Icma.az
close
up
RU
Ermənistan 42 km lik Zəngəzur dəhlizini niyə 2 ilə tikmək istəyir?

Ermənistan 42 km lik Zəngəzur dəhlizini niyə 2 ilə tikmək istəyir?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

8 avqust tarixli Vaşinqton Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri ABŞ lideri Donald Trampın iştirakı ilə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılığa gəliblər. Dəhlizin Ermənistan tərəfinə düşən 42 kilometrlik hissəsi ABŞ-nin nəzarətində olacaq.

Bu yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizindən danışıb.

“Biz açıq şəkildə deyirik ki, Azərbaycanla dəmir yolu və digər əlaqələrin bərpası Ermənistan üçün prioritetdir. Çünki bu, ölkəmizi regional iqtisadiyyatın əsas benefisiarlarından birinə çevirir. Ekspertlər bildirirlər ki, dəmir yolunun tikintisi azı iki il çəkə bilər. Amma bu müddətdə biz Azərbaycan ərazisindən istifadə edərək yükləri göndərmək və qəbul etmək imkanına malik ola bilərik”,- o deyib.

42 kilometrlik qısa məsafənin Ararat Mirzoyanın dediyi kimi - 2 ilə tikiləcəyi bəzi suallar doğurur. Bu qədər qısa məsafənin əslində daha tez ərsəyə gələ biləcəyi mümkün deyilmi?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a bidlirib ki, burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:

“Dəmir yolu köhnə marşrutla gedəcəksə, ora qısa zamanda bərpa oluna bilər. Çünki bu zaman süni qurğular təftiş olunmalıdır. Süni qurğuların əksəriyyəti də sağlamdır. Bəzi xırda əlavələr və yaxud kosmetik təmirlə bunu etmək olar. Bir yol döşəyənin dəmir yolu üzrə günlük gücü 600 min metrə qədərdir. Təxminən 6 ay ərzində o yolun "rels-şpal" qəfəsini bərpa etmək olar. Əgər yeni marşrut üzrə daha da şimala doğru dəmir yolu xəttini çəkmək niyyətləri varsa, bəli, bu hissə dağlıq ərazidir. Orada süni qurğuların, tunel estekadaların sayı da çox olacaq. Ona görə müddət bir az arta bilər”.

Ekspert vurğulayıb ki, seçilən marşrut və qurğu üzrə neçə zolaqlı dəmir yolu və magistral yolunun olacağından çox şey asılıdır:

“Çünki burada dağlar var. Həmin dağları partlatma üsulu ilə torpaq sahəsini genişləndirmək olar. Müəyyən sahələrdə estekada tipində altdan dəmir yolu, üstdən avtomobil yolu da seçilə bilər. Orada şimal-cənub, şərq-qərb hissələrinin kəsişən nöqtələri və onların qovşaqlarla ayrılması məsələsi də var. Bəzi məsələlər var ki, onların marşrut və seçilən texnologiya ilə həlli mümkündür. Əsas məsələ hansı növ texnologiya və marşrutun  seçilməsidir. Deyilən müddəti nəzərə alaraq sual yaranır ki, hansı marşrut üzrə bunu icra etmək istəyirlər və orada neçə növ süni qurğu quraşdırılacaq?”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri