallaşdırılması Asiya ilə Avropa arasında əlavə rəqəmsal dəhliz yaratmağa, beynəlxalq internet trafikinin marşrutlarını şaxələndirməyə, həmçinin Qazaxıstan və Azərbaycanın tranzit imkanlarını genişləndirməyə imkan verib".
B.Musin qeyd edib ki, bununla yanaşı, Qazaxıstan süni intellektin inkişafı üçün infrastruktur potensialını artırmağa davam edir: "Ölkədə ekibastuzda data mərkəzləri vadisinin tikintisi həyata keçirilir. Bundan başqa, noyabr ayında Kosşı şəhərində "Al-Farabium II" superkompüterinin texniki buraxılışı baş tutub. Onun məhsuldarlığı Almatıda yerləşən birinci superkompüterin göstəricilərini üç dəfə üstələyir. Kommersiya məqsədli buraxılış dekabrın 1-nə planlaşdırılıb".
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















