Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” ÇAĞIRIŞ

Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” ÇAĞIRIŞ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan 10 ilə büdcəsinin 30%-ni süni intellektdən qazana bilər

"Son illərdə Ermənistanın NVIDIA ilə əməkdaşlığı haqqında bir neçə dəfə yazmışdım. Artıq bu əməkdaşlıq real nəticələr verir. Avqustun 8-də Ermənistanda Firebird AI Factory – böyük AI hesablama infrastrukturu təqdim edilib. 2027-ci ilin sonunadək burada 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-nun yerləşdirilməsi, infrastrukturun gücünün 300 MVt-a çatdırılması nəzərdə tutulur. Ümumi investisiyanın 4 milyard dollaradək çatacağı gözlənilir"

Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. 

Ermənistan nüvə enerjisini süni intellekt əsaslı yeni iqtisadi modelin qurulmasına yönəltdiyini vurğulayan O. Gündüz qeyd edib ki, 300 MVt çox böyük rəqəmdir. O,hesab edir ki, Firebird-in məqsədi Ermənistanda yeni bir biznes sahəsi- Aİ hesablama gücü formalaşdırmaqdır: "Bunun üçün Ermənistana iki kritik resurs lazımdır: enerji və internet.

Ermənistanın üstünlüklərindən biri nüvə enerjisidir. Metsamor AES-in fəaliyyətinin uzadılması, paralel olaraq kiçik modul nüvə reaktorlarının alınması məhz buna yönəlib. ABŞ ilə bununla bağlı müqavilə də imzalayıblar.

Görünən odur ki, Ermənistanda addım-addım belə bir iqtisadi model qurulur:

Nüvə enerjisi - 24/7 elektrik - NVIDIA GPU - hesablama gücü - AI məhsulları - ixrac.

İkinci vacib məsələ isə internetdir.Hansı ki keyfiyyətli və alternativli internet Ermənistanda həmişə problem olub.

Firebird üçün 1 Tbit/s-dək magistral bağlantı nəzərdə tutulur. İyunda Telecom Armenia ilə AzerTelecom arasında müqavilə imzalanıb və Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsinin Azərbaycan infrastrukturu üzərindən təmin edilməsi nəzərdə tutulur.

Bu bağlantının Firebird üçün olduğu açıqlanmayıb. Amma Azərbaycan gələcəkdə bu AI infrastrukturunun tranzit internet marşrutlarından birinə çevrilə bilər".

Azərbaycanla bağlı çağırışlara toxunan AİF Prezidenti hesab edir ki, əsas məsələ Ermənistanın bizdəki 30–40 GPU qarşılığında 70 min GPU yerləşdirməsi deyil. Əsas məsələ həmin 70 min GPU üzərində Ermənistanın yeni biznes sahəsi və yeni iqtisadi model qurmasıdır: "Bu infrastruktur ətrafında AI startapları, qlobal şirkətlər, universitetlər, mühəndislər və vençur kapitalı cəmləşəcək. Uğurlu olarsa, 10–20 ildə əsas gəlir Firebird-in özündən deyil, onun ətrafında yaranan AI iqtisadiyyatından gələcək. Bu sektor Ermənistanın ixracının və dövlət büdcəsinin əsas dayaqlarından birinə çevrilə bilər.

Kiçik bir hesablama ilə yaxın 10 ildə Ermənistan büdcəsinin 30%-nin İT və süni intellktdən formalaşa biləcəyini proqnozlaşdırmaq olar. Bizim enerji, yaşıl enerji, fiber-optik tranzit və maliyyə imkanlarımız daha böyükdür. Xəzər üzərindən reallaşmaqda olan AzerTelecom-a məxsus Mərkəzi Asiya–Azərbaycan–Avropa rəqəmsal dəhlizi də ciddi üstünlükdür. İki kiçik superkompüter infrastrukturu da yaradılıb. Son dövrdə hökumətin bu sahəyə diqqətinin artması, Rəqəmsal İnkişaf Şurasının yaradılması, sektroda dinamikanın artması və yeni konseptual sənədlər müsbət siqnallardır. Bir müddət öncə Prezident İlham Əliyev ölkədə data mərkəz infrastrukturunun formalaşmasının prioritetliyi məsələsinə də diqqət yönəltmişdi.

Yeri gəlmişkən, Ermənistanda, Qazaxıstanda və regionda baş verənlər göstərir ki, miqyas və biznes modeli baxımından, cəmiyətin böyük hədəflərə fokuslanmağı baxımından biz ləngiyirik. Qonşu ölklərdə atılan addımlara, onların mediasında gedən müzakirələrə diqqət yetirdikdə daha böyük hədəflərin müzakirə predmeti olduğunu görürük.

Biz isə cəmiyyət olaraq mənasız və faydasız müzakirələrə daha çox zaman xərcləyirik. Qlobalda, regionda rəqabətə davamlılıqla bağlı ciddi proseslərin baş verdiyi bir zamanda daha böyük hədəflərə fokuslanmaq doğru olardı".

O. Gündüz bildirib ki, Azərbaycanın 2030–2035-ci illər üçün konkret AI hesablama gücü hədəfi müəyyən edilməli, böyük yatırımlar və qlobal AI/data-center şirkətləri ölkəyə cəlb olunmalıdır: "Əsas resurslarımızdan olan enerjini yalnız xammal kimi ixrac etmək doğru olmazdı. Onu daha yüksək əlavə dəyərə, hesablama gücünə, Aİ məhsullara və xidmətlərə çevirməklə qlobala çıxartmaq daha faydalı ola bilər". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri